Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1216/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi” tələbinə dair mülki işi nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və müvafiq bildirişin mərkəzləşdirilmiş elektron sistemdə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 2(041)-2594/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Kürdəmir Rayon Məhkəməsinini 2(041)-2594/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim: İmanov Xaliq) iddiaçı X1 Cavabdeh, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi”tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin yaşayış yeri üzrə ünvan ünvan 1 Sistemindən iddiaçının əmək müqaviləsinə dair verilmiş sorğudan görünür ki, İddiaçı işəgötürəni-fərdi sahibkar Cavabdehdur. ( VÖEN **********) AZEMİS Elektron Məhkəmə Sistemindən vergi ödəyicisinə dair verilmiş sorğudan görünür ki, Cavabdeh (FİN: 167ZBPG) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı ünvanı ünvan 2lektron Məhkəmə Sistemindən Cavabdeh (FİN:167ZBPG) ünvanı hazırda isə ünvan 3 məsələyə aydınlıq gətirilməsi üçün Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış və məhkəməyə bildirmişdir ki, onun qeydiyyat ünvanı ünvan 4 2017-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Kürdəmir Rayon Məhkəməsinini 2(041)-2594/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilərkən həmin məsələlər araşdırılmamış, işi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməli olduğu halda Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Cavabdeh(FİN:167ZBPG) fərdi sahibkar statusu olan fiziki şəxsdir. Cavabdeh (FİN:167ZBPG) qeydiyyatı isə Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti, ev 75 A, mənzil 87 olduğuna görə mülki iş üzrə iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1216/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1216/2025
18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver