Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1181/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-738/2006 saylı, 18 sentyabr 2007-cil tarixli qətnaməsi ilə onun cavabdehlər X4, X7, X21, X15, X16, X8, X26, X22, X17, X12, X18, X5, X23, X27, X13, X6, X3, X24, Cavabdeh və X9 qarşı iddiası təmin edilərək, onların Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 4 “D” saylı evin 41 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Lakin həmin qətnamədə Cavabdeh adı yanlış olaraq X2 qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə məhkəmə iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X14 izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2- 738/2006 saylı, 18.09.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4, X7, X21, X15, X16, X8, X26, X22, X17, X12, X18, X5, X23, X27, X13, X10, X3, X24, X11 və X9 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Lakin həmin qətnamədə Cavabdeh adı yanlış olaraq X2 göstərilmiş, qətnamə digər cavabdehlərə münasibətdə icra edilsə də, Cavabdeh münasibətdə icra edilməmişdir. Bu səbəbdən iddiaçının həmin cavabdehə qarşı yenidən iddia ərizəsi ilə məhkəmədə iddia qaldırması yolverilməzdir. Bu ondan irəli gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-738/2006 saylı, 18.09.2007-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.1, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-738/2006 saylı, 18.09.2007-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1181/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1181/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver