Məhkəmə qərarları › İş №2(002)-129/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-129/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-129/2024 01.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh - Cavabdeh2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi, vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri" X26 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakdan paylarn müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququ tanınaraq həmin əmlakdan vərəsələrin payların müəyyən edilərək ayrılması” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, İddiaçı3, Cavabdeh1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi və həmin miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri" X26 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakdan paylarn müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququ tanınaraq həmin əmlakdan vərəsələrin payların müəyyən edilərək ayrılması” tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********27 Reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,6-cı yaşayış massivi,9-cu küçədə tikilmiş 133 kvadrat metr yaşayış sahəsindən ibarət 19 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsindən İddiaçı2,Pimiya (Nəzərəliyeva) Lalə Vahid qızının, İddiaçı3 ümumi birgə mülkiyyətçi kimi öz payının, 0.03 ha torpaq sahəsindən X3na çatacaq miras əmlakından isə onun vərəsələri X4, Pimiya (Nəzərəliyeva) Lalə Vahid qızının, İddiaçı3 və mərhum Cavabdeh3 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,6-cı yaşayış massivi ,9-cu küçə ünvanında tikilmiş, 133 kv.m yaşayış sahəsindən ibarət 19 saylı fərdi yaşayış evi yerləşən torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********27 Reyestr nömrəli çıxarışa əsasən 0,03 ha torpaq sahəsində yerləşmişdir. Həmin 0,03 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla ataları X3 və mərhumun arvadı İddiaçı2,mərhumun qızları Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı və İddiaçı3 mülkiyyətindədir.X2 xx.xx.1980-ci il təvəllüdlü oğlu Cavabdeh3 isə xx.xx.2023-cü il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində ölmüşdür.İddiaçılar X3 və mərhum Cavabdeh3 dəfnində iştirak edərək dəfn xərclərini özləri etmişlər.X3 “ürəyin kəskin işemik xəstəliyinin digər formalarından “ xx.xx.2021-ci ildə rəhmətə getmişdir .Mərhum rəhmətə getdiyi günə qədər həyat yoldaşı İddiaçı2 və qızı İddiaçı3 onunla birlikdə yaşamışlar.X2 və İddiaçı2 birgə nikahlarından xx.xx.1978-ci il təvəllüdlü Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1989-cu il təvəllüdlü İddiaçı3 doğulmuşdur.X2 mülkiyyətində olmuş Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,6-cı yaşayış massivi, 9-cu küçədə yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 133 kv.m 19 saylı fərdi yaşayış evi iddiaçılarla birlikdə ümumi birgə mülkiyyətdədir. Həmin 0,03 ha torpaq sahəsindən yəni əmlakdan iddiaçılara və mərhum Cavabdeh3 çatası miras olaraq qalmış və hal hazırda iddiaçıların və Cavabdeh2 və onun övladlarının istifadəsindədir. Həmin miras əmlakına vərəsələrin payları müəyyən edilməmişdir. Bundan başqa həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan mülkiyyətçilərin də payları müəyyən edilməmişdir. Ümumi Birgə Mülkiyyətçilər arasında hər hansı bir razılaşma olmamışdır. Ona görə də ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə paylar müəyyən edilməli, eyni zamanda ümumi birgə mülkiyyətçilərdən X8 öldüyü üçün ondan miras qalan əmlakdan vərəsələrinin payları da müəyyən edilməklə bölgü aparılmalıdır. Həmin miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər və idarə edirlər. Digər vərəsə mərhum Cavabdeh3 xx.xx.2022-ci ildə rəhmətə getdiyindən ona çatan miras əmlak,onun övladları xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızı və xx.xx.2016-cı il təvəllüdlü X12ma verilməlidir .Hal-hazırda azyaşlıların qanuni nümayəndəsi mərhum Cavabdeh3 arvadı Cavabdeh2dır. Vərəsəlik ilə bağlı notariat kontoruna müraciət edilmiş lakin vərəsəlik işinin bölgüsündə mübahisə olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********27 Reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,6-cı yaşayış massivi,9-cu küçədə 0,03 ha torpaq sahəsindən İddiaçı2,Pimiya (Nəzərəliyeva) Lalə Vahid qızının və İddiaçı3 ümumi birgə mülkiyyətçi kimi öz payının, 0.03 ha torpaq sahəsindən X3na çatacaq miras əmlakından isə onun vərəsələri İddiaçı2,Pimiya (Nəzərəliyeva) Lalə Vahid qızma,X15ma və mərhum Cavabdeh3 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, İddiaçı3, Cavabdeh1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi və həmin miras əmlaka payların müəyyən edilməsi” tələbinə üzrə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxarışla qeydə alınmış Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 9-ci küçədə 0.03 ha torpaq sahəsindən ibarət olan miras qoyan xx.xx.2021-ci ildə ölmüş X5 həyat yoldaşı Cavabdeh3 düşən hissədə mirasın faktiki qəbul edilməsi və həmin miras əmlaka onun Cavabdeh2 eləcə də, qanun üzrə nümayəndəsi olduğu övladları xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızının və xx.xx.2016-cı il təvəllüdlü X13 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh3 ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşdur, həmin vaxtdan hal-hazıradək ünvan 2 ünvanda yaşayır. Birgə nikahdan 2 qız övladı xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızı və X11 doğulmuşdur. Hər iki övladı yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, küçə 19 ünvanında pasport qeydiyyatında olmaqla hazırda da həmin ünvanda yaşayır. Həyat yoldaşı Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ölmüşdür, onun atası X8 isə xx.xx.2021-ci il tarixində ölmüşdür. X18 öləndən sonra xx.xx.2023-cü ildə torpaq sahəsinə dair çıxarış alınmış və həmin miras əmlaka dair payların müəyyən edilməsinə dair onun övladları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər, həmin iş üzrə iddia 2(002)-3371/2023 nömrə ilə icraata götürülmüşdür.Hörmətli məhkəmə, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 9-ci küçə ünvanında tikilmiş 133 kvadrat metr yaşayış sahəsindən ibarət saylı fərdi yaşayış evində onlar ailə olaraq yaşayırlar. Həmin evin yerləşdiyi 0.03 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********27 reyestr nömrəli Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci ildə ölən X1 övladı həyat yoldaşı Cavabdeh3 miras qalmış əmlak sayılan həmin 0.03 ha torpaq sahəsində irsi olunmuş və övladlarının da rəsmi pasport qeydiyyatında olduğu fərdi yaşayış evin (həmin evin 2 otağı faktiki onların istifadəsindədir) yaşamaqla mirası (0.03 ha torpa sahəsini) faktiki qəbul etmişlər. Buna görə də hesab edir ki, həmin miras əmlakda ırsi transmissiya yolu ilə mərhum Cavabdeh3 arvadı olaraq onun, eləcə də övladları Həmayıl və Zeynəb Nəzərəliyevaların payları müəyyən olunmalıdır. İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ilkin iddia tələbinin həcmini azaldılmasına dair ərizə təqdim edərək, ilkin iddia tələbi üzrə yalnız miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrinin paylarının müəyyən edilərək ayrılması hissəsində baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh - Cavabdeh2 qarşılıqlı iddia tələbinin “mirasın faktiki qəbul edilməsi” hissəsini geri götürərək, miras qalmış əmlakda onun və övladlarının paylarının ayrılmasını dair qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatında qarşılıqlı iddianı qəbul etdiyini bildirərək, vərəsəlik dairəsinin müəyyən edilməsi, payların müəyyən edilməsi, iddiaçıların paylarının müəyyən edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ilkin iddianın təmin olunmasını xahiş edərək, əlavə etdi ki, ancaq payların müəyyən edilməsini istəyirlər və qarşılıqlı və ilkin iddia tələblər oxşar olduğundan qarşılıqlı iddiaya etiraz etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi, vəkili Vəkil2 məhkəmə iclasında izahatında qeyd edir ki, mübahisə predmeti olan evdə Mehriban və 2 övladının payının müəyyən edilməsini xahiş etmiş, mahiyyətcə oxşar iddialar olduğuna görə ilkin iddianı qəbul edir.Miras əmlakın faktiki qəbulla bağlı müddəası Cavabdeh2 tərəfində imtina edildiyindən ancaq payların müəyyən olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi, vəkili Vəkil2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qarşılıqlı iddia tələbinin məzmunun uyğun izahat verərək , əlavə etdi ki, qarşılıqlı iddiaçı tərəf də vərəsələr arasında payların bölünməsni istəyir və ilkin iddia və qarşılıqlı iddia tələbləri oxşar olduğundan ilkin iddiaya etiraz etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 da məhkəmə iclasında izahatında qeyd edir ki, vəkilinin izahatları ilə razılaşaraq, tərəflər arasında miras əmlıakının paylara bölünməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə məktub göndərərək iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 1 Saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 və İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək, işin hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ seriyalı, 657694 nömrəli və AZ-İİİ seriyalı, 844376 nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızının və xx.xx.2016-cı il təvəllüdlü X13 atası Cavabdeh3, anası Cavabdeh2 kimi qeyd edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı, 959668 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə X16 arasında nikah xx.xx.2014-cü il tarixdə Salyan rayonu qeydiyyat şöbəsində 237 nömrəli akt ilə bağlanmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı, 269456 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci ildə Abşeron rayonunda ölmüş, bu barədə xx.xx.2022-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 612 nömrə ilə qeyd edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı, 193471 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə Bakı şəhərində ölmüş, bu barədə xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 526 nömrə ilə qeyd edilmişdir İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, küçə 9 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixli 1077 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X6 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2022-ci i ltarixdə Bakı şəhəri 8 Saylı Notariat ofisinə müraciət daxil olmuş və 183/2022 nömrəli vərəsəlik işi açlılmışdır. Bildirmişdir ki, vərəsələr arasında mübahisə olduğu üçün və vərəsəlik işinin bölgüsünün məhkəmə qaydasında aparılmasına dair arzunuzu nəzərə alaraq, müvafiq məhkəməyə müraciət olunmasını tövsiyə olunmuşdur. Tətbiq olunmuş hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən əmlakın bölüşdürülməsi zamanı; Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası mülki Məcəlləsinin 1302-ci Maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Azərbaycan Respublikası mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası mülki Məcəlləsinin 1253-ci maddəsinə əsasən 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının formalaşdırdığı hüquqi mövqeyə görə, ərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər.Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları ondan ibarətdir ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun birinci növbəli vərəsələri olan həyat yoldaşı və övladları- İddiaçı2, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızı, İddiaçı3 və X9 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 9-ci küçədə 0.03 ha torpaq sahəsi miras qalmışdır. xx.xx.2022-ci il tarixdə oğlu X14 öldüyündən mərhumun həyat yoldaşı və qızları miras əmlakda payların ayrılmasına dair iddia tələbi məhkəməyə müraciət edərək, atalarından miras qalmış əmlakda onun qanun üzrə birinci dərəcəli vərəsələrinin paylarının ayrılmasını xahiş etmişdir. Eyni zamanda mərhumun gəlini qarşılıqlı iddia məhkəməyə müraciət edərək, mübahisə predmeti üzrə birinci dərəcəli vərəsələrdən biri olan onun həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən məhkəmədən miras əmlakdan onun həyat yoldaşına düşən paya dair hissədə isə onun(özünün) və birgə nikahdan olan övladlarının paylarının ayrılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1159.1.1, 1252,-ci maddələrinin tələblərinə əsasən tərəflər arasında miras əmlaka ilkin iddiaçıların 1\4 hissədə, qarşılıqlı iddia üzrə iddiaçıların (Cavabdeh3 sağ olsa idi çatacaq paya mütənasib olaraq) 1\12 hissədə payları müəyyən edilməlidir. Beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə həm ilkin iddiaçılarının həm də qarşılıqlı iddiaçının qarşı tərəfin iddia tələblərinə etirazları olmadığından və həmçinin məhkəmə iclasında tərəflərin etirafları qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi halları müəyyən edilmədiyindən tərəflərin etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırda məhkəmə yuxarıda sadalanana normaları və tərəflərin etirafları nəzərə alınaraq, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı yaşayış massivi, 9-ci küçədə yerləşən 0.03 ha torpaq sahəsinin X7 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan hissəsinə İddiaçı2 1\4 hissədə, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızının 1\4 hissədə, İddiaçı3 1\4 hissədə və Cavabdeh2 1/12 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızının 1/12 və xx.xx.2016-cı il təvəllüdlü X13 1/12 hissədə payları müəyyən edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 9-ci küçədə yerləşən 0.03 ha torpaq sahəsinin X7 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan hissəsinə İddiaçı2 1\4 hissədə, Pirniya (Nəzərəliyeva) Lalə Vahid qızının 1\4 hissədə, İddiaçı3 1\4 hissədə və Cavabdeh2 1/12 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 Yaşar qızının 1/12 və xx.xx.2016-cı il təvəllüdlü X13 1/12 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar