Məhkəmə qərarları › İş №2(002)-1363/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1363/2020

25.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1363/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X20, İddiaçı, cavabdeh 8 saylı Notariat Kontoruna qarşı mirasın faktiki olaraq qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mahmudova qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mən 1 ünvanında yerləşən mənzil üzrə yeganə vərəsə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıın vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə ilə məhkəməyə mürcaiət edərək, İddiaçı övladları X36 və X26 tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi 33 №-li yaşayış evinin faktiki olaraq miras əmlakı qəbul edən yeganə vərəsə olması halının müəyyən edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mən 1 ünvamnda yerləşən mənzil X14 mülkiyyətində olmuşdur. X37 xx.xx.2007 ci il tarixində vəfat etmişdir. Onun ölmündən sonra vərəsələrdən heç kim rəsmi qaydada mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. X14 ölümündən sonra ancaq onun oğlu X27 və onun ailəsi həmin evdə yaşamaqla miras əmlakını faktiki olaraq qəbul etmişdir. X27 və onun həyat yoldaşı X28 həmin ünvanda yaşamaqla mirasi faktiki olaraq qəbul etmişdir. Bundan sonra X42 xx.xx.2009-cu il tarixində vəfat etmiş, onun vəfatından sonra da X28 və uşaqları həmin ünvanda yaşamağa davam etmişdirlər. Bundan sonra X29 ərizəçiyə və digər vərəsələrə qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək evə köçürülməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mübahisə ilə bağlı son məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)—1195/2015 saylı Qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə iddiaçının iddiası rədd edilmiş və vərəsiliyin qəbulu ilə bağlı preduysial əhəmiyyət kəsb edən nəticələr müəyyən edilmişdir. Sözgedən Qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 mən 1 ünvanında yerləşən mənzil İbrahimov Almanın ölümündən sonra ondan qalan əmlak qanun üzrə vərəsəlik yolu ilə keçməmişdir. Mübahisəli mənzildə başqa qeydiyyatda olanlar olsa da miras qoyanın ölümündən sonra faktiki olaraq mənzildə cavabdeh G.Mahmudaova, onun əri və uşaqları - Abubəkir və Zərifə yaşamışdır və İddiaçı, Abubəkir və Zərifə hazırda da yaşayırlar. Mülkiyyətçinin ölümündən sonra mirasın başqa faktiki və ya rəsmi qəbul edilməsi halı müəyyən edilməmişdir. 5. xx xxxxxx 2011-ci il tarixli ölüm haqqmda şəhadətnaməyə əsasən X27 xx.xx.2009-cu ildə vəfat etmişdir. xx.xx.2007-ci il tarixli ölüm haqqmda Şəhadətnaməyə əsasən X21 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X40 məhkəmədə iddia ərizəsinin və iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, hazırki mülki iş üzrə mübahisə predemti olan yaşayış sahəsinin faktiki olara iddiaçı və onun övladları tərəfindən miras əmlak kimi qəbul edildiyini, həmin yaşayış sahəsinin Almanın oğlu İbrahimov Vahid və onun həyat yoldaşı İddiaçı, onların övladları tərəfindən faktiki qəbul edildiyini, onlardan başqa heç bir kəsin həmin əmlakı qəbul etmədiyini, həmin hal barədə müvafiq apelysasiya məhkəməsinin qətnaməsində müəyyən edildiyini, İbrahimov Vahid vəfat etdiyindən müvafiq yaşayış sahəsinə dair vərəsəlik şəhadətnaməsinin alınması mümkün olmamış, həmin yaşayış sahəsi İbrahimova Almaya məxsus olmaqla miras əmlak qimsində yalnız oğlu İbrahimov Vahid tərəfindən qəbul edilmişdi, onun ölümündən sonra isə Mahmudova Gülarə və onun övladları faktiki olaraq mirası qəbul etmişlər, onlardan bağşqa digər vərəsələrin olması halı müəyyən eidlməmişdir, bu hal özülüyündə müvafiq apelyasiya məhkəməsinin qətnaməsində müəyyən edilmişdir. Bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh 8 saylı Notariat Kontoruna və iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X30, X29 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1966ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X31, ana qrafasında isə X32 qeyd edilmişdir. İş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X27, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X27, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 241709 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 393379 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə İddiaçı arasında xx.xx.2007 tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 128143 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 33 nömrəli yaşayış evi 1 otaq X9 məxsus olmaqla, qalan hissəsinin X15 məxsus olduğu paylı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, X16 anası X5 miras əmlak kimi aldığı evin müvafiq hissəsindən X10 xeyrinə imtina etmiş və bu barədə xx.xx.2013-cü il tarixli yazılı ərizə yazmışdır. İş materialalrına əlavə eidlmiş 156 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışının məzmunundan aydın olur ki, Bakı şəhəri, Qobustan qəsəbəsi, salyan yolu küçəsindəki 33 №-li evin 1 mərtəbəsində 19 kv.m sahəsi olan 1 otaqlı mənzilin sahibi X11r, 13 nəfər ailə üzvi daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsaəsn mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsaəsn vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.[ Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsaəsn vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, mübahisə predemti olan yaşayış sahəsi ümum paylı mülkiyyət hüququ əsasında X21 və X17 məxsus olmaqla, mülkiyyət hüququ xx.xx.1994-cü il tarixdə 4945 nömrə ilə qeydiyyata alınmaqla, mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, mübahisə preemti olan mənzildə X21 və ailə üzvləri qismindı qızı X30 övladları X41, X38, qızı X16 övladları X39, oğlu X22 övladları X3, X33, X34, oğlu X29, oğlu X4 həyat yoldaşı İddiaçı, övladları X2 Zərifə Vahid qızı pasport qeydiyyatında olmuşlar. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, X21 xx xxxx 2007-ci il tarixdə, X23 isə xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki qnaunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normalarının tələbinə əsasən mübahisə predemti olan yaşayış sahəsinin X12 mülkiyyət hüqqu əsasında aid olan hissəsi X6 xx xxxx 2007-ci il tarixdə vəfat etdiyindən miras əmlak qismində çıxış edir. Həmçinin həmin qnaunvericiliyin tələbinə əsasən miras əmlakı vərəsələr (qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla) qəbul edir. Həmçinin, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1195\2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 33 nömrəli evin 1 otağı paylı mlükiyyət hüququ əsasında Alma İbrahimovanın adına (digər hissə Z.Rüstəmovaya əxsu olmaqla) qeydiyyatdan keçmiş, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.1194-cü il tarixdə qeydiyyat vəsiqəsi verilmiş, Həsənzadə Sevil özü həmin evdə yaşamadığını, qeydiyyatda olduğunu, anasının xsətə olduğunu, İbrahimov Rəsulun anasının xəstəliyindən istifadə edib həmin mənzilə 2006-cı il tarixdə formal olaraq qeydiyyata düşdüyünü bildirmiş, İbrahimov Rəsul izahatında 2003-cu ildə 3 otaqlı evi satıb başqa məznil aldığını, Sahil qəsəbəsi R.Rzayev küçəsi 40 ünvanında yaşadığını bildirmiş, Alma İbrahimova 2007-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra ondan qalan əmlak qanun üzrə vərəsəlik yolu ilə keçməmişdir, mübahisəli mənzildə başqa qeydiyyatda olanlar olsa da, miras qoyanın ölümündən sonra faktiki olaraq mənzildə İddiaçı, onun (hazırda mərhum) əri və uşaqları abubəkr və Zərifə yaşamışdır və İddiaçı, Abubəkr və Zərifə hazırda da yaşayırlar, mülkiyyətçinin ölümündən sonra mirasın başqa faktiki və ya rəsmi qəbul edilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi müvafiq məhkəmə qətnaməsi əsasında X12 məxsus olan müvafiq yaşayış sahəsinində onun ölümündən sonra onun vərəsəsi qismində çıxış edən oğlu X13 ailəsi həyat yoldaşı İddiaçı, övladları Abubəkr və Zərifə ilə birlikdə həmin mənzildə yaşamaqla, həmin mirasın faktiki olaraq qəbul edilməsi halı, habelə mülkiyyətçi qismində çıxış edən X7 ölümündən sonra mirasın başqa faktiki və rəsmi qəbul edilməsi halının müəyyən edilmədiyi qeyd edilmişdir. X1 ölümündən sonra ona məxsus olan müvafiq mənzildəki payı miras əmlak qimsində yalnız bir vərəsəsi X27 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmçinin, indiki halda da məhkəmə araşdırması zamanı X6 ölümündən sonra miras əmlak qismində çıxış edən müvafiq mənzilə dair mirasın başqa faktiki və ya rəsmi qəbul edilməsi halı müəyyən eidlməmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X27 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı onun tərəfindən öz sağlığında miras əmlak barəsində hər hansı vəsiyyatnamə tərtib edilməsi halı müəyyən eidlməmişdir. Bu halda, mülki qnunvericiliyin tələbinə əsasən X13 ölümündən sonra ona məxsus olan əmlak başqa şəxslərə məhz irsi transmissiya qaydasında qanun üzrə vərəsəlik üzrə keçməlidir.Bu halda, mülki qanunvericiliyin tələbinə əsasən X13 qanun üzrə birinci növbədə olan vərəsələri qimsində məhz iddiaçı həyat yoldaşı İddiaçı, uşaqları X35 və X36 çıxış edir. Eyni zamanda məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsində İddiaçı, X27, X35, X18 mübahisə predmeti olan miras əmlak qismində çıxış edən mənzildə yaşadıqları, miras əmlakın faktiki olaraq qəbul edilməsi halı müəyyən edilmişdir. Bu halda, məhkəmə vərəəsəlik hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, miras əmlakın İddiaçı və onun uşaqları X24, X36 tərəfindən faktiki olaraq qəbul edilməsi halı aşkar olduğundan və mülki qnaunvericiliyin tələbinə əsasən onlar X13 qanun üzrə birinci növbədə vərəsəsi qismində çıxış etdiyindən, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, mülki qnunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Bakı şəhəri , Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 33, 1 saylı mənzilin X12 paylı mülkiyyət hüquq əsasında məxsus olan hissəsinin miras əmlak qismində İddiaçı tərəfindən uşaqları X24 və X36 ilə birlikdə faktiki olaraq qəbul edən yeganə vərəsə olması halı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qətnamə Bakı şəhəri , Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 33, 1 saylı mənzilin X12 paylı mülkiyyət hüquq əsasında məxsus olan hissəsinin miras əmlak qismində faktiki olaraq qəbul edən İddiaçı, övladları X35 və X18 adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri , Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 33, 1 saylı mənzilin X12 paylı mülkiyyət hüquq əsasında məxsus olan hissəsinin miras əmlak qismində İddiaçı tərəfindən uşaqları X24 və X36 ilə birlikdə faktiki olaraq qəbul edən yeganə vərəsə olmaları halı müəyyən edilsin. Qətnamə Bakı şəhəri , Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 33, 1 saylı mənzilin X12 paylı mülkiyyət hüquq əsasında məxsus olan hissəsinin miras əmlak qismində faktiki olaraq qəbul edən İddiaçı, övladları X35 və X18 adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar