Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1067/2021 25.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Əsədov Cavid Həbib oğlunun Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 17 iyul tarixli kredit müqaviləsi üzrə banka 36290.91 manat əsas, 29588.44 manat faiz, 8525.32 manat cərimə və kredit müqaviləsi üzrə 17.07.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2869.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 77274.27 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, X1 məxsus olan və faktiki olaraq X3 vəfat etdikdən sonra yəni 28 yanvar 2017-ci il tarixdən Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızinin və Cavabdeh3 sahiblik və idarə etikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 staqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin sərracdan satışdan əldə olunan vəsait hesabına Yelo Bank ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan səsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıqdıqdan 1 ay sonra Aslanov (Rzayev) Bayram Həsən oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 21 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Aslanov (Rzayev) Bayram Həsən oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında icraatın dayandırılaması barədə vəsatət təqdim edərək, bildirmişdir ki, iş üzrə cavabdehlərdən atası Cavabdeh4 11 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda onun hüquqi varisi müəyyənləşdirilməmişdir. Beləliklə, mülki iş üzrə icraatın Cavabdeh4 hüquqi varisi müəyyən edilənə qədər dayandırılması barədə qərardad qəbul etməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, iş materialları araşdıraraq, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi üzrə Cavabdeh4 dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə 04.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə cavabdehlərdən biri qismində çıxış edən şəxs Cavabdeh4 11 iyul 2020-ci il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir). Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən vəfat etmiş şəxs barəsində iddia tələbi irəli sürülmüşdür. Halbuki mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbinin Cavabdeh4 dair hissəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə vəfat etmiş şəxsə (prosessual hüquq qabiliyyəti olmayan şəxsə) qarşı iddia tələbi irəli sürüldüyündən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata Cavabdeh4 dair hissədə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1067/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1067/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver