Məhkəmə qərarları › İş №2(002)-1292/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1292/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1292/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə birgə nikah dövründə inşa etdikləri, əmlak və əşyalarının olduğu Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsindəki evə köçürülmələri və 51 manat mediasiya xərcinin Cavabdeh oğlundan iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır, İddiaçı1, cavabdeh Qarayev Məcid Oruc oğlu ilə 05 yanvar 2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmişdir. Birgə nikahdan üç uşaqları vardır. Uşaqlardan biri İddiaçı2 Məcid oğlu həddi-buluğa çatmışdır. xx.xx.2005-ci il təvəllüdlü Qarayev Nihad Məcid oğlu və xx.xx.2008-ci il təvəllüdlü X5 isə yetkinlik yaşına çatmamışlar. Cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri normal olsa da,sonradan ailə münasibətləri pozulmuşdur.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2428/2022 nömrəli, 01noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı1 arasında 05 yanvar 2000-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində 03 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü Qarayev Murad Mocid oğlunun anaları İddiaçı1 ilə qalması, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü Qarayev Murad Məcid oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı1 qızının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Balıqçılar küçəsində yaşadıqları evi söküb, yerində yeni ev tikib, ailə olaraq,orada yaşamağa başlamışlar. Bütün cehiz əmlakı, geyim əşyaları və.s həmin evdə yerləşir. Münasibətlər pozulduqdan sonra, cavabdeh onları evdən çıxarmış, bu günə qədər evə buraxmır. Cavabdehə dəfələrlə evlərinə köçüb yaşamaq istədiklərini bildirsələrdə,bunun nəticəsi olmamışdır.Mübahisəli ev özbaşına tikili olduğuna görə, ona dair hər hansı bir sənəd təqdim edə bilmirlər. Yalnız evdə yaşadıqlarına dair arayış təqdim edilir. Qanunla nəzərdə tutulmuş qaydada mediasiya qurumuna müraciət etsələr də,heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştiraki olmadan baxılmasını və iddianın təmin xahiş etmişdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 448 nömrəli arayışdan görünür ki, İddiaçı1 Laçın rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.Həmin ünvanda ondan başqa X6, X5, İddiaçı2 və Cavabdeh məskunlaşmışdırlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-l 444795 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 08 nömrə ilə qeyd edilmşdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı № 499587, AZ-İ seriyalı № 716355 və AZ-İİ seriyalı 064128 saylı şəhadətnamələrdən görünür ki, X1, X2, İddiaçı2 ataları- Cavabdeh, anaları isə İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı 318336 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı1 Laçın rayonundan məcburi köçkündür və Qaradağ rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 2(002)-2428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki , Cavabdeh ilə İddiaçı1 arasındakı xx.xx.2000-ci il tarixli Laçın rayon Qeydiyyat şöbəsində 03 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 İddiaçı1 himayəsində qalmaları və xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlk yaşına çatanədək saxlanılmaları üçün xx.xx.2022-ci i ltarixdən Cavabdeh hər ay qazancının(başqa gəlirlərinin) 1/3 hissəi miqdarında aliment tutlması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Bakı 17 saylı Mediasiya Təşkilatının hesabına 51 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından, tərəflərin məhkəmə iclasındakı izahatlarından görünür ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikilidir, iddiaçılar və cavabdeh həmin evdə qeydiyyatsız yaşayıblar. Sonradan cavabdeh tərəfindən iddiaçıların həmin evdə yaşamağına və istifadə edilməsinə müəyyən maneələr yaradılmışdır. Hazırda iddiaçılar mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh isə iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçılarnın həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla,tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikili olduğundan odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair İddiaçı1 da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. Digər İddiaçı2 isə tərəflərin ailə üzvi olduğundan Mülki Məcəllənin 228-ci maddənin tələblərinə əsasən mübahisəli evə dair istifadə etmək və sahiblik hüququ vardır. Məhkəmə baxışında və hazırlıq iclasında cavabdeh iddianı tam qəbul etdiyini bildirmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 (azyaşlı övladları-X6 və X5 ilə birlikdə) ünvan 1ndəki evə köçürülməlidir. İddiaçı1 tərəfində ödənilmiş 51 manat məbləğində mediasiya xərci iddia tələbi təmin edildiyindən, Cavabdeh İddiaçı1 xeyrinə tutlmalıdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-ci maddəsinə əsasən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 (azyaşlı övladları ilə birlikdə) ünvan 1ndəki evə köçürülsün. İş üzrə ödənilmiş 51(əlli bir) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar