Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1375/2020 21.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Müslümova) Təranə Səfərqulu qızına, Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Müslümova) Təranə Səfərqulu qızına, Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Müslümova) Təranə Səfərqulu qızının, Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı evin 7 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh5, X3 və X6 müştərək qaydada 18135,45 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 10175/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mənzil satıldıqdan 1 (bir) ay sonra Cavabdeh5, X2, X4, Cavabdeh7 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi və alıcıya təhvil verilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, qeyd olunan hissədə iddia tələbinin gələcəkdə mənzilin mülkiyyətçisi tərəfindən irəli sürülməli olduğu müəyyən edilmişdir. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı evin 7 saylı mənzili İddiaçı X7 mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Lakin cavabdehlər Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı evin 7 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadırlar, bununla da onlar əmlak üzərində mülkiyyətçi kimi iddiaçı təşkilatın hüquqlarının həyata keçirilməsinə mane olurlar. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 20, 7 saylı mənzil İddiaçı X7 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Elektron Notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 20, 7 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, X5, Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və azyaşlı uşaqları qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10175/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin mənzil satıldıqdan bir ay sonra Cavabdeh5, X2, X4, Cavabdeh7 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqularının itirilməsi və alıcıya təhvil verilməsi hissəsinin qətnamədən çıxarılması qət edilmiş, qeyd olunan halların başqa mübahisənin predmeti olduğu müəyyən edilmişdir. İş materiallarında olan AR DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 1, C.Naxçıvanski adına Hərbi Liseydə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edildi ki, ipoteka predmeti olmuş və müvafiq məhkəmə aktına əsasən açıq hərracda satılmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 20, 7 saylı mənzil hazırda mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili əldə etdikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində mənzili tərk etməyən, ipoteka qoyanla birlikdə yaşamış cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsini tələb etməkdədir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddia qismən (hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan Hüseynova (Adıgözəlova) Xəyalə Səfərqulu qızından başqa digər bütün cavabdehlərə münasibətdə) əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə Avropa Məhkəməsi göstərmişdir ki, mülkiyyətçinin əmlak hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Avropa Məhkəməsi həmin işdə və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Müslümova) Təranə Səfərqulu qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 20, 7 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1375/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1375/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver