Məhkəmə qərarları › İş №2(002)-1066/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1066/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1066/2020 30.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Cavabdeh6 və Cavabdeh7 qanuni nümayəndəsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzil sahəsi 28,0 kv.metr olmaqla xx xxxx 2010-cu il tarixdə verilmiş MA saylı ******* saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətidir. Mənzildə uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda isə qızı Sevinc ilə yaşayır. Cavabdehlər onun oğlu, qızları və onların ailə üzvləridir. Onlar ailələri ilə birlikdə 15-20 il bundan qabaq ona məxsus mənzili tərk edib, Qızıldaş qəsəbəsində yerləşən özlərinə məxsus evlərində yaşayırlar. Cavabdehlər bir dəfə də olsun onunla və qızı ilə maraqlanmayıblar. Cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin, əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. O, müqavilə üzrə öhdəliyini yerinə yetirərək aldığı əvə qeydiyyata düşmüşdür. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə baxış iclasında veridyi izahatından aydın olur ki,mübahisə predmeti olan mənzil 1976-ci ildən ona verilmişdir,həmin vaxtdan o evdə qeydiyyatda olduğunu, evin sahibi olduğunu, daha sonra özəlləşdirilmişdir, özəlləşdirilmə zamanı da bütün qeydiyyatda olan şəxslərin, o cümlədən övladlarının razılığı alınmışdır, 2010-cu ildə özəllədirilərək, onun adına mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyini, indiki halda həmin evi qızına bağışlamaq istədiyini, ona görə də bütün qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxartmaq istədiyini bildirmişdir. İddiaçı ərizə yazaraq xəstəliyi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan iddia ərziəsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının əzrisəini nəzərə alaraq mülki prosessual qanunvericiliyin tələbinə əsaəsn işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh6 və Cavabdeh7 qanuni nümayəndəsi və Cavabdeh1 izahat evrərək, iddia tələbini qəbul edərək, həmin mənzilin atasının olduğunu, atasının 1976-cı ildən orada qeydiyyatda olduğunu, evin sahibinin atası olduğunu, evi sonradan özəlləşdiridiklərini, atasının adına çıxarış aldıqlarını, qeydiyyatda olan şəxslərin hamısnın buna razılıq verdiklərini, indiki halda da övladları ilə birlikdə qeydiiyar=tdan çıxmağa razı olduqlarını bildirərək və bu barədə ərizə yazaraq Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzildən çıxmağına razı olduğunu, habelə övladları Cavabdeh7 və Cavabdeh6 da evdən çıxmağına razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh2izahat verərək, iddia tələbini qəbul edərək, həmin evin atasına məxsus olduğunu, 1976-cı ildən atasının orada qeydiyyatda olduğunu,evin sahibinin atası olduğunu, evi sonradan atasının adına özəlləşdirdiklrəini bildirərək və bu barədə ərizə yazaraq Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzildən çıxmağa razı olduğunu, habelə övladı Cavabdeh4 da həmin mənzildən çıxmağına razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək, iddia tələbini qəbul etmədiyini, mübahisə predmeti olan mənzilin atasının olduğunu, həmin evin onların ata yurdu olduğunu,özünün və qızının həmin mənzildə yaşadıqlarını, daha sonra atası-anasının onu qızı ilə birlikdə məcburi olaraq evdən çıxartdıqlarını, öz xoşu ilə həmin evi tərk etmədiyini, ona görə də həmin evdən qeydiyyatdan çıxmağa razı olmadığını, nəvaxtki özünün evi olarsa, onda qeydiyyatdan çıxıb öz evinə qeydiyyata düşəcəyini, o halda, qeydiyyatdan çıxacağaını, indiki halda özünün qeydiyyata düşmək üçün heç bir yaşayış yerinin olmadığını, özünə balaca bir ev düzəltdiyini, onun da əsnədini düzəldən kimi, həmin evdən qeydiyyatdan çıxıb öz evinə qeydiyyata düşəcəyini, indiki halda isə qeydiyyata düşməyə yeri olmadığına, öz xoşu ilə o evitərk etmədiyinə görə qeydiyyatdan çıxmağa razı olmadığını, digər Cavabdeh5 onun qızı olduğunu, ailə həyatı qurduğunu, onun özünün başqa yerdə ailəsi ilə birlikd yaşadığını, ailəsi icazə vermədiyinə görə də məhkəməyə gəlmədiyini, onun özü başqa yerdə yaşadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,şahid X7 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, 20 il qonşu yaşadıqlarını, iddiaçını da , cavabdehləri də tanıdıqlarını, uzun müddətdir ki, Ədilə ilə qızını həmin mənzildə görmədiyini, onların orada yaşadığını görmədiyini bildirdi. X1 məhkəmə iclaısnda ifadə verərək, bildirmişdir ki, 20 ildir qonşu yaşadıqlarını, iddiaçını da, cavabdehləri də tanıdığnıyıram, uzun müddətdir ki, Ədilə ilə qızını həmin mənzildə görməmişdir, onlar həmin mənzildə çoxdan yaşamadıqlarını, köhnə vaxtlarda onları orada gördüyünü, uzun vaxtdır ki, onları orada yaşamadığını görmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş MKTB 126 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzildə yaşayır. Evdə həqiqi qeydiyyatda olan şəxslər aşağıdakı kimidir: İddiaçı, X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur “Biz aşağıda imza edənlər X13 Qızı, X6 və X8 həmin aktı ondan ötrü tərtib edirik ki, həqiqətən adları aşağıda göstərilən vətəndaşlar uzun müddətdir ki, ev 7, mənzil 4-də qeydiyyatda olduqları halda yaşamırlar. 1) Cavabdeh1, 2) Cavabdeh3, 3) Cavabdeh2, 4) Cavabdeh4, 5) Cavabdeh5, 6) Cavabdeh6 və 7) Cavabdeh7dır. İş materiallarına əlavə olunmuş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzilin hüququ subyekti İddiaçıdur. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququnun itirilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin, Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzildə iddiaçı 1976-cı il tarixdən, Cavabdeh1 1997-ci il tarixdən, Cavabdeh2 1982-ci il tarixdən, Cavabdeh3 1984-cü il tarixdən, Cavabdeh5 1994cü il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar. Bu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzilə dair qeyd edilən cavabdehlərlə iddiaçılar arasında yaranmış mübahisəli hüquq münasibətləri 2000-ci il tarixədək yarandığından həmin hüquq münasbiətləri məhz Mənzil Məcəlləsinin 123-cü maddəsi əsasında həll edilməlidir. Digər Cavabdeh4, Cavabdeh6 mübahisə predmeti olan mənzildə 2008-ci il tarixdən qeydiyyatda olduğundan həmin cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2000-ci il tarixdən sonrakı dövrdə yarandığından, həmin münasibətlər məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Digər Cavabdeh7 mübahisə predmeti olan mənzildə 2010-cu il tarixdən qeydiyyatda olduğundan, qeyd olunan cavabdehlə iddiaçı arasında hüqu münasibətləri məhz 2010-cu il tarixdə yarandığından həmin münasibətlər Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll eidlməlidir. x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin ailə üzvi qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi onun daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, qeyd olunmuşdur ki, həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Qanunvericiliyin təhlilindən göründüyü kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna onunla birgə yaşayan ailə üzvləri, yəni əri, arvadı, valideynləri, uşaqları malikdir, digər şəxslərin, həmçinin onunla birgə yaşamayan ailə üzvlərinin belə bir hüquqa malik olması üçün mütləq mənada qanunvericiliklə müəyyən olunmuş qaydada notarial formada təsdiq olunmuş razlaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. x xxxxxxx 2009-cu il tarixli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur və 1976-ci il tarixdən həmin mənzildə qeydiyytada olmaqla, xx.xx.2010-cu il tarxidə həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, tərəflərin məhkəmə iclaısnda verdiyi izahatından aydın olur ki, mübahisə predmeti olan mənzilin sahibi 1976-cı ildən iddiaçı olmuşdur, daha sonra isə onun adna özəlləşdirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 mübahisə predmeti olan mənzildə köçüb yaşamışlar. Qeyd olunan faktı tərəflər təsdiq etməklə, həmin hal işin mübahisəsiz halı hesab edilir. Deməli, köhnə mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflərin mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi üzrə araşdırılmalı olan hal qeyd olunan cavabdehlərin mübahisə premeti olan mənzili daimi olaraq tək edibetməməsi halının müəyyən edilməsidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan yaşayış sahəsindən daimi olaraq köçüb getdiklərini, orada yaşamadıqlarını, habelə həmin mənzildən qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər. Bu halda, məhkəmə Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan mənzili daimi tərk etməsi halının, habelə həmin yaşayış sahəsinə ehtiyaclarının olmaması halının aşkar olması, habelə hər iki tərəfin qeyd olunan halları təsdiq etməklə, həmin halların işin mübahisəsiz halları olmasını əsas götürərək, həmin cavabdehlərin iddia tələbinin etiraf olunmasına dair yazılı ərziəsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid olan hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid olan hissədə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh3 həmin mənzildə yaşamadığını, daimi tərk edib getməsi halını əsas gətirərək, onun mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun itirilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır və bu hal işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə araşdırması zamanı Cavabdeh3 veridyi izahatından aydın olur ki,o, mübahisə predmeti olan mənzili öz istəyi ilə həmin mənzili tərk etməmiş, məcburi şəkildə evi tərk etmiş və başqa yaşayış sahəsi olmadığına görə həmin mənzildən qeydiyyatdan çıxmağa razı deyildir. Bu halda Cavabdeh3 mübahisə predmeti olan yaşayış sahəsini könüllü şəkildə daimi tərk etməsi halı, habelə onun həmin yaşayış sahəsinə ehtiyacının olmaması, daimi olaraq başqa yaşayış yerinə malik olması halı təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hisəsədə əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh5 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin veridyi izahatından aydın olur ki, Cavabdeh5 həmin mənzili daimi tərk etmiş, ailə həyatı quraraq, ailəsi ilə birlikdə daimi olaraq başqa yaşayış yerində yaşayır. Bu halda Cavabdeh5 mübahisəli mənzili daimi tərk edərək, daimi başqa yaşayış yerində yaşaması halı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh4 aid olan hisssəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh4 mübahisəli mənzildə 2008-ci il tarixdən qeydiyyatdadır. Həmçinin, məhkəmə iclasında tərəflərin verdiyi izahatından aydın olur ki, o, mübahisəli mənzildə yaşamamış, formal olaraq qeydiyyatda olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 iddiaçının nəvəsi olmaqla, onun ailə üzvi hesab edilmir. Bu halda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən qeyd olunan cavabdehin mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun yaranması üçün onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanılmalı və qeyd edilən hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin məhkəmə araşdırması zamanı qeyd edilən cavabdehlə iddiaçı arasında belə bir razılaşmanın və hüququn qanununvericiliklə müəyyən olunmuş qaydada qeydə alınması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən cavabdehin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ yaranmamış və o həmin mənzildə formal qeydiyyatda olmuşdur. Bu hal isə iddiaçı qismində çıxış edən mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməldiir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh6 və Cavabdeh7 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, qeyd olunan cavabdehlərdən Cavabdeh6 mübahisə predmeti olan mənzildə 2008-ci il tarixdən, Cavabdeh7 2010-cu il tarixdən qeydiyyatdadırlar. Həmçinin, məhkəmə iclaısnda cavabdehlərin qanuni nümayəndəsinin veridyi izahatından aydın olur ki, qeyd olunan cavabdehlər mübahisə predmeti olan mənzildə ümumiyyətlə yaşamamış, habelə onların mübahisə predemti olan mənzildən qeydiyyatdan çıxmaqlarına razıdır. Göründüyü kimi mülki və mənzil qanunvericiliyinin tələbinə əsasən qedy olunan cavabdehlər mübahisə predmeti olan mənzildə köçüb yaşamadığından həmin cavabdehlərin mübahisə predmeti olan məznilə dair istifadə hüquqları yaranmamışdır. Bu halda, məhkəmə mülki qanunvericiliyin və mənzil qanunvericiliyinin tələbini rəhbər tutaraq, habelə cavabdehlərin qanuni nümayəndəsinin iddia tələbinin etiraf olunmasına dair yazılı ərziəsini nəzərə alınaraq, hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmalqa, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X15 Məhkəməsi "X2rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehlərin iddia tələbinin etiraf hesab edir ki, iddia əsaslı qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 iddiaçıya məxsus olan Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə rəddd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə adi edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4 Cavabdeh2 və Cavabdeh5 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 7, 4 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid eidlməlidir.. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar