Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1208/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair; İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları X8 və X9 ilə birlikdə ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh rəsmi nikaha düşməklə mərhum oğlu X4 ilə ailə qurmuşdur. Atasından miras qalmış Quba rayonu Afurca kəndində yerləşən əmlakı oğluna bağışlamış, oğlu vəfat edəndən sonra da həyat yoldaşı ilə birlikdə öz paylarından imtina etmişlər. Gəlini də, onlardan heç bir əlavə əmlak tələbi olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Bundan əlavə olaraq, oğlu ilə birgə nikahda olarkən digər fərdi yaşayış evi inşa edərək, orada birgə yaşamışlar. Oğlunun vəfatından sonra da həmin əmlak gəlini və onun iki oğluna qalmışdır. Lakin sonuncular xx.xx.1992-ci il tarixli 017054 saylı orderlə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildə formal olaraq qeydiyyatda qalırlar. Bir neçə dəfə müraciət etsə də, gəlini qeydiyyatdan çıxmamış, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi isə həmin şəxslərin onlar tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmadığını, yalnız məhkəmə qərarı ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olduğunu bildirmişdir. Belə olan halda, mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yolu mövcud olmamışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə onun birgə nikahından doğulmuş, yetkinlik yaşına çatmamış uşaqları Röyalın və Xəyalın və həmin uşaqların qəyyumu kimi onun Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4b saylı evin 47 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2005-ci il tarixdə X4 ilə qanuni nikaha daxil olmuşdur. Bu nikahdan onların xx.xx.2006-cı il tarixdə X8 və xx.xx.2008-ci il tarixdə X9 doğulmuşlar. Lakin xx.xx.2018-ci il tarixdə X4 qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. X1 vəfatından sonra Cavabdeh övladlarını təkbaşına böyütməyə çalışmış, X1 ailəsi tərəfindən heç bir köməklik göstərilməmiş, X3 vərəsəlik əsasında məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4b saylı evin 47 saylı mənzilindən istifadə hüququna maneələr yaradılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1208/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki iş və iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh - digər iddia üzrə iddiaçının iddiasını qəbul etmədi, öz iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh - digər iddia üzrə iddiaçının iddiasını qəbul etmədi, İddiaçı izahatına uyğun izahat verdi və məhkəmədən İddiaçı iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh iddia tələbini müdafiə etdi, İddiaçı iddiasını qəbul etmədi və məhkəmədən Cavabdeh iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının (ikinci iddia üzrə cavabdeh), iddiaçının nümayəndəsinin və cavabdehin (ikinci iddia üzrə iddiaçı) nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia təmin edilməli, ikinci iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Nikah, doğum və ölüm haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh X4 ilə 27 sentyabr 2005-ci il tarixdə ailə qurmuş, onların bu nikahdan iki övladları doğulmuşdur. X4 23 yanvar 2018-ci il tarixdə qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsindən Bakı şəhərində vəfat etmişdir. Müvafiq olaraq nikah, doğum və ölüm akt qeydləri aparılmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Afurca kəndində yerləşən 0,11 ha torpaq sahəsi hər birinin payı 1/3 nisbətində olmaqla Cavabdeh və digərlərinin paylı mülkiyyətindədir. - 124 saylı MKİS tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, MKTB-nin balansında olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin icarəyə götürəni İddiaçı olmaqla, özü və ailə üzvləri, həmçinin gəlini Cavabdeh həmin mənzildə qeydiyyatdadırlar. - Bakı şəhəri 8 saylı notariat ofisində tərtib və təsdiq edilmiş 24 yanvar 2019-cu il tarixli 8İ-626 reyestr saylı ərizədən görünür ki, Cavabdeh İddiaçı və X2 qarşı heç bir əmlak tələbinin olmadığını bildirmişdir. - Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli 2V- 117 reyestr saylı mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X4 ilə birgə nikah dövründə əldə olunmuş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə markası, modeli, digər özəllikləri müfəssəl şəkildə göstərilmiş daşınar əşyaya - avtonəqliyyat vasitəsinə dair verilmişdir. - Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli 2V- 118 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və iki övladının X4 ilə birgə nikah dövründə əldə olunmuş əmlakın X3 aid 1/2 hissəsindən ibarət miras əmlakdan hər birinin 1/6 hissədə olmaqla pay almaq hüquqları var. Şəhadətnamə markası, modeli, digər özəllikləri müfəssəl şəkildə göstərilmiş daşınar əşyaya - avtonəqliyyat vasitəsinə dair verilmişdir. Konstitusiya Məhkəməsinin analoji mübahisələrlə bağlı işlər üzrə formalaşdırdığı mövqeyə görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası əsaslıdır. Çünki, Cavabdeh əri və övladları ilə mübahisə edilən, MKTB-nin balansında olan mənzildə mənzilin icarədarı ilə bir yerdə birgə təsərrüfat aparmış, sonradan könüllü şəkildə, heç bir təzyiq və basqıya məruz qalmadan həmin mənzili tərk edərək, yaşamaq üçün başqa yerə köçmüşdür. İddiaçı tərəf hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, Cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzili tərk etməyə məcbur edildiyini bildirməmişdir. Əksinə, Cavabdeh notarial qaydada ərizə yazaraq, iddiaçıya qarşı heç bir əmlak tələbinin olmadığını bildirmiş, ona haqqı çatan əmlakların vərəsəlik və s. qaydada adına rəsmiləşdirilməsinə İddiaçı tərəfindən maneə yaradılmamışdır. Cavabdeh hazırda mübahisə etdiyi mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Cavabdeh mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, Cavabdeh məhkəmə mübahisəsi olanadək və bundan sonra da mübahisələndirdiyi mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Birinci iddianın təmin edilməsi üçün sadalanan əsaslar ikinci iddianın rədd edilməsi üçün əsaslar kimi çıxış edir. Ödəniş qəbzlərindən göründüyü kimi, məhkəməyə birinci iddia ərizəsi təqdim olunması üçün İddiaçı tərəfindən 100 manat dövlət rüsumu; ikinci iddia ərizəsinin təqdim olunması üçün Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh azyaşlı övladları X8 və X9 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, ikinci iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh azyaşlı övladları X8 və X9 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, ikinci iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1208/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1208/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver