Məhkəmə qərarları › İş №2(002)-1153/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1153/2022

29.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1153/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əhmədova Gülnar İnqilab qızı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə,yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, əmlakın bölünməsi, cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia icraat üzrə iş materiallarını araşdıraraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə,yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, əmlakın bölünməsi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu,Sənqaçal qəsəbəsi,massiv 2,ev 2 saylı mənzilə məhkəmə qaydasında köçürülməklə,istifadə hüquqlarının bərpa olunması barədə, Bakı şəhəri,Qaradağ rayonu,Sənqaçal qəsəbəsi,massiv 2,ev 2 saylı mənzilin cavabdehlə onun ailə arasında bərabər surətdə bölünməklə,2 otağın ona verilməsi,mətbəx,hamam və salonun isə ümumi istifadədə olmaqla məhkəmə qaydasında bölünməklə onun ailəsinə verilməsi barədə,cehiz əmlaklarının və ya 8200 manat məbləğində pul dəyərinin qaytarılması barədə,qızıl və zinət əmlaklarının və ya 8200 manat məbləğində pul dəyərinin qaytarılması barədə,qızları X1 doğum haqqında şəhadətnaməsinin əsli cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən bir qismi mənzilə köçürülməklə, istifadə hüququnun tanınması, bir qismi mənzilin bölünməsi, digər qismi isə cehiz əmlakın və qızı-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alinaraq ona qaytarılması tələbinə aiddir. Göründüyü kimi, hazırki mülki iş üzrə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə,yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, mənzilin bölünməsi, cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar