Məhkəmə qərarları › İş №2(002)-1106/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1106/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1106/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, yetkinlik yaşına çatmayan X5 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 4-cü keçid, 36 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən evi xx xxxxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən əmisi X1 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 onun tam mülkiyyətindədir. xx xxxx 2018-ci il tarixli sazişlə X4, Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 manat verməklə ona məxsus mənzildən bir il ərzində qeydiyyatdan çıxmaları barədə razılaşmış və həmin məbləği cavabdehlərə ödəmişdir. Lakin hazırki vaxta kimi cavabdehlər ona məxsus evdə qeydiyyatdadırlar. Cavabdeh1 əmisi İbrahimin qızı, digər cavabdehlər isə İlhamənin uşaqlarıdır. Onlar on ildən də artıq müddətdir ki, Qobu qəsəbəsinə köçüb getmişlər və hazırda orada öz evlərində yaşayırlar. Qeydiyyatdan çıxmamalarını öz yaşadıqları evin sənəd probleminin olması ilə izah edirlər. Lakin cavabdehlərin mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, iddiaçının qohumu və qonşusudur. Cavabdehlər iddiaçının əmisi qızı və uşaqlarıdır, onlar sözügedən ünvanda on ildən çoxdur ki, yaşamırlar. İddiaçı onlara əlavə pul da vermiş, onlar bir il ərzində qeydiyyatdan çıxmağa söz vermişlər. Lakin qeydiyyatdan çıxmamışlar. Halbuki, onlar on ildən artıq müddətdir ki, Qobu qəsəbəsinə köçüb getmişlər və hazırda orada öz evlərində yaşayırlar. Əslində onlar qeydiyyatdan çıxmağa özləri razıdırlar, qeydiyyatdan çıxmamalarını öz yaşadıqları evin sənəd probleminin olması ilə izah edirlər. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05 nömrəli Forma-2 arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda özü, X7, X6, X8, X9, X10, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X5 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X3 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 0,0648 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka (girov) qoyulmasına, ilkin müqavilə bağlanmasına razılıq bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh1 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 0,0648 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka (girov) qoyulmasına, ilkin müqavilə bağlanmasına razılıq bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh2 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 0,0648 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka (girov) qoyulmasına, ilkin müqavilə bağlanmasına razılıq bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətlərindədir və bu barədə 421 nömrəli reyestr kitabının 39490 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış sazişin surətindən görünür ki, X10, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən mülkiyyətçi İddiaçı tərəfindən hər birinə nağd şəkildə veriləcək 5000 (beş min) manat müqabilində 1 (bir) il müddətinə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürdüklərini bildirmişlər. İş materiallarında olan Məmmdəov Vüqar, Məmmədov Məhəmməd, Haqverdiyev Elman və Məmmədov Məmməd tərəfindən imzalanmış və Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 2-da on ildən artıq müddətdir ki, yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdehlər hazırda iddiaçının mənzilində formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qaldıqlarından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, həmçinin mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvü olmadığından və onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqları hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişin şərtlərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Ona görə də cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, yetkinlik yaşına çatmayan X2 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 4-cü keçid, 36 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar