Məhkəmə qərarları › İş №2(002)-1200/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1200/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1200/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi , Ərizəçi iştirakı ilə, Ərizəçi “itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək həm mülki iş, həmdə ki, icra işi olmadığından (itirildiyindən) MPM-yə edilmiş 1 saylı Əlavəyə əsasən, 2-127-1996 saylı xx.xx.1996-ci il tarixli mülki iş üzrə “itirilmiş məhkəmə icraatının bərpa edilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində iddia təmin edilərək, Maraqlı şəxs və onunla yaşayan bütün şəxslərlə birlikdə, Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 1594-cii keçid, ev 24, mənzil 42-də olan yaşayış sahəsindən çıxarılması qət edilmişdir. O, Ərizəçi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Qaradağ rayon Məhkəməsinin 2(002)-127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Lakin Qaradağ rayon Məhkəməsindən ona ünvanlanmış cavab məktubunda məhkəmə öz arxivindən, Ədliyyə Nazirliyinin arxivindən və Milli arxiv İdarəsindən mülki işi tələb etmiş, müəyyən edilmişdir ki, həmin mülki iş müvafiq olaraq arxivlərdə mövcud deyildir. Həmçinin məhkəmə icra şöbəsinə də müraciət etmiş, həmin qətnamə ilə bağlı icra işinin də olmadığını Qaradağ rayon İcra Şöbəsi məhkəməyə bildirmişdir Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nəvəsi X5 məhkəmə iclasında arayış təqdim edərək, izahatında qeyd etdi ki, həmin evdə yaşayırlar. Maraqlı şəxs-nənəsi vəfat etmişdir. Hazırda həmin evdə atası, anası, bibisi, özü və həyat yoldaşı qalırlar.Zəngilan rayonundan məcburi köçkündülər. Zəngilan rayonundan ev verilən kimi evdən çıxacaqlar. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs və onunla yaşayan bütün şəxslərlə birlikdə, Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 1594-cii keçid, ev 24, mənzil 42-də olan yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X5, X3, X1 və X6 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cii keçid, ev 24, mənzil 42-də olan mənzil qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, arxiv şöbəsində sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 127/1996 və 2(002)-128/1996 saylı mülki işləri siyahı üzrə arxivə təhvil verilməməişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan (arxiv müdiri-Naim İsmayılov, dəftərxana müdiri Vüqar Zeynalov və kompyuter programçısı Yusif Əhmədov tərəfindən imzalanmış) görünür ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və digərlərinə qarşı mənzildən çıxarılma barədə 2(002)-127/1996 saylı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbə inzibati ərazi üzrə nümayəndəliyindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 26 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 1594-cii keçid, ev 24, mənzil 42-də olan mənzil Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 152 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. 152 saylı Mənzil Kommunal İstismar Sahəsi məktubunda qeyd edir ki, adı çəkilən ünvanda məskunlaşmış, Zəngilan rayon qaçqını vətəndaş Maraqlı şəxs xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Bu səbəbdən məhkəmə bildirişi nəvəsi X2 təqdim edilmişdir. İş materiallarında olan V-ЖГ saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Maraqlı şəxs xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə dair Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 4-cü bəndinə əsasən ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Həmin Əlavənin 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır. İtirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi göstərilmədikdə, məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir. İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda, məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır. Həmin Həmin Əlavənin 11-ci bəndinə əsasən, itirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədikdə, məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində iddia təmin edilərək, Maraqlı şəxs və onunla yaşayan bütün şəxslərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 1594cii keçid, ev 24, mənzil 42-də olan yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Hazırkı halda Maraqlı şəxs vəfat etdiyindən itirilmiş icraat bərpa ediləcəyi təqdirdə vəfat etmiş şəxsə münasibətdə qətnamənin icra yönəldilməsi təmin edilməyəcəkdir. Eyni zamanda Qaradağ rayon Məhkəməsinin 2(002)-127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində Maraqlı şəxs və onunla yaşayan bütün şəxslərlə birlikdə çıxarılması qət olunsa da həmin şəxslərin kim olması həmin qətnamə ilə müəyyən olunmur. Odur ki, qeyri müəyyən şəxslərə münasibətdə icraatın bərpası mümkün olmayan haldır və icrası təmin olunmayacaqdır. Belə olan halda Ərizəçi yenidən həmin mənzildə olan şəxslərin çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar