Məhkəmə qərarları › İş №2(002)-122/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-122/2021

15.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-122/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı və Quluzadə Elvin Rafiq oğlu və onların nümayəndəsi vəkili Vəkil Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 və onların vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və Quluzadə Elvin Rafiq oğlunın,qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən və evdən çıxarılma və pul tələbi” dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və Quluzadə Elvin Rafiq oğlunın qarşı “çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və Quluzadə Elvin Rafiq oğlu qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılar İddiaçı1 qızma, İddiaçı2 qızma və X17 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus iki mərtəbəli evdə yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvlərinin əşyaları ilə birlikdə onlara məxsus olan torpaq sahəsindən və evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və Quluzadə Elvin Rafiq oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Həmçinin həmin torpaq sahəsində vaxtilə inşa edilmiş 2 mərtəbəli ev də, onlara məxsusdur. Torpaq sahəsinin iddiaçılara məxsus olmasına dair Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 30.01.2020-ci il tarixli çıxarış mövcuddur. Qeyd etmişlərki, ailəsinə 14 avqust 1987-ci il tarixdə Qaradağ rayon İcraiyyə Komitəsinin qərarı ilə Lökbatan qəsəbəsində, 6-cı Massiv, 5-ci küçədə 600 kv.m (6 sot) torpaq sahəsi verilmişdir. Həmin il dövlətdən borc pul (ssuda) götürüb, RSU adlanan tikinti idarəsinə pul köçürüb, ev tikilməsi üçün müqavilə bağlamışlar. Müqavilənin müddəti 3 ay idi. Lakin müəyyən tikinti işlərindən sonra, tikinti idarəsi bağlandığı üçün evin tikintisi yarımçıq qaldı. Evin sahibi Rafiq Quliyev həmin dövrdə öz bacısının həyat yoldaşını çağırıb, yarımçıq qalmış evi ona tikdirdi. Birinci mərtəbədə 3 otaq və mətbəx hazır olsa da, təmir tam başa çatmadı. Həmin vaxt mərhum X13 ilə yaxşı münasibətdə olan, tanıdıqları Cavabdeh1 öz qonşusu Gülbəniz adlı xanımın evini onlara kirayə tapmışdı. Evin birinci mərtəbəsi tam hazır olana qədər onlar Gülbəniz xanımın evində kirayədə qaldılar. Birinci mərtəbə hazır olduqdan sonra evə su, qaz, işıq çəkdirmişlər. Daha sonra ev hasara alınaraq, darvazası da, qoyuldu. Həyətdə hovuz və ayaqyolu belə tikildi. İddiaçılar evə köçərkən mərhum X8 bacısı, həyat yoldaşı və iki uşağı ilə birlikdə onlarla birlikdə yaşayıblar.1991-ci il tarixdə ev növbələri çatdığı üçün, Əhmədli qəsəbəsində onlarn 0 otaqlı mənzil verdilər. Həmin dövrdə mərhum X13 dost adlandırdığı Cavabdeh1 tapşırdı ki, Lökbatan qəsəbəsində yerləşən evdə müvəqqəti yaşasın ki, ora başqaları girməsin. Evi Cavabdeh1 verərkən, bütün əşyaları, o cümlədən şifoner, servant, çarpayılar, 2 ədəd mətbəx dolabı, lüsterlər, korniz və.s evdə qalmışdı. Evin 2-ci mərtəbəsi də, tikilib hazır olmuşdu. Özləri də, arabir gəlib evə baş çəkib getmişdi.İddiaçılar həmin evdə yaşayarkən, ətrafda heç bir qonşu ev tikməmişdi. Xatırlayırlar ki, sol tərəfdə yalnız Elgiz adlı şəxs də, ev tikirdi 1998-ci il tarixdə mərhum X3 şəhərinə işləməyə getməli olduğundan , ailəvi oraya getmişlər. 2000-ci ildə X13 ağır xəstələnməsi səbəbindən onlar birbaşa Bakı şəhərinə deyil, mərhum X8 ata evi yerləşən Biləsuvar rayonuna getmişlər. X13 elə Biləsuvar rayonunda vəfat etdi. Bütün qohumlar Biləsuvar rayonunda yaşadıqları üçün, orada qalmalı olmuşlar. Övladları da, həmin rayonda orta məktəbi bitirmiş, instituta girdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Lökbatan qəsəbəsində yerləşən evdən isə arxayın idilər ki, orada inandıqları, duz-çörək kəsdikləri, insaflı və vicdanlı, dürüst olan Cavabdeh1 orada müvəqqəti yerləşib ki, heç kim ora özbaşına girə bilməsin. İddiaçılar əmin idilər ki, dedikləri vaxt Cavabdeh1 evi boşaldıb, təhvil verəcək. Əfsuslar olsun ki, onlara məxsus evin və torpaq sahəsinin boşaldılaraq, təhvil verilməsi məsələsi qalxdıqda, Cavabdeh1 və ailə üzvləri buna etiraz edərək, guya 30 il əvvəl həmin evi və torpaq sahəsini aldıqlarını bildirmişlər Ona görə də, iddiaçılar hesab edirlər ki, hal-hazırda onlara xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus iki mərtəbəli evdə yaşayan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əşyaları ilə birlikdə onlara məxsus olan torpaq sahəsindən və evdən çıxarılmalıdırlar. 22 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı və Quluzadə Elvin Rafiq oğlu və onların nümayəndəsi vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair dəqiqləşdirmə ərizəsi verərək, iddiaçılar İddiaçı1 qızma, İddiaçı2 qızma və X21 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində erləşən, onlara məxsus iki mərtəbəli evdə yaşayan Cavabdeh1 :ğlunun, Cavabdeh3, Cavabdeh2 : ğlunun və ailə üzvlərinin əşyaları ilə birlikdə onlara məxsus olan torpaq sahəsindən və evdən çıxarılmaları və 1991-ci ildən bu günədək iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, ayı 500 manat olmaqla, cəmi 174000 manat pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişdir. 31.08.2020-ci il tarixli məhkəmə prosesində qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X9 qarşı «pul » tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 oğlundan 220950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə cavabdehlərdən almışlar. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə idiaçının əri Rafiq Quliyevə 35 (sotu/, beş min) rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1000 (min) rubl, cəmi 36 (otuz altı) min rubl vermişlər. Buna şahidləri də vardır. 1994-cü il tarixdə X26 rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin onun adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya federasiyasına getmiş, 2000-ci il tarixdə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev həmin ili vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişlər. Bununla bağlı cavabdehlərdən İddiaçı1 01 dekabr 2012-ci il tarixdə ailə üzvü olan X6 notariusda reyestrdə 7E- 15162 № ilə qeyd edilmiş 3 il müddətinə etibarnamə, Cavabdeh2 adına 17 aprel 2013- cü il tarixdə 7E-8578 nömrə ilə qeyd edilmiş 2 il müddətinə, Cavabdeh3 adma 08 yanvar 2014-cü il tarixdə reyestrdə 7E-18 nömrə ilə qeyd edilmiş təxminən 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpağı və evi adımıza rəsmiləşdirə bilməmişik (Rafiq Quliyevin ölüm şəhadətnamnəsini veməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.). Sonuncu dəfə 2019-cu ilin axırlarında bizdən 950 (doqquz yüz əlli manat pul aldılar ki, bəs biz torpağı Turənin adma özəlləşdirib sizlə alqı- satqı müqaviləsi bağlayacağıq. Ondan sonra gedib torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış almaqla bizim torpaqdan və evdən çıxarılmağımızla bağlı məhkəməyə müraciət ediblər. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən iddia tələbini qəbul etmirlər. Düzdür hazırda iddiaçılar toıpağa dair adlarına çıxarış alıblar, torpaq onların mülkiyyətindədir, pullarını tam ödəməklə otuz il evdə yaşasalar da daşınmaz əmlakın adılarına keçrilməsinə könüllü razılıq vermədiklərindən verdikləri pulun, evin tikilib başa çatmasına, həyət- bacaya xərclədikləri pulun hazırda bazar qiymətinə uyğun tələb edilməsi məcburiyyətində qalmışlar. Hazırda Lökbatan qəsəbəsində evin yerləşdiyi 6 sot torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq ən aşağısı sotu 10 (on) min manat olmaqla, 6 sotu 60 (altımış) min manat təşkil edir, evin də real dəyəri 160 (yüz altımış) min manat təşkil edir. Belə olan halda hesab edirik ki, cabadehlərdən 220 (iki yüz iyirmi) min manat torpağa və evə görə üstə gəl 950 (doqquz yüz əlli) manat sonradan sənədləşdirmə üçün ödədiyimiz vəsait və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu xeyrinə tutulmalıdır. Cavabdehlərlə şifahi qaydada razılaşaraq əqd bağlamış, mübahisəli ünvana görə 1990-cı il tarixdə onlara 36 (otuz altı) min rubl pul vermiş, onlar da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin və üzəruində yerləşən yarımtikili evi faktiki olaraq mülkiyyətlərinə vermişlər. Həmin evin tikintisini tam başa çatdırmaqla 30 ildir ki, aiə üzvləri ilə həmin ünvanda yaşayırlar Bu müddət ərzində cavabdehlər bir müddət Rusiya Federasiyasında yaşamış, sonra ailənin başçısı vəfat etmiş, daha sonra da ayrı-ayrı vaxtlarda hər birinə ayrı-ayrılıqda mübahisəli ünvana sənədləşdirmə aparılması üçün notarial qaydada əvvəlcə qısa müddətli, sonra isə uzun müddətli etibatnamələr vermişlər. Etibatnamələr versələr də lakin hər dəfə sənədləşdirilmələrdə onlara müxtəlif problemlər yaratmışlar (sənədləri tam verməmiş, ölüm şəhadətnaməsini və s.verməmişlər). Ona görə də əmlakı adlarınaa rəsmiləşdirə bilməmişlər. Demək məqsədləri başqa imiş, yəni torpağa adlarına mülkiyyət sənədi almaqla onları oradan çıxartmaqla əlavə gəlir əldə etmək idi. 10.11.2021-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizısinin dəyişdirilməsi barədə ərizə verərək,Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğvi edilməsi və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə və həmin ünvanda tikilmiş ikimərtəbəli evə Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda onlar otuz ildən çoxdur ki, daşınmaz əmlakın faktiki mülkiyyətçisi kimi həmin ünvanda yaşamaqla fasiləsiz və etirazsız sahiblik etməklə kommunal və digər xərcləri ödəyirlər.Cavabdehlər isə heç əmlakın yerləşdiyi ünvanı da tanımırlar.Cavbdehlər daşınmaz əmlak olan torpağı və üzərindəki yarıtikili evi 1990-cı ildə ona satmaqla mülkiyyətinə vermişlər.Ona görə də iddiaçıların adına olan həmin ünvanda yerləşən torpaq sahəsinə verilmiş çıxarış ləğv edilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızı qarşılıqlı iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı və Quluzadə Elvin Rafiq oğlu və onların nümayəndəsi vəkili Vəkil məhkəmə iclasında bildirdiki,iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edir və əlavə etdiki, qarşılıqlı iddia əsassızdır. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, ilkin iddianı müdafiə edir, qarşılıqlı iddianı qəbul etmir. 1987-ci ildə torpaq sahəsi Qaradağ Rayon İcraiyyə komitəsinin qərarı ilə onlara verilmişdi. Cavabdehlər 1991-ci ildən orada yaşamağa başlayıblar. O zaman 1-ci mərtəbə artıq tikilmişdi, hazır idi. Cavabdehlərə yaxın olduqları üçün, onlara etibar etdikləri üçün, həm də özləri Rusiyada yaşadıqlarından evlərinin boş qalmaması üçün evdə müvəqqəti yaşamaqlarına icazə vermişdilər.Evi onlara satmamışlar cavabdehlər tərəfindən onlara pul verilməyib.Onlar o evdən köçəndə 1-ci mərtəbə əla vəziyyətdə idi, ikinci mərtəbə tam tikilməmişdi, damı yox idi.Evin hazırda nə vəziyyətdə olduğunu bilmək üçün evə baxmaq istədikdə, cavabdehlər onu evə buraxmadılar. Həmçinin o, evinə dair sənədləri 2020-ci ildə artıq rəsmiləşdirərək çıxarış almışdır və cavabdehlər həmin evdə 30 ildən artıq müddətdə yaşamaları təsdiq olunmur. Quluzadə Elvin Rafiq oğlu məhkəmə iclasında bildirdi ki,ilkin iddianı müdafiə edir, qarşılıqlı iddianı qəbul etmir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki , 1991-ci ildə Rafiq ilə dost idilər. Onların evinin yanında kirayə yaşayırdılar, o zaman bu evi də tikirdilər. Sonra evi satmaq istədilər. Rafiq ilə 35-36 min manata razılaşdılarsa da, 30 min manat verdi, Sadəcə sənədləşdirmək mümkün olmayıb. Bu səbəbdən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Cavabdeh2 məhkəmə iclasında oğlu bildirdi ki, ilkin iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. İlkin iddia üzrə cavabdehlər 1991-ci ildə evi 30000 manat məbləğ ödəyərək X1 almışlar, lakin alğı satqı müqaviləsi bağlamaq mümkün olmayıb, bu səbəbdən ilkin iddia üzrə iddiaçılar cavabdehlərə etibarnamə vermişdilər. Həmçinin evdə kifayət qədər yaxşılaşdırma işlərinin aparılması evin ilkin iddia üzrə cavabdehlərə satıldığını sübut edir. Ev 1991-ci ildə alınan zaman sadəcə 1-ci mərtəbəsi müəyyən qədər tikili olub, indi isə ev tamamilə hazır vəziyyətdədir. İlkin olaraq 35 min manat tələb etsələr də, sonradan barışıq olar deyə həmin iddiadan imtina etmişlər,beləliklə dəqqləşdirmənimüdafiəedərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizənin təmin ediməsini iddiaçının adına olan çıxarışın ləğv edilməsinə və mübahisəli evin Cavabdeh1 adına keçıirilməsini xahiş edir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, rəhmətlik Rafiq onun kiçik qardaşı idi.O evi özləri tikmişdilər, sonradan eşitdi ki, qardaşı evi satıb. Evi kimə satdığını bilmirdi, həmin şəxsləri bu günədək görməmişdi, tanımırdı.Qardaşıgil evdə müvəqqəti yaşayırdılar, ev hazır vəziyyətdə deyildi. O evdə qardaşıgil 1-2 il yaşadılar.Evin satmaq istədiyini ona qardaşının özü demişdi. Alğı-satqıda iştirak etməməmışdir.Qardaşı ilə münasibəti əla idi, lakin qardaşım evi satanda onunla məsləhətləşməmişdi.Yayda evi təmir edirdilər sonra qış düşdüyü üçün yarımçıq qaldı. X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, hazırda da Miriyevgillə qonşudurlar.Rəhmətlik Rafiqin evi Hüseynquluya satdığını təsdiq edir. Hüseynqulu Rafiqə 1991-ci ildə pul verdi. Ev satılan zaman yarımçıq tikili idi. Rafiqgil 1-ci mərtəbədə yaşayırdılar. Miriyevgil evi alıb yaşamağa başlayandan sonra təmir etdilər. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, rəhmətlik Rafiqin bacısıdır, tərəfləri tanıyır.1990-cı ildə qardaşıgildə qalırdı, qardaşı özü çağırmışdı ki, gəlib qalsın. Sonra dedilər ki, evdən köçürlər , sən də çıx evdən.1991-ci ilin oktyabrında evdən çıxdılar.Həmin vaxt evin 1-ci mərtəbəsi tikilmişdi, 2-ci mərtəbə ancaq daş idi, tikilməmişdi.Qardaşının ailəsi ilə münasibəti normaldır.4 ay qardaşıgildə yaşamışlar. Evi neçəyə nə vaxt satıb satmadığından xəbəri yoxdur. X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Miriyevgillə qonşudur, tərəfləri tanıyır.Rafiq evi tikən zaman, o da qonşuluqda ev tikirdi. Rafiqgil orada çox yaşamadı, hardasa 4 il yaşadı.Ev yarımçıq tikilmişdi. İkinci mərtəbə tam tikilməmişdi, dam yox idi. Birinci mərtəbədə daşdan pilləkən düzülmüşdü.İndi Miriyevgil evi tam təmir edib. O, 1991-ci ilin evvelindən orada yaşayır. Evin əvvəlki sahiblərinin gəlib Miriyevgilə nəsə dediyini eşitməmişdir.Evləri yan-yana idi, arada hasar da yox idi,Rafiqin özü ilə münasibəti var idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 30.01.2020-ci il tarixdə 930 nömrəli reyestr kitabının 88251 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 qızı, İddiaçı2 və Quluzadə Elvin Rafiq oğlu hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinin A№473962-li Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinin hüququ subyükti İddiaçı1dır. Texniki Pasportunun tərtib edilməsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsas olmuşdur. Pasport 22.01.2020-ci il tarixdə tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Milli Arxiv İdarəsi AR Dövlət Arxinin Bakı Filialının 19.06.2019-cu il tarixli məktubuna əlavə edilmiş AR Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının 3/83 saylı, 14 avqust 1987-ci il tarixli sərəncamının surətindən görünür ki, X12 fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İV-ЖГ №265723 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə İddiaçı1 arasında nikah 1986-ci il tarixdə 25 iyunda 97 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-№ 061542 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 01.08.2000-ci il tarixdə vəfat etmiş və bu haqda ölüm haqında akt qeydləri kitabında 72 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08.01.2019-cu il tarixli AR-İ№714365 saylı etibarnamədən görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçü lazım olan sənədləri toplayıb təhvil verməyi,almağı bununla əlaqədar bütün təşkilatlarda ocümlədən Azərbaycan Əmlak məsələkləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Ərazı idarələrində, Bələdiyyə arxivlərində, və digər icra hakimyət orqanlarında təmsil etməyi, həmin əçlaka dair vərəsəlik işini rəsmiləşdirilməsi, çıxarış almağı, bütün sənədləşmə işlərini aparmağı,ərizə verməyi,imza etməyi və bu tapşırğın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 21.07.2016-cu il tarixli ƏN-İ №565061 saylı etibarnamədən görünür ki, İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri,o cümlədən, almaq-satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək,əmlakı ipoteka(girov) qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etmək, və digöər hərəkətləri etməyi Cavabdeh2 Surxay oğluna bir il müddətinə etibar etmişdir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 01.12.2012-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçü lazım olan sənədləri toplayıb təhvil verməyi,almağı bununla əlaqədar bütün təşkilatlarda ocümlədən Azərbaycan Əmlak məsələkləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Ərazı idarələrində, Bələdiyyə arxivlərində, və digər icra hakimyət orqanlarında təmsil etməyi, həmin əçlaka dair vərəsəlik işini rəsmiləşdirilməsi, çıxarış almağı, bütün sənədləşmə işlərini aparmağı,ərizə verməyi,imza etməyi və bu tapşırğın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X6 etibar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 tərəfindən təşkil edilmiş 03.05.2021-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində yerləşən 291,3 kv.m olan tikilinin bazar qiyməti 80000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3630 nömrəli ekspert rəyindən görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən torpaq sahəsində inşa olunmuş yaşayış evinə baxış keçirilən zamanı,yaşayışevinin ilkin vəziyyəti ilə bağlı tərəflərin ifadələri müxləlif oluğundan (biri-birinə) uyun gəlmədiyindən, tədqiq olunan yaşayış evinin daxilində müxtəlif növ təmir tikinti işləri və eləcə də, qizli gözə görünməyən yenidən qurma (əlavə təmir tikinti işləri) işləri aparıldığından həmin yaşayış evinin təmirində istifadə olunmuş materialların və görülmüş təmir işləri üçün tələb olunan real bazar dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan yaşayış evinin birinci mərtəbəsində 1991-ci hansı təmir tikinti işlərinin aparılması barədə mülki iş materialında məlumatlar olmadığından, yaşayış evində 1991-ci ildən sonra indiyənədək hansı təmir işlərinin aparılıbaparılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdəndə təmir işlərinə sərf olunan vəsvitin miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmadı.Qeyd olunur ki, ədqiq olunan tikilərə dair layihə və smeta sənədləri əlavə olunduqdan sonra tikintiyə sərf olunun materialların dəyərinin müəyyən edilməsi mümükün ola bilər.Aparılmış tədqiqiatın dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 10/2657 nömrəli ekspert rəyindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında srləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf jnan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 21.397,0 manat məbləğində müəyyən olunur.(qərardadın birinci sualı) Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin birinci mərtəbədə görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği övcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12.545,0 manat məbləğində müəyyən olunur.Qeyd olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ilkin vəziyyəti ırədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihəsmeta mədləri sənədləri təqdim olunmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı cavabdehlərdən mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsindən və onun üzərində yerləşən ikimərtəbəli yaşayış evindən çıxarılmalarını və onlardan uzun müddət həmin əmlakdan istifadə etdiyinə görə müəyyən məbləğ kirayə haqqını tələb edir, cavabdehlər isə mübahisəli evi iddiaçılardan pul müqabilində əldə etdiyini bildirərək, ilkin iddianı qəbul etmirlər,həmçinin,həmin torpaq sahəsinə 30 il sahiblik etməsini əsas gətirərək, çıxarışın ləğv edilməsi və onların mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilkin iddia tələbinin cavabdehlərdən mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsindən və onun üzərində olan yaşayış evindən çıxarılmaları tələbini əsaslı hesab edərək qeyd edir ki, bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Təcrübədə çox mühüm əhəmiyyət kəsb edən bu iddia tələbinin əsası daşınar və daşınmaz əşyalara eyni dərəcədə şamil olunur. Bu iddia tələbinin üç dispozisiya şərti var, iddia tələbi irəli sürülərkən hər üç şərt mövcud olmalı və ayrı-ayrılıqda yoxlanmalıdır. a) iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır; b) cavabdeh əşyanın sahibi olmalıdır ; c) cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olması iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla təsdiq olunur. Məhkəmə ikinci dispozisiya şərti ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, vindikasiya tələbin ikinci dispozisiya şərti, tələbin yönəldiyi şəxsin əşyanın sahibi olması xüsusi önəm daşımır. Belə ki, əşya üzrə sahiblik hüququ faktiki məsələ olmaqla Mülki Məcəllənin 159-cu maddəsinə əsasən əşyaya faktiki sahiblik edən şəxs hesab olunur. Bu zaman o, ya əşyanın sahibi, ya da özgə əşyasının sahibi ola bilər (MM-nin 161-ci maddəsi). İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli əmlaka ilkin iddia üzrə cavabdehlər faktiki olaraq sahiblik edirlər. Məhkəmə üçüncü dispozisiya şərti ilə əlaqədar müəyyən edir ki, cavabdehlər mübahisəli daşınmaz əmlak olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinin üzərində heç bir sahiblik hüququna təsir edən sübutu mövcud deyil. Buna baxmayaraq cavabdehlərin qanunsuz sahibliyi nəticəsində iddiaçı mülkiyyətçisi olduğu həmin daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Mülki Məcəllənin 139-cu maddəsinin məzmunundan görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası”nı özündə ehtiva edən 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin mübahisəli daşınmaz əmlak olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, ünvanında yerləşən 6 sot torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinin çıxarılmaları hissəsində tamamilə əsaslıdır və təmin edilməlidir. Lakin ilkin iddianın 1991-ci ildən bu günədək iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, pul tələbi əsassız hesab edilərək rədd edilməlidir,belə ki,iddia ərizəsindən göründüyü kimi tərəflər arasında kirayə müqaviləsi bağlanmamış,həmçinin aralarında belə bir şərt barəsində şifahi razılaşma olmamışdır. Deməli,ilkin iddia tələbinin pul tələbi(kirayə haqqı) hissəinin hüquqi əsası olmadığından təmin edilməlidir. Həmçnin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar təsdiq etmişlər ki, özləri Rusiyaya köçdükləri üçün, ilki iddia üzrə cavabdehlərin onların ailəvi dostkları olduğu üçün, evlərinin boş qalmaması üçün orada yaşamalarına icazə vermişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 178.6-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi halda şəxsin mülkiyyətçi kimi qeydə alınmasını tələb etmk hüququnu ehtiva edir. Lakin hazırki işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlər 1991-ci ildən mübahisəli evdə yaşamağa başlamış, ilkin iddia üzrə iddiaçıların həmin əmlak üzrəində mülkiyyət hüquqları 2020-ci ilin yanvar ayında rəsmiləşdirilmişdir. Yəni, hazırki halda ümumiyyətlə dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmir. Mülki Məcəllənin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Yuxarıda qeyd edilmiş hüquq normasına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğvi edilməsi və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə və həmin ünvanda tikilmiş ikimərtəbəli evə Cavabdeh1 mülkiyyət hüququnun tanınması) rədd edilməlidir.Belə ki,qarşlılıqlı iddiaçılarının iddia tələblərinin əsaslandığı hallar hazırki mübahisə (mülki iş) üzrə mövcud deyil.Qarşılıqlı iddiaçıların mübahisəli evə 1991-ci ildən yaşamış,ilkin iddiaçılar isə mübahisə predmetinə 2019-cu ildən mülkiyyətçı hüquqlarının müdafiəsini tələb etmiş,miras əmlaki qanun üzrə şəhadətnamə əsasında paylı mülkiyyət hüquqi ilə 2020-ci il tarixdə öz adlarına keçırmışdilər.Deməli,qarşılıqlı iddiaçılar ilk olaraq 30 il mübahisə predmetinə fasiləsiz və etirazsız sahiblik etməmişlər,(əmlak üzrə tərəflər arasında mübahisə 2020ci il tarixdə yaranmışdır) həmçinin 30.01.2020-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ ilkin iddia üzrə iddiaçıların adına dövlət reyestrində qeydə alınmışdır.Göründüyü kimi, mübahisə predmetinin mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəllidir və öz mülkiyyət hüquqlarının müdafiəsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumunun” S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli Qərarıda qeyd edilmişdir ki, “Qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarının da məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 178.6-ci maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1dən əvvəlki müddətlərə şamil edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi tamamilə əsassızdır. Ödəniş qəbzləriniinin surətlərindən görünür ki, məhkəməyə ilkin iddi və qarşılıqlı iddia ərizələrinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən çıxarılmalı, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş özrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılsınlar. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar