Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-138/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 3198,73 ABŞ dolları məbləğində kredit borcunun, 2527,39 ABŞ dolları məbləğində faiz borcunun, 1406,23 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 7132,92 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və tutulmalı məbləğin həmin mənzilin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2nın həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı izahat verərək bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 027R**********S saylı, xx.xx.2016-cı il tarixli 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli 027R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 6801,27 ABŞ dolları ödəmiş, onun 3198,73 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdehin faiz borcu 2527,39 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında onun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0.02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdeh öhdəliklərini icra etmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 027L**********08 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış həmin kredit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə aylıq 2.1667% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027R**********S saylı, xx.xx.2016-cı il tarixli 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli 027R**********SB saylı sazişlərin surətlərindən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 3198,73 ABŞ dolları məbləğində əsas borc, 2527,39 ABŞ dolları məbləğində faiz borcu, 1406,23 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 7132,35 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 27M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzil uzunmüddətli kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə 630 nömrəli reyestr kitabının 57853 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 8 Cavabdeh2nın xüsusi mülkiyyətindədir və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir, bu barədə 630 nömrəli reyestr kitabının 57853 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 129 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Forma-2 arayışından görünür ki, Cavabdeh2 ünvan 1 mənzil 8 ünvanında yaşayır. Həmin mənzildə Cavabdeh2 özü qeydiyyatdadır. İş materiallarında olan “xxxx” MMC-nin 193/1 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid dəyəri 18000 manat təşkil edir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kreditə görə əsas və faiz borcu məbləğlərini, habelə gecikməyə görə cəriməni iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin o, həmin müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsas borc və faiz borcu hissəsində tam əsaslı, cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, həmin müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 100 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada tutulması, mənzil satıldıqdan bir ay sonra ipoteka qoyanın çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış (likvid) qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək təmin edilməlidir. Buna baxmayaraq, məhkəmə müəyyən edir ki, cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbini irəli sürmək hüququ gələcəkdə açıq hərrac nəticəsində mənzili əldə edəcək alıcıya məxsus olduğundan, Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı iddia tələbi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Məhkəmə iddianın dövlət rüsumlarının və xidmət haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 3198,73 ABŞ dolları əsas borc, 2527,39 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5826,12 ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), iddia ərizəsinə görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə yönəldilsin, həmin mənzil ilkin satış (likvid) qiyməti 18000 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 ümumi qaydada tutulsun. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-138/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-138/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver