Məhkəmə qərarları › İş №2(002)-106/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-106/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-106/2022 27.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin (Ləğv prosesinədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (Ləğv prosesinədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 19104,08 (on doqquz min yüz dörd manat səkkiz qəpik) manat - bundan 7930,71 (yeddi min doqquz yüz otuz manat yetmiş bir qəpik) manat əsas, 286,95 (iki yüz səksən altı manat doxsan beş qəpik) manat faiz, 9321,12 (doqquz min üç yüz iyirmi bir manat on iki qəpik) manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1565,30 (min beş yüz altmış beş manat otuz qəpik) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsi, ev 14-də 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,1 kv.m, o cümlədən yaşayış sahəsi 50,04 kv.m, köməkçi sahəsi 29,06 kv.m, olan 4 otqalı, 27 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehiər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2014-cü il tarixli, 125.LN.2102.180614.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.Sonrada tərəflər arasında 13.11.2015-ci il tarixli,125.LN.2102.180614.00003 saylı kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanaraq ayrılmış kredit Kreditor tərəfindən restrukiturizasiya edilmiş və buna müvafiq olaraq Borcalana verilmiş kreditin məbləği 31558.37(otuz bir min beş yüz əlli səkkiz manat otuz yeddi qəpik) manat təşkil etmişdir. Tərəflər arasında imzalanmış 18.06.2014-cü il tarixli, 125.CL. 180614.00003/a saylı İpoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21,06.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsi, ev 14 ünvanında yerləşən 27 saylı mənzil ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir.Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqaviləüzrəkreditinqaytarılmasıvə faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdəkreditinbütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrinödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1borcunödənilməsibarədədəfələrlə şifahi müraciətlər olunmasına, habelə yazılı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 01.06.2021-ci il tarixinə Cavabdeh1 kreditüzrəcəmiborcu19104,08 (on doqquz min yüz dörd manat səkkiz qəpik) manat təşkil edir. Bundan 7930,71 (yeddi min doqquz yüz otuz manat yetmiş bir qəpik) manat əsas, 286,95 (iki yüz səksən altı manat doxsan beş qəpik) manat faiz, 9321,12 (doqquz min üç yüz iyirmi bir manat on iki qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən 1565,30 (min beş yüz altmış beş manat otuz qəpik) manat hesablanmış faiz borcu təşkil edir.. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında ipoteka predmetinin dəyərinin müəyyən eidlməsi üçün artıq bir neçə dəfə ekspertiza keçirilsə də, hər dəfə cavabdehlər buna qəsədn mane olmuş, ona görə də ekspertiza keçirilməsi mümkün olmamışdır, bununla bağlı keçirilmiş qiymətləndirilmə ekspertizası rəyini özləri əldə edib məhkəməyə təqdim etmişlər, həmin rəydə evin dəyəri sənədlər əsasında müəyyən eidlmişdir, çünki baxış keçirilməsinə cavabdehlər imkan verməmiş, lakin bundan əvvəl olmuş mülki iş üzrə ekspertiza keçirilmiş, həmin iş üzrə evin dəyəri 74000 müəyyə eidlmiş, indiki rəy üzrə 70000 müəyyən edilmişdir, indiki halda təqdim edilmiş rəyin əsas götürələrək, mənzilin likvid dəyərinin müəyyən edilməsini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə digər cavabdehlərin iştirakı oladan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 18.06.2014-cü il tarixli 125.LN.2102.180614.00003 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfinən borcalan Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 21% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1n 18.06.2014-cü il tarixli 125.LN.2102.180614.00003 №-li kredit müqaviləsi üzrə aylıq 1883.75 manat ödəməklə, əsas məbləğə görə 50000 manat, 17875.2 manat faiz borcuna görə olmaqla, cəmi 67815.2 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən 50000 manat məbləğində kredit təhvil alınmışdır. İş materiallarında olan 22-G-1-0-1-1493-14 N-li İpoteka müqaviləsinin və 1№li Əlavənin məzmunundan görünür ki, 18.06.2014-cü il traixli kredit müqaviləsi üzrə kreditin qaytarılmasına dair ööhdəliyin icrasının təminatı kimi Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən, ev 14 27 nömrəli mənzilin kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka ilə yüklü edilmiş əmlak 80000 manat dəyərində qiymətləndiirlmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu şəxsdən kredit müqaviləsi üzrə borcu öədnilməsi tələb eidlmiş, əks halda bununla bağlı məhkəməyə mürcaiət edilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən, ev 14 27 nömrəli mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdı. İş materiallarında olan ******* № li Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən, ev 14 27 nömrəli mənzil- xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh1 məxsusdur, habelə xeyrinə hüquq yüklü edilən şəxs qismində AGBank UğurFilial, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 36 ay, 18.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təminatı qismində qeyd olunmuşdur. İş materiallarına əlavə eidlmiş xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsitələb eidlmiş, əks halda məhkəmə qaydasında ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş 11.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 18.06.2014-cü il tarixli 125.LN.2102.180614.00003 saylı kredit razılaşması üzrə 7930.71 manat əsas borc, 286.95 manat faiz borcu, 9321.12 manat cərimə borcu, illik 5(beş) faizlə hesablanmış 1565.30 AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19104.08 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26.10.2020-ci il tarixli UNİ/O 33-313/20 nömrəli rəyin məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzili - ünvanında yerləşən mənzilin likvid dəyəri 74000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-in 27.04.2022-ci il tarixli QXM A-178 nömrəli rəyin məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzilinin bazar dəyəri 75000 manat,likvid dəyəri 70000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış 18.06.2014-ü il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 50000 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq hər ay 1883.75 manat məbləğində ödəniş etməklə geri qayatrmağı öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcun məbləği əsas borc üzrə 7930,71 manat, faiz borcu üzrə 286,95 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 1565,30 manat təşkil edir. Bu halda, məhkəmə müqvailə üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 9321.12 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cərimə borcunun tutulması hissəsi ilə bağlı qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 18.06.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz 26.10.2020-ci il tarixli ekspert rəyi əsas götürülməklə (mənzilə baxış keçirilməklə həmin ekspert rəyi tərtib edildiyindən və indiki halda tərəflər iştirak etmədiyindən ekepsertizanın keçirilməsi mümkün olmadığından ) müəyyən edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin müvafiq mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlə mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, müvafiq mənzildən çıxarılma hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh4 aid olan hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən cavabdehin adı cavabdehlər siyahısında qeyd edilsə də, iddia tələbində həmin cavabdehə yönələn hər hansı tələb qeyd edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumları və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 17.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 18.06.2014-cü il tarixli kredit müqaviləsi yaranmış 7930.71 manat məbləğində əsas borcu, 286.95 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu , gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 1565.30 manat məbləğində faiz borcu olmaqla, cəmi 9982,96 manat məbləğində borc, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzilinə yönəldilməli, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmalı, qalan hissədə iddia təmin edilməməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 18.06.2014-cü il tarixli kredit müqaviləsi yaranmış 7930.71 manat məbləğində əsas borcu, 286.95 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu , gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 1565.30 manat məbləğində faiz borcu olmaqla, cəmi 9982,96 manat məbləğində borc, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzilinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Həmin Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh1 iddiaçı “AGBANK “ ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzilin ilkin satış qiyməti 74000 (yetmiş dörd min manat) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Samir Balaqardaşov küçəsində yerləşən 14 saylı evin 27 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissəsə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar