Məhkəmə qərarları › İş №2(002)-1156/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1156/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1156/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-in Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi,fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-in Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi,fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı notarial qaydada təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli AN-İ N0606458 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi,”Yelo Bank” ASC-in mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi,ev 3V,mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evini nisyə alqı-satqı qaydasında 40000 (qırx min) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 12500 (on iki min beş yüz) manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 27500 (iyirmi yeddi min beş yüz) manatı isə hər ay 550 manat olmaqla xx.xx.2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 12500 (on iki min beş yüz) manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 21 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməlidir.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında cavabdehin ərizəsinə etirazı bildirərək,cavabdehin bir neçə ay ödəniş etdiyini, bununla bağlı maliyyə arayışında qeyd edildiyini bildirərək, bu halların nəzərə alınaraq,iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 məhkəməyə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, o iddianı qəbul etmədiyini bildirdi. Belə ki, iddiaçı deyir ki, o cəmi 12500 pul ödəmişdir. Lakin bu yalan məlumatdır. Çünki o Banka pandemiya dövründə bir neçə ay ödəniş edə bilməmişdir. Evə də zatən yeni köçmüşdür. Bir neçə ay olar ev təhvil verilib. Pandemiya səbəblərdən işləyə bilmədiyindən bu pulu ödəyə bilmədi. Onun Banka ödənişləri təxminən 7-8 ay qalıb. Lakin Bank ona pandemiyaya görə nə vaxt verdi nə də ki, güzəşt etdi. O hazırda iddianı qəbul etmir çünki müqavilədə onun pulu ödəməyi və ödəmədiyi təqdirdə müqavilənin ləğv edilməsi və ya onun evdən boşaldılma barədə bənd yoxdur. O indidə borcu ödəməkdən yayınmır. Lakin hazırda bütün gecikmələri bağlamağa imkanı yoxdur. Ona güzəşt etsinlər və müqavilə müddətini uzatsınlar hissəvi yenə də ödənişlərini etsin. Müqavilə üzrə bank ondan evi boşaldılmanı tələb edirsə, ondan ona pulunu da geri qaytarmalıdır. Ya da vaxt versinlər o ödənişini etsin. Onun qohumu ev satır və satışdan əldə olunan pulu tam bağlayacaqdır. Məhkəməyə qəbzlərini növbəti iclasda təqdim edəcək. Hara qoymuşamsa tapa bilmir. Evdə hazırda 7 nəfər ailə üzvləri qalır. Pcjmademiya səbəbindən ödənişləri gecikdirmiş bu da ondan aslı olmayan səbəblərdən olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəf məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-cİ il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, X2 daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 10 gün müddətində "xxxx" ASC-yə tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində "xxxx" İKB ASC mülkiyyətində olan ünvan 2 mənzili alıcı qismində Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür, əmlakın dəyəri 40000 manat müəyyən edilib, alıcı ilkin olaraq 12500 manat məbləği satıcının depozit hesabına köçürü, qalan 27500 manat məbləğində pul vəsaitini hər ay 550 manat ödəniş etməklə xx.xx.2024cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür, satıcı əmlaka faktiki sahibliyi alıcıya verir, sərəncam vermək hüququ öhdəliklər tam icra olunduqdan sonra əmələ gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 mənzil xüsusi mülkiyyət formasında "xxxx" İKB ASC adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, X1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 14150 manat ödəniş etmiş, qalıq borcu 25850 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə predmeti olan əmlaka dair notarial qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzili cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin mənzilin dəyərinin 12500 manatını ilkin olaraq ödəməyi, qalan hissəsi 27500 manat məbləği hər ay 550 manat ödəniş etməklə xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin əmlak faktiki cavabdehin istifadəsinə verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, qeyd edilən müqvailə üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 550 manat məbləğində ödənilmişdir. Cavabdeh etiraz ərizəsində iddiaçı qraşısısnda borcunun olduğunu, ödəməkdən yayınmadığını, bütün ödənişləri etməyə imkanın olmadığını, ona güzəşt eidlməsini istədiyin, müqavilə müddətinin uzadılmasını xahiş etmişdir. Bununla da, məhkəmədə tədqiq eidlmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən, malın dəyərini müqavilə ilə şərtləşdiirlmiş qaydada və müddətdə ödəmədiyindən, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının tərəflər arasında bağlanılmış müqvailənin ləğv edilməsini və əşyanın ona geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, məhkəmə araşıdrması zamnaı müəyyən eidlmişdir ki, cavabdeh tərəfindən həmin müqavilə üzrə 14150 manat öədniş həyata keçirirlmişdir. Həmçinin, iddiaçı tərəfindən isə MM-nin 423.2-ci maddəsinin tələblərinə əməl edilmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqavailəsi üzrə alıcı qismində çıxış edən cavabdehə həmin müqavilə üzrə iddiaçı qarşısında icra etdiyi ödənişlərin ona geri qaytarılmasını iddiaçı bankdan tələb etmək hüququnun olması izah edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" İKB (indiki halda İddiaçı) ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli AN-İ №0606458 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evi boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB (indiki halda İddiaçı) ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli AN-İ №0606458 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evi boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehə izah edilsin ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə İddiaçı ASC-yə ödədiyi ödənişlərin ona geri qaytarılmasını tələb etmək hüququna malikdir. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar