Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1123/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 və Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi, İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “5/87” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 Yaşayış Kompleksi 5 saylı binanın 87 nömrəli mənzil X3 və ailə üzvlərinin istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Lökbatan Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli aktlara əsasən, Qaradağ rayon Lökbata MKİS-in Sahə nəzarətçisi Qobu park-1 bina 8, mənzil 28də 2 otaqlı mənzillə təmin edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixində gecə saat 01:00 radələlərində qeyri-qanuni olaraq Qobu Park-1, bina 5, mənzil 87 ünvanına qapısını qırmaq yolu ilə daxil olmuş və mənzili zəbt etmişdir.
İddia tələbi
3. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 Yaşayış Kompleksi, 5 saylı binanın 87 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "QobuPark 1" yaşayış kompleksi, 5 saylı binada yerləşən 87 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı bildirir ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 26 dekabr 2018-ci il tarixli 5/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X4 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş "Qobu Park 1" yaşayış kompleksi 5 saylı binada, 87 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "QobuPark 1" yaşayış kompleksi 5 saylı binada yerləşən 87 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edildiyi məlum olmuşdur. Bu barədə akt tərtib edilib cavabdehǝ mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilsədə o, mənzili təhvil verməmişdir. Nəzərinizə çatdırır ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkün kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış kompleksi, 8 saylı binada yerləşən 28 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2, 91.3, 99.1, 99.2, 99.3, 99.4, 100.3-cü maddələrinə istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə edir. Cavabdeh evi qanunsuz zəbt edib. O, məcburi köçkün kimi Qobu Park yaşayış kompleksində yerləşən evlə təmin edilib. O, digər məcburi köçkün ailəsi evdə yaşamamasından istifadə edərək, evin qapısının kilidini qırıb evə qanunsuz olaraq girib, hazırda da evdə yaşayır. Cavabdeh İstismar sahəsinin işçisi olmuş, mənzili zəbt etməsi ilə əlaqədar əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mənzilin əsl sahibi olan Kərimli Kərim ilə müqavilə hal-hazırda qüvvədədir. Göstərilənlərə əsasən, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavadeh Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmir, 6 il Mənzil-Kommunal Təsərrüfat Birliyində işləmiş, daha sonra onu haqsız yerə işdən çıxarmışdırlar. Əvvəl vaqonda yaşayırdı, sonra ona iki otaqlı ev verdilər. Lakin o dörd otaqlı ev istəyir, onun ailəsi genişdir, iki otaqlı ev onlara kifayət etmir. Evin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə rəsmi müraciət etsə də, ona nə rəsmi cavab verilmiş, nə də ev problemi həll edilmişdir. Evə icazəsiz girdiyini qəbul edir, lakin evə girməyə məcbur qalmışdır. Hazırda da mübahisəli evdə yaşayır. Mübahisəli mənzilin kirayəçisi azad edilmiş torpaqlarda ev verildiyi üçün onlar mənzili tərk edərək Şuşa şəhərinə köçmüşlər. Evi təmir də etmişdir. Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçisi olduğu üçün evin açarını əldə edə bilmişdir. Artıq 8 aydır evdə qalır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri.
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 107 Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 71.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsini sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarı vardır. 71.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri arasında yaşayış sahəsinin dəyişdirilməsinə dair razılıq əldə edilməyibsə, onlardan hər birinin yaşadıqları yaşayış sahəsinin məcburi dəyişdirilməsinin məhkəmə qaydasında həyata keçirilməsini tələb etmək ixtiyarı vardır. Belə olan halda, dəyişdirilən yaşayış sahəsində yaşayan şəxslərin qanuni mənafeləri və diqqətəlayiq dəlilləri nəzərə alınır. 71.3. Sosial kirayə müqavilələri ilə verilən yaşayış sahələri Azərbaycan Respublikasının həm eyni, həm də ayrı-ayrı yaşayış məntəqələrində yaşayan vətəndaşlar arasında dəyişdirilə bilər. Yaşayış sahələrinin dəyişdirilməsi bu Məcəllənin 69.1-ci maddəsinin tələblərinə riayət etməklə dəyişdirmənin iştirakçılarının sayı məhdudlaşdırılmadan həyata keçirilir. 73.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsi müvafiq kirayəyə verənlərin razılığı ilə göstərilən kirayəçilər arasında bağlanılan yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə əsasında həyata keçirilir. 73.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsi müvafiq kirayəyə verənlərin razılığı ilə göstərilən kirayəçilər arasında bağlanılan yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə əsasında həyata keçirilir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qərarı 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.
b) Əsaslandırma
12. İddia əsaslıdır.
13. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 1” yaşayış kompleksi 5 saylı binanın 87 nömrəli mənzili Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin balansında olmaqla məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilməsi üçün nəzərdə tutulmuşdur.
14. Qeyd edilən mənzil 26 dekabr 2018-ci il tarixli 5/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında X1 və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri qismində aşağıdakılar göstərilmişdir: X6, X8, X9, X7, X10.
15. İddiaçı cavabdehin qeyd edilən mənzilə qeyri-qanuni daxil olduğunu bildirərək onun mənzildən çıxarılmasını xahiş edir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 və ailə üzvləri həmin mənzildən köçürüldükdən sonra Cavabdeh mənzilə hər hansı icazə almadan və qanunla nəzərdə tutulmuş prosedurlara uyğun müraciət etmədən daxil olmuşdur və orada yaşayır. Bu fakt cavabdeh tərəfindən etiraf edilməklə işin mübahisəsiz halıdır.
17. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən aydın olur ki, məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş formada tərtib və təsdiq edilmiş siyahı və ərizələr əsasında həyata keçirilir və bu barədə Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir.
18. Cavabdehin belə bir prosedur nəticəsində mübahisəli mənzilə dair xüsusi təyinatlı kirayə müqaviləsi əsasında kirayəçi və ya kirayəçinin ail üzvü qismində mübahisəli mənzilə köçməməsi işin mübahisəsir halıdır.
19. Eyni zamanda, məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin ilə cavabdehin atası Vaqif Vəliyev (kirayəçi) arasında ünvan 1 ünvanında dair bağlanmış xüsusi təyinatlı kirayə müqaviləsi üzrə cavabdeh kirayəçinin ailə üzvüdür.
20. Lakin, Mənzil Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada yaşayış sahəsinin dəyişdirilməsi halı da indiki vəziyyətdə baş verməmişdir. Belə ki, yaşayış sahəsi kirayəçisinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsini sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarı vardır.
21. Göstərilənlərə əsasən, məhkəmə araşdırması nəticəsində cavabdehin mübahisəli mənzildə yaşaması üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mübahisəli mənzilə qanunsuz daxil olmaqla orada yaşaması akt tərtib edilərək rəsmiləşdirilmiş və bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh mənzili tərk etməmişdir.
22. Belə olan halda, mübahisəli yaşayış sahəsi hazırda CavabdehVaqif oğlunun faktiki sahibliyində olduğundan, ona münasibətdə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (MM 157.2-ci maddəsi, vindikasiya tələbi) əsaslıdır və təmin edilməlidir. Nəticə
23. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobupark 1” yaşayış kompleksi, 5 saylı binada yerləşən 87 nömrəli mənzildən çıxarılması və 5/87 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir.
24. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh və ona məxsus əşyalar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “QobuPark 1” yaşayış kompleksi, 5 saylı binada yerləşən 87 nömrəli mənzildən çıxarılsın və 5/87 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova