Məhkəmə qərarları › İş №2(002)-1155/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1155/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1155/2022 05.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 8 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 10 dekabr 2019-cu il tanxli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 8 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evini nisyə alğı-satqı qaydasında 21.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5.000 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının – İddiaçı ASCnin hesabına ödəyir, qalan 16.000 manatı isə hər ay 250 manat olmaqla 06.04.2025-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 5.000 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədankənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh oglu tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, "xxxx" İKB ASC ilə Cavabdeh oglu arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evi boşaldılaraq banka təhvil verilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Ayağının birini Vətən uğrunda gedən döyüşlərdə itirmişdir. Bankdan aldığı mənzil onun yeganə yaşayır yeridir. Başqa evi, mənzili, mülkü yoxdur. Mənzili ona Qarabağ savaşında iştirak etdiyinə görə mərhum prezident Heydər Əliyev tərəfindən bağışlanmışdır. Bankla o, nisyə alğı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən o, banka 5.000 manat ilkin ödəniş etməli, qalan 16.000 manatı isə hissə hissə, hər ay 250 manat olmaqla, 2025-ci ilədək ödəməlidir. bank qarşısında müqavilə üzrə olan öhdəliklərini düzgün, vaxtında icra etməyə çalışmışdır. İlkin ödəniş olan 5.000 manatı müqavilə bağlanan kimi banka ödəmişdir. Müqavilə bağlanan dövrdə yaxın gələcəkdə «Covid-19» virusunun yayılacağını, bununla bağlı bütün dünyada vəziyyətin gərgin olacağını, bəşəriyyəti pandemiya dövrü gözlədiyini, həmçinin bu dövrdə bütün iqtisadi sahədə durğunluğun hökm sürəcəyini güman etməmiş, bütün bunlardan xəbərdar olmamışdır. 2019-cu ilin dekabr ayından sonra yanvar ayında ödəniş etməmiş, fevral ayında 250 manat ödəniş etmişdir. Sonra maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. 2020-ci ilin mart ayında, Novruz bayramından sonra Ölkə uzun müddət davam edəcək pandemiya dövrünə qədəm qoymuşdur. 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla, cansağlığı ilə bağlı problemlərinə, pandemiya dövründə gəlirlərin sıfıra yaxın olmasına baxmayaraq, köməkləşib nisyə alğı-satqı müqaviləsi üzrə banka olan borcunu mümkün qədər ödəməyə çalışmışdır. Bankın məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi, o, çətinliklə də olsa, 01.03.2021-ci il tarixdə 100 manat, 29.03.2021-ci il tarixdə 200 manat, 23.04.2021-ci il tarixdə 150 manat, 01.06.2021-ci il tarixdə 150 manat, 27.06.2021-ci il tarixdə 100 manat olmaqla ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyətinin olduqca çətin olması səbəbindən bu ödənişləri də özündən asılı olmayan səbəblərdən dayandırmağa məcbur olmuşdur. Bank onun maddi vəziyyətini və pandemiya dövrünü nəzərə almadan, ondan borcun qalan hissəsinin tutulmasını tələb etməmiş, birbaşa müqavilənin ləğv edilməsini və əmlakın banka qaytarılmasını tələb etmişdir. İşin bu halını ədalətli hesab etmir. Belə ki, müqavilənin müddəti bitənə qədər maddi imkanları daxilində borc məbləğini hissə-hissə ödəməyə çalışacaq. Bankdan və məhkəmədən xahiş edir ki, onun bu vəziyyəti nəzərə alınsın və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılsın. Maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 8 saylı Notariat Ofisində tərəflər arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (rebrendinqdən sonra İddiaçı ASC) mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 75,49 m2 olan fərdi yaşayış evini 5.000 manat ilkin ödəniş edilməsi, qalan 16.000 manatı isə 06.04.2025ci il tarixədək ayda 250 manat ödənilməsi şərti ilə 21.000 manata (nisyə) Cavabdeh satmışdır. İş materiallarında olan digər sənədlərdən görünür ki, müqavilə bağlanandan sonra 12 dekabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı ASC-yə 5.000 manat ilkin ödəniş etmişdir. Sonradan, Cavabdeh 26.02.2020-ci il tarixdə 250 manat, 01.03.2021-ci il tarixdə 100 manat, 29.03.2021-ci il tarixdə 200 manat, 23.04.2021-ci il tarixdə 150 manat, 01.06.2021-ci il tarixdə 150 manat, 27.06.2021-ci il tarixdə 100 manat olmaqla, 950 manat ödəniş etmişdir. Cavabdeh cəmi ödədiyi məbləğ 5.950 manat təşkil edir. Cavabdehin iddiaçıya nisyə alğı-satqı müqaviləsinə əsasən 15.050 manat borcu vardır. Cavabdeh banka qeyd olunan müqavilə üzrə 15.050 manat borcu olmasını etiraf edir. Lakin bildirir ki, o, bank qarşısında müqavilə üzrə olan öhdəliklərini düzgün, vaxtında icra etməyə çalışmışdır. İlkin ödəniş olan 5.000 manatı müqavilə bağlanan kimi banka ödəmişdir. Müqavilə bağlanan dövrdə yaxın gələcəkdə «Covid-19» virusunun yayılacağını, bununla bağlı bütün dünyada vəziyyətin gərgin olacağını, bəşəriyyəti pandemiya dövrü gözlədiyini, həmçinin bu dövrdə bütün iqtisadi sahədə durğunluğun hökm sürəcəyini güman etməmiş, bütün bunlardan xəbərdar olmamışdır. 2019-cu ilin dekabr ayından sonra yanvar ayında ödəniş etməmiş, fevral ayında 250 manat ödəniş etmişdir. Sonra maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. 2020-ci ilin mart ayında, Novruz bayramından sonra Ölkə uzun müddət davam edəcək pandemiya dövrünə qədəm qoymuşdur. 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla, cansağlığı ilə bağlı problemlərinə, pandemiya dövründə gəlirlərin sıfıra yaxın olmasına baxmayaraq, köməkləşib nisyə alğı-satqı müqaviləsi üzrə banka olan borcunu mümkün qədər ödəməyə çalışmışdır. Bankın məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi, o, çətinliklə də olsa, 01.03.2021-ci il tarixdə 100 manat, 29.03.2021-ci il tarixdə 200 manat, 23.04.2021-ci il tarixdə 150 manat, 01.06.2021ci il tarixdə 150 manat, 27.06.2021-ci il tarixdə 100 manat olmaqla ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyətinin olduqca çətin olması səbəbindən bu ödənişləri də özündən asılı olmayan səbəblərdən dayandırmağa məcbur olmuşdur. Bank onun maddi vəziyyətini və pandemiya dövrünü nəzərə almadan, ondan borcun qalan hissəsinin tutulmasını tələb etməmiş, birbaşa müqavilənin ləğv edilməsini və əmlakın banka qaytarılmasını tələb etmişdir. İşin bu halını ədalətli hesab etmir. Belə ki, müqavilənin müddəti bitənə qədər maddi imkanları daxilində borc məbləğini hissə-hissə ödəməyə çalışacaq. Bankdan və məhkəmədən xahiş edir ki, onun bu vəziyyəti nəzərə alınsın. İş materiallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 567, 600, 601, 421-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Çünki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmişdir. Digər tərəfdən, cavabdehin ödənişləri vaxtında və tam şəkildə etməməsi pandemiya ilə bağlı yaranan durumla əlaqəli olmuşdur. Həmçinin, bank məhkəməyə müraciət edərkən, cavabdeh tərəfindən 5.000 manat ilkin ödəniş, daha sonra 950 manat ödəniş etməsini nəzərə almamış, qalıq borcun tutulmasını deyil, birbaşa müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılmasını tələb etmişdir. Halbuki, mənzilin dəyərinin 1/4-i civarında ödəniş edilmiş və 15.050 manat qalıq borcu qalmışdır. Cavabdeh həmin məbləği hissə-hissə ödəməkdən boyun qaçırmır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar