Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1198/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin X4, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X5 qarşı mənzilin boşaldılaraq ona təhvil verməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 na qarşı mənzilin boşaldılaraq ona təhvil verməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sahibi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzili cavabdehlər "xxxx" MMC-ti, X12 və onun oğlu Cavabdeh3 tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oskar Qrup" MMC-ti tərəfindən inşa edilən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzili 05 aprel 2010-cu ildə almışam və həmin vaxtdan həmin mənzilin mülkiyyətçisiyəm. (Bax qoşma sənədlərə)Mənzilimin girişinə dəmir qapı quraşdırmışam və mənzilin daxilində bəzi təmir işləri etdirmişəm. Mənzilin bir açarını həmin binaya baxan komendanta verməyimə baxmayaraq gəlib gördüm ki, dəmir qapım oğurlanıb və onun əvəzinə diqər bir dəmir qapı quraşdırılıb. Bu səbəbdən komendant ilə danışdıqda mənə bildirdi ki, bir neçə şəxs gəlib özbaşına olaraq mənzilə daxil olublar. Qapını və içərdə olan digər əşyaları oğurlayıblar.Sonradan mənə bildirildi ki, Şabran rayon sakinləri X12 (***-***-**-**) və onun oğlu Cavabdeh3 mənim mənzilimə basqın ediblər, əşyalarımı oğurlayı Bu məsələ ilə bağlı mən binanın komendantına müraciət etdim. MTK-nın komendantı mənə dedi ki, mənzil mənimdir və bunu təsdiq etmək üçün polisə və məhkəməyə müraciət etməliyəm. Mən polisə müraciət etdim. Mənə polis bölməsi qərar verdi ki, bu məsələ mülki məsələdir və məhkəməyə müraciət etməliyəm. Mən də hazırda məcbur olub iddia ilə müraciət edirəm. Məndə olan faktlara əsasən mənzilin sahibi mənəm, qarşı tərəf isə həmin mənzilə dair heç bir sənədi və hüququ yoxdur. Bu məsələyə bir dəfə məhkəmədə baxılıb və onların hüququ təmin edilməyib.Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmə əsasən təqsirləndirilən şəxs X2 "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə zərərçəkən şəxs X6 müraciəti əsasında oğlu Cavabdeh3 adına 4-cü binadan 2 otaqı ümumi sahəsi 85 kv.m olan 22 nömrəli mənzilə dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlamışdır. Bundan sonra X12, X2 tərəfindən bir mənzilin bir neçə şəxsə satıldığını eşitdiyi üçün sonuncuya iradını bildirmişdir və X2 ona 2-ci binadan 35 nömrəli mənzilin boş olduğunu deyərək, həmin mənzili təklif etmişdir. Bu barədə onunla xx.xx.2012-ci il tarixli müqavilə bağlayaraq, ümumilikdə 34.000 manat pul ödəmişdir. Sonradan o, X2 tərəfindən yenə də bir mənzilin bir neçə şəxsə satıldığını bildiyi üçün ödənişləri dayandırmışdır. Pulunu geri tələb etsə də, X2 müxtəlif bəhanələr gətirərək onu aldadıb pulunu qaytarmamışdır. (Bax Hökm səhifə 1, 2, 26, 27)Bu səbəbdən X12 həmin Hökm daxilində mülki iddiaçı qismində tanınaraq mülki tələbi üzrə iddiası təmin edilmişdir. 34.700 manat pulun X1 alınaraq X8 ödənilməsi barədə qərara alınmışdır. (Bax Hökm səhifə 78, 79) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmə əsasən X6 və oğlu Cavabdeh3 adına "xxxx" MMC-ti tərəfində inşa etdiyi binasında mənzilə dair müqavilələri saxta olduğundan həmin müqavilə ləğv edilib və onun əvəzində dələduz X1 34.700 manat alınaraq X8 ödənilməsi barədə qərar qəbul edilib. Qanuni şəkildə quvvəyə minmiş Hökmün mövcud olmasına baxmayaraq X12 və oğlu Cavabdeh3 heqemonluq edərək və Azərbaycan Respublikasının Qanunlarına tabi olmayaraq, özbaşınalıq edərək onun mülkiyyətində olan mənzilinə basqın edib, içində olan əşyaları oğurlamaqla yanaşı hazırda ona məhdudiyyət yaratmaqla, ona və ailə üzvlərinə təziq edirlər.Bu proseslər zamanı o, mülkiyyətində olan mənzilinə daxil ola bilmir. Hazırda əsəbləşib, dərin sarsıntılar keçirirlər. Artıq o, bu təziqlərə dözə bilmir. Hesab edir ki, onlar qanun qarşısında cavab verməlidirlər.Bu hal onun hüquqlarımı məhdudlaşdırır. Əmlakı üzrə sahiblik və istifadə hüququmdan tam istifadə edə bilmir.Bu faktları təsdiq edən sübutlar rəsmi şəkildə təqdim ediləcək. Araşdırma prosesində iş üzrə şahidləri və səs yazıları təqdim edəcək. Onlar və hazırda qapını dəyişməklə ona şəxsi mənzilinə daxil olmağına maniyələr törədirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə edir ki, evdə yaşayış yoxdur. Evi 2010-cu ildə aldı,lakin imkanı olmadı deyə təmir etdirib köçə bilmədi. Lakin sonra evə gedəndə gördü ki, cavabdehlər evi zəbt edib oraya yığışıblar, qapını belə dəyişiblər, içindəkiləri kimsə götürüb.Onlarda İİ binadır.Ev onlara 2012-ci ildə satılıb. Maddi imkanım olmayıb deyə daha əvvəl evlə maraqlanmamışdır. 2010-cu il tarixdə Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağladılar. Həmçinin qeyd etdi ki, onlar cavabdeh ilə halallıq olsun deyə razılıq əldə ediblər ki, onlar cavabdehə təmir xərcini verəcəklər, cavabdeh isə evin pulunu Muxtardan tələb edəcək. Amma, evin təmiri cavabdehin dediyi qədər təşkil etmir, cünki evin vəziyyəti heç tam təmirli deyildir. Eyni zamanda hazırki iddia tələbi üzrə o evin mülkiyyətçisi olaraq mənzilin boşaldılaraq onlara verilməsini xahiş edir. Həmçinin əlavə edir ki, Oskar MMC ona mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı hər hansı bir şəkildə maneçilik etməsə də, onu cavabdeh qismində cəlb eləməyinin səbəbi Cəmiyyət tərəfindən qətnamənin gələcəkdə icrasına və onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı bir formada manelərin törədilməsinin qarşısını indidən almaqdır. Cavabdeh X9 məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaçını əvvəldən tanımadığını, burada tanış olduqlarını bildirdi. Onların da Cavabdeh1 ilə alqı-satqı müqaviləsi var. Muxtar həmin vaxtı Cəmiyyətin rəhbəri idi və onu bu cür dələduzluqlarına görə tutdular, 13 il müddətinə azadlıqdan məhrum edilmişdi, indi azadlıqda olubolmadığını bilmir. Evi alanda bina təmirsiz idi. Evə pəncərə qoydular. Ev 2 otaqlı, 85 m²dir.Təmirə 15000 manatdan çox xərc çəkiblər. 34700 manat ziyan çəkmişdir. Əlavə olaraq qeyd etdi ki, yaranmış vəziyyətə görə Cəmiyyətin rəhbərliyi məsuliyyət daşıyır, ona görə onun tərəfindən alqı-satqıya görə ödənilmiş 34700 manat pulu Muxtardan və təmir pulunu isə iddiaçıdan tələb etmək üçün iddia qaldıracaq. Cavabdeh2 məhkəmənin əvvəlki iclasında izahatında qeyd etdi ki, Mən heç vaxt Azərbaycanda olmamış, o vaxtlar Çin Xalq Respublikasında idi. Evdə kərpic qırıntıları olub O vaxt onlara evin alınması barədə məlumat verilməyib.İşıq üçün sayğacı özü qoymuş, su sayğacı isə təzəliklə qoyulub. O, yayda gəlib burada olur. Orada ümumiyyətlə qaz olmamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 MMC-nin direktoru X11 məhkəmə iclasında izahatından qeyd etdi ki, o iki il olar ki, Cəmiyyətə rəhbərlik edir. İddiaçı və cavabehlə alq-satqı müqavilələrini ondan əvvəlki cəmiyyətin rəhbəri Muxtar adlı şəxs tərəfindən bağlanmışdır. Sonradan Muxtar məhkum olundu, hazırda onun haqqında məlumatlı deyildir. Qeyd olunan mübaisəli mənzil ilk öncə iddiaçı Safura xabıma satıldığından hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməısinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC-nin direktoru M.Bayramov tərəfindən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa olunacaq 1 bloklu 2-ci binanın 9-cu mərtəbəsində 85 kavadratmetr 2 otaqlı 35-ci mənzili 29750 manata satmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 29750 manat xx.xx.2010cu il tarixdə tam ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC-nin direktoru M.Bayramov tərəfindən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa olunacaq 1 bloklu 2-ci binanın 9-cu mərtəbəsində 85 kavadratmetr 2 otaqlı 35-ci mənzili 34000 manata satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə 34000 manat xx.xx.2010-cu il tarixdə tam ödənilmişdir. İş materilaalrında olan mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.20212-ci il tarixlərdə isə 400 manat və 700 manat olaraq əlavə ödənişlər də edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, İddiaçı müraciətdə qeyd edilmişdir ki, qrup şəklində oğurluq, dələduzluq və saxtakarlıq əməli edan Şabran rayon sakinləri X12 (***-***-**-**), Cavabdeh3 və X2 tərəfindən təziqlərə məruz qalmışdır. Mülkiyyətində olan mənzilinə basqın etməklə oğurluq ediblər. Onun və ailə üzvlərinin həyatı təhlükədədir. "Oskar Qrup MMC-ti tərəfindən inşa edilən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahesi olan 2 otaqlı 35 saylı mənzili 05 aprel 2010-cu ildə almışam və həmin vaxtdan həmin mənzilin mülkiyyətçisidir. Mənzilinin girişinə dəmir qapı quraşdırmış və mənzilin daxilində bəzi təmir işləri etdirmişdir. Mənzilin bir açarını həmin binaya baxan komendanta verməyinə baxmayaraq gəlib görmüşdür ki, dəmir qapısı oğurlanıb və onun əvəzinə digər bir dəmir qapı quraşdırılıb. Bu səbəbdən komendant ila danışdıqda ona demişdir ki, bir neçə şəxs gəlib özbaşına olaraq mənzilə daxil olublar. Qapını və içərdə olan digər əşyaları oğurlayıblar. Sonradan ona demişdir ki, Şabran rayon sakinləri X12 (***-***-**-**). Cavabdeh3 onun mənzilinə basqın ediblər, əşyalarını oğurlayıblar və hazırda qapısını dəyişməklə onun şəxsi mənzilinə daxil olmağına maniyələr törədirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmə əsasən təqsirləndirilən şəxs X2 "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə zərərçəkən şəxs X6 müraciəti əsasında oğlu Cavabdeh3 adına 4-cü binadan 2 otaqlı ümumi sahəsi 85 kv.m olan 22 nömrəli mənzilə dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlamışdır Bundan sonra X12, X2 tərəfindən bir mənzilin bir neçə şəxsə satıldığını eşitdiyi üçün sonuncuya iradını bildirmişdir və X2 ona 2-ci binadan 35 nömrəli mənzilin boş olduğunu deyərək, həmin mənzili təklif etmişdir. Bu barədə onunla xx.xx.2012-ci il tarixli müqavilə bağlayaraq, ümumilikdə 34.000 manat pul ödəmişdir. Sonradan o, X2 tərəfindən yenə də bir mənzilin bir neçə şəxsə satıldığını bildiyi üçün ödənişləri dayandırmışdır. Pulunu geri tələb etsə də, X2 müxtəlif bəhanələr gətirərək onu aldadıb pulunu qaytarmamışdır. Bu səbəbdən X12 həmin Hökm daxilində mülki iddiaçı qismində tanınaraq mülki tələbi üzrə iddiası təmin edilmişdir. 34.700 manat pulun X1 alınaraq X8 ödənilməsi barədə qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmə əsasən X6 və oğlu Cavabdeh3 adma "xxxx" MMC-ti tərəfində insa etdiyi binasında mənzilə dair müqavilələri saxta olduğundan həmin müqavilə ləğv edilib və onun əvəzində dələduz X1 34.700 manat alınaraq X10 ödənilməsi barede qərar qebul edilib. Qanuni şəkildə qüvvəyə minmiş Hökmün mövcud olmasına baxmayaraq X12 və oğlu Cavabdeh3 "heqemonluq" edərək və Azərbaycan Respublikasının Qanunlarına tabe olmayaraq, özbaşınalıq edərək onun mülkiyyətində olan mənzilinə basqın edib, içində olan əşyaları oğurlamaqla yanaşı hazırda ona mahdudiyyət yaratmaqla, ona ve ailə üzvlərimə təziqlər etmişdir. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan mahrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mülki iddiaçıların iddiaları üzrə icraata xitam verilmiş və sonradan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, X12 hazırkı iddia predmeti olan mubahisəli mənzilə dair müqavilə bağlanmış və 34000 manat ödəmişdir. Məhkəmə hazırki mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Hazırki mülki iş üzrə iddiaçı cavabdehlər tərəfindən ona məxsus mənzilin zəbt edildiyinə isitnad edərək, onların mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər isə onlar tərəfindən mənzilin təmiri üçün xərc çəkildiyinə istinad edərək iddia tələbi ilə razılaşmamışdılar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı həmin evi xx.xx.2010-cu il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh1 MMC-dən alımışdır. Eyni zamanda Cavabdeh1 MMC-nin rəhbərliyi-Bayramov Muxtar adlı şəxs digər Cavabdeh2 ilə də xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlyaraq iddiaçıya satılmış evi cavabdehlərə də satmışdır. Bu həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 262/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli Hökmü ilə də öz təsdiqini tapmış və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Həmçinin həmin hökm ilə Cavabdeh2 mülki iddiaçı kimi tanınaraq X1 ona 34700 manat məbləğində pulun tutulması da hökmdə öz hüquqi həllini tapmışdır. Buna baxmayaraq, cavabdehlər iddiaçıya məxsus evə qanunsuz olaraq sahiblik etməyə davam etmişdilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və X5 dair hissədə əsaslı olmaqla təmin edilməli və onlar iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzilindən çıxarılmalıdır. Həmçinin, məhkəmə cavabdehlərin mübahisə predmetinin təmiri üçün onlar tərəfindən çəkilmiş xərclərə dair münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi verilmədiyindən, həmçinin məhkəmə iclaslarında həmin məsələ ilə bağlı öz aralarından razılığa əldə edəcəyini qeyd etdiyindən hazırki halda həmin məsələ açıq qalmalı və ona hüquqi qiymət verilə bilməz, əlavə olaraq qeyd edir ki, cavabdehlər iddiaçı ilə pul məbləğində müvafiq razılığa gələ bilmədiyi halda iddiaçıya qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh1 MMC-yə dair olan hissəsndə qeyd edir ki, hazırda tərəflərin hər ikisi ilə müqavilələr bağlamış Cəmiyyətin keçmiş rəhbərliyi barəsində məhkəmə hömkü mövcuddur, hal-hazırda iddiaçının izahatında qeyd etdiyi kimi Cəmiyyət tərəfindən ona mülkiyyət hüquqlarının həyata keçırılməsində qarşı olan hər hansı manelər törədilməmişdir. Eyni zamanda məhkəmə iclasında Cəmiyətin hazırki rəhbərliyi iddiaçını mübahisəli evin mülkiyyətçisi kimi tanımış və iddianın təmin edilməsinə etiraz etməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin gələcəkdə baş verəcək ehtimallarla və fərziyələrlə əsaslandırılması qeyri mümkün olduğundan iddia tələbi Cavabdeh1 MMC-yə dair hissədə əsassız olmaqla təmin edilməməlidir. . Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzilindən məcburi çıxarılmalı, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzil boşaldılaraq, İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlər Cavabdeh2 və X3 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəlləsində inşa edilən 2-ci binada 85 kv.m sahəsi olan 2 otaqlı 35 saylı mənzil boşaldılaraq, İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Akif Əli oğlu və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1198/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1198/2025
23.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver