Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1074/2022 26.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun qardaşı olmaqla, 08.03.1984cü ildə Bakı şəhərində doğulmuşdur. X3 2014-cü ildə Türkiyə Respublikasına, ordan isə Suriyaya getmiş və orada qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmuşdur. Gedəndən sonra bir-iki ay onunla əlaqə saxlamaq mümkün olmuşdur. Lakin sonradan onunla əlaqə saxlaya bilmədiyinə görə 2014-cü ildə X4 itkin düşməsinə dair rəsmi olaraq Qaradağ rayon Polis idarəsinə ərizə ilə müraciət etmiş, X4 Türkiyə Respublikasına getməsi barədə ona məlumat vermişlər. Təqribən altı aydan sonra 2015-ci ilin yanvar ayında ona X4 vəfat etdiyi xəbəri çatdırılmış və ölməsinə dair şəkillərini ona telefonla göndərmişlər. X9 24 iyun 2009-cu il tarixdə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan üç uşaqları doğulmuşdur. Uşaqlar azyaşlı olmaqla, aralarında olan nikah 05.03.2020-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2017-ci ilin tarixli qətnaməsi ilə maraqlı şəxs X4 Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi qət edilmişdir. Çoxsaylı müraciətlərdən sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti 19.02.2022-ci il tarixli məktubu ilə onlara bildirmişdir ki, X9 qanunsuz silahlı birləşmələrinin tərkibinə qatılmaq üçün Suriyaya getmiş, qeyd olunan fəaliyyətinə görə Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmişdir. Daxil olmuş məlumata əsasən X9 qeyd olunan münaqişə ərazisində gedən döyüş əməliyyatlarında həlak olmuşdur. 2015-ci ilin fevral ayından sonra onun qardaşı ilə bütün əlaqələri kəsilmişdir. Güman edir ki, o 15 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Qardaşının ölmüş elan edilməsi ona müəyyən sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, 08.03.1984-cü il təvəllüdlü X4 15.02.2015-ci ildə ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, mərhum X9 onun keçmiş həyat yoldaşı olmuşdur. 2020-ci ilin onların nikahları pozulmuşdur. 2015-ci ilin fevral ayında onun ölümünü naməlum qadın telefon vasitəsi ilə şəkil göndərməklə onlara bildirmişdir. Həmin şəkillər həyat yoldaşının döyüşlərdə həlak olmasını əks etdirir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki o, X2 həyat yoldaşı ilə qonşuluqda yaşamışlar. X4 əvvəllər Türkiyəyə getdiyi, sonra isə Suriyada döyüşlərdə həlak olduğunu qonşularından eşitmiş, 2014-cü ildən sonra onu yaşayış yerində görməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli, 5/B-390 seriyalı məktubun surətindən görünür ki, X9 qanunsuz silahlı birləşmələrinin tərkibinə qatılmaq üçün Suriyaya getmiş və qeyd olunan münaqişəli ərazilərdə gedən döyüş əməliyyatlarında həlak olmuşdur. İş materiallarında olan X21 Komitəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli arayışdan görünür ki, 08 mart 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş və 31 may 2018-ci il tarixdən olduğu yer barədə məlumat olmayan X9 üçün 24 avqust 2020-ci il tarixdə BQXK-da axtarış sorğusu açılmışdır. BQXK hazırkı vaxta qədər yuxarıda göstərilmiş şəxsə dair açılmış işi hələ də bağlanmamış hesab edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis X1 ünvanlandığı 21.05.2016-cı il tarixli məktubundan görünür ki, həyat yoldaşı X4 evdən çıxaraq işləmək məqsədi ilə Türkiyə Respublikasına getməsi barədə qardaşı X5 12.09.2014-cü il tarixli ərizəsinə müvafiq olaraq görülmüş işlərin nəticəsi barədə cavab məktubu ona təqdim olunmuş, təkrar olaraq bildirilmişdir ki, Mirzə Balakişiyevin könüllü olaraq Türkiyə Respublikasına getməsi ilə bağlı heç bir cinayət tərkibi olmadığı üçün toplanmış material işə tikilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 16783/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Miqrasiya Xidmətinin maraqlı şəxs X7 qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizəsinin təmin edilməsi, maraqlı şəxs X4 Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X4 X9 qanunsuz silahlı birləşmələrinin tərkibinə qatılmaq üçün Suriyaya getməsi, orada “İŞİD” (hazırki adı “İD”) və “Cəbrət ən-Nusra” adlı cinayətkar birliklərin tərkibinə daxil olmaqla, 2012-2016-cı illər ərzində Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak etməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinin tələbinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, 08.03.1984-cü ildə doğulmuş X9 11.09.2014-cü il tarixdə Azərbaycan Respublikası ərazisini dini ekstremist fəaliyyətlə məşğul olmaq məqsədilə tərk edərək, Türkiyə Respublikasına, oradan isə Ərəb Respublikasına getmiş, orada İŞİD” (hazırki adı “İD”) və “Cəbrət ən-Nusra” adlı cinayətkar birliklərin tərkibinə daxil olmaqla, 2012-2016-cı illər ərzində Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak edərək, orada həlak olduğu güman edilir. Məhkəmə hesab edir ki, ərizəçi X6in ərizəsi əsaslı olduğundan təmin edilməli, 08.03.1984-cü il təvəllüdlü X9 15.02.2015-ci ildə ölmüş elan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08.03.1984-cü il təvəllüdlü X9 15.02.2015-ci ildə ölmüş elan edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1074/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1074/2022
26.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver