Məhkəmə qərarları › İş №2(002)-134/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-134/2022

27.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-134/2022 27.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh X4 və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Sadiq oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ndən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov (Kirov) 11 saylı ünvanənda yerləşən atası X6 nənəsi Oğlangərək Qəmbər qızına məxsus olub.Oğlangərək Qəmbər qızı 16 iyun 1966-cı ildə vəfat etmişdir.Mübahisəli evdə nənəsinin ölümündən sonra onun atası Qədir və onun valideynləri anası Şəfiqə və atası Adil yaşayırdı.Hal-hazırda isə valideynlərinin yaşadığı evin ½ hissəsi ona məxsusdur.Lakin göstərilən evdə ona maneə olduğundan o öz evinə köçüb yaşaya bilmir.İş üzrə olan cavabdehin heç bir göstərilən evə aidiyyatı yoxdur,onun həyətində evinin qarşısında yaşayır,cavabdeh əvvəl kirayəçi kimi yaşayıb,sonra isə guya etibarnamə əsasında həmin yeri almışdır.Cavabdehin heç bir əsası,yəni mülkiyyətini təsdiq edən çıxarış yoxdur.Ona görə də hesab edir ki,cavabdeh ona məxsus 330 kv.m sahədən çıxarılmalıdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əvvəllər tanımamışam, onunla heç bir əlaqəm olmayıb. Hazırda onun mülkiyyəti olduğu evdə atası X10 ailəsi ilə yaşayıb. Həmin ev və torpaq sahəsi onlara nənələri Oğlangərək qızından miras qalıb. Mübahisəli torpaq sahəsini 2011-ci ildə iddiaçının atasından yəni Qədir Əliyevdən pulunu ödəməklə almışam. Torpaq sahəsini aldığım zaman miras əmlak nənələrinin adından onların adma keçmədiyinə görə alqı-satqı mümkün olmadığından Qədir Əliyev mənə 20 dekabr 2011-ci ildə Bakı şəhəri 8-ci dövlət notariat kontorunda, 80 illik müddətə 600 kv. metr torpaq sahəsinə dair müvafiq sənədləşdirmə işlərini aparmağa, torpaq sahəsinin mənə satdığı 200 kv. metrinə dair sərəncam verməyə, satmağa, bağışlama, tikinti işləri aparmağa, torpağa və tikintiyə müvafiq çıxarış almağa səlahiyyət vermişdir. Bütün bu göstərilənlər mirasın diğər vərəsələlərinin iştirakı ilə olmuşdur. Hazırda həmin şəxslərdə mirasdakı paylarına uyğun olaraq mülkiyyət hüququna dair çıxarış almışlar. İddiaçı atası tərəfindən torpaq sahəsinin bir hissəsi də digər şəxsə satılmışdır. X1 qalmiş mirasin ikidə bir hissəsi İddiaçı qızma, ikidə bir hissəsi isə hər birinə 2/20 hissə olmağla 5 vərəsəyə məxsusdur və miras əmlakın varislər arasında real bölgüsü aparılmamışdır. Faktiki olaraq iddiaçının atası tərəfindən hazırda digər vərəsələrə aid olmalı olan torpaq sahəsi də satılıb. Əvvəl bu vərəsələr öz aralarında bölgü məsələsini həll elməlidirlər ki, digər şəxsə qarşı iddia qaldırmaq hüququ yaransın. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə tikinti- texniki ekspertizası Szrə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 mart 2022-ci il tarixli Ekspert rəyində göstərilir ki, Cavabdeh istifadəsində olan tikiliyə (fərdi yaşayış evi) və torpaq sahəsinə baxış keçirilərkən müəyyən olundu ki, fərdi yaşayış evi 1 mərtəbəli olmaqla tikintialtı sahəsi 104 kv. metr təşkil edir. Faktiki vəziyyətdə fərdi yaşayış evinin yerləşdiyi sahə 195 kv.metr torpaq sahəsi Cavabdeh Sdıq oğlunun istifadəsindədir. Lakin ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi Oğlangərək Qəmbər qızının 16 hissədə, İddiaçı 16 hissədə olmaqla paylı mülkiyyətində olduğundan cavabdehin istifadəsində olan fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı payına düşən hissədə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığından iddia tələbi əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tərəf məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, həmin sahə bütünlüklə onlara məxssu olduğunu, o biri paylı mülkiyyətçilər öz paylarını onlara verdiklərini, artıq tam mülkiyyət hüququ ilə həmin sahə onlara məxsusdur, cavabdeh qanunsuz olaraq onua aid torpaq sahəsində yaşayır, bu halın nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsini o, o biri vərəslərin atasından pul verib almışdır, 10 ildən çoxdur ki o ailəsi orada yaşayır, ev tikib, indi ona deyirlər buradan çıx, bəs onun verdiyi pul, tikintiyə xərclədiyi pul hara gedəcək, onun da hüquqlarının pozulduğunu bidlirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, iddia tələbinin tamamilə əsasız olduğunu, iddiaçının bu iddianı irəli sürməyə dair subyektiv hüququnun belə olmadığını, torpaq sahəsini pulunu ödəməklə aldığını,11 ildir orada yaşadığını və ekspertizanın torpaq sahəsinin koordinatlarına uyğun keçirilmədiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat veməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın ümumi sahəsi 125.4kvadratmetr torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında ½ hissəsi Oğlangərək Qəmbər qızına,1/2 hissəsi İddiaçı məxsusdur, bu hüquq 09.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki,23.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Maraqlı şəxs1,Maraqlı şəxs2 Sulidin qızı,Maraqlı şəxs3,X3 və Maraqlı şəxs5 ünvan 2ni İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi,ev 11 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0670 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusur, bu hüquq 25.04.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli 10/6425 nömrəli ekspert rəyindən görünür ki, 17.01.2022-ci il tarixdə ekspertin iştirakı ilə tədqiqat obyetinə baxış zamanı müəyyən edildi ki, Cavabdeh istifadəsinə olan fərdi yaşayış evi və torpaq sahəsinin Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Rəfail Süleymanov küçəsi,ev 11 ünvanda yerləşən Oğlangərək Qəmbər qızının ½ hissədə,İddiaçı ½ hissədə olmaqla mülkiyyətinə verilmiş torpaq sahəsinin cənub istiqamətində yerləşdiyi müəyyən edilir.Lakin Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Rəfail Süleymanov küçəsi,ev 11 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi Oğlangərək Qəmbər qızının ½ hissədə,İddiaçı ½ hissədə olmaqla paylı mülkiyyətində olduğundan cavabdehin istifadəsinə olan fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı payına düşən hissədə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə bununla əlaqədar bir sıra hüquq normalarının qeyd olunmaını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi R.Salmanov küçəsi, ev 11 saylı torpaq sahəsi (0,0670 ha) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh həmin sahədən istifadə edir (cavabdehin özünün etiraz ərizəsi və izahatı). Həmçinin, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini satın aldığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu (notarial təsdiq edilmiş alqı-satqı müqavailəsini və bu hüququn dövlət qeydiyyatına alınmasın dair) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlər isə həmin halın müəyyən eidlməsi üçün mötəbər sübut qismində çıxış edə bilməz. Çünki mülki qnaunvericiliyin təhlilindən görünür ki, daşınmaz əmlakın alqı-satqısı notarial təsdiq edilmiş müqavilə əsasında müəyyən edilir. Bununla da, cavabdeh mübahisə predmeti olan sahənin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh ünvan 5 ünvanda yerləşən 0,0670 ha torpaq sahəsindən çıxarılmalı, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsindən ( torpaq sahəsinin ölçüsü 0,0670 ha olan ) çıxarılsın. Aparılmış ekspertiza tədqiatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar