Məhkəmə qərarları › İş №2(002)-1390/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1390/2024

30.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1390/2024 30.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X11 və Cavabdeh1 qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər X11 və Cavabdeh1 qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onu, azyaşlı uşaqları-xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə müvəqqəti yaşamaq üçün onlara verilmiş Bakı şəhəri,Qaradağ rayonu, “Qobu park-2” məcburi köçkün qəsəbəsi, 14 saylı binanın 92 saylı mənzilinə köçürülmələri və istifadə qaydasının müəyyən edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsasəlandırmışdır ki, o, Cavabdeh2 ilə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamışdılar. Nikahları xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişdilər. Birgə yaşadığı müddət ərzində üç uşaqları doğulmuşdur. xx.xx.2003cü il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6.Nikahı məhkəmənin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X14 həddi buluğa çatmaqla, uşaqlardan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun yanında qalması qət edilmiş və hazırda uşaqlar oniun himayəsindədir.Bildirir ki, cavabdeh Xəlilov X9 rayonundan məcburi köçkündür. Cavabdeh olan keçmiş əri Cavabdeh2 anası Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park- 2” məcburi köçkün şəhərçiyinin 14 saylı binanın 92 saylı mənzili xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən ev verilmiş, mənzilə ailə üzvü kimi o və üç uşağı qeyd edilmişdir. Mənzil verilərkən o və üç uşağı nəzərə alınaraq dörd otaq verilmişdir. O və onun uşaqları da birlikdəhəmin evdə yaşamışdırlar. Hal-hazırda onunla cavabdeh arasında olan nikah pozulmuş və cavabdehlər onu mübahisəli evdən uşaqları ilə birlikdə çıxartmışdır. Mübahisəli ev o və uşaqları nəzərə alınmaqla verilsə də cavabdehlər ona və uşaqlarına həmin mənzildən istifadə etməyinə imkan vermirlər. Proses iştirakçılarının çıxışları: Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, idda ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh X11 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz etmir, digər cavabdeh olan anası Cavabdeh1 da iddiaçının evə köçürülməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən-təmin edilməlidir. Məhkəmə iclasında təqdiqi edilən hallar və faktlar: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 14/92 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, akı şəhəri,Qaradağ rayonu, “Qobu park-2” məcburi köçkün qəsəbəsi, 14 saylı binanın 92 saylı saylı mənzilin 4 otaqlı yaşayış sahəsi kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri kimi gəlini-İddiaçı, xx.xx.2003cü il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 qeyd olunmuşdur. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İş materiallarında olan Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1179 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Qobu Park-3 məcburi köçkün qəsəbəsində bina 36, mənzil 85 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə üzvləri kimi X11, X7, X12 və X1 göstərilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mübahisə predmetinə dair tərəflər arasında ilki medaiasiya sesiasiyası davam etdirilə bilməmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X15 ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə Cəbrayıl rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 338 nömrə ilə qeyd edilmiş nikah pozulması, Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları X5 yanında qalması, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən Hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013- cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli, AZ-İ N° 650145 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə X5 birgə nikahından xx.xx.2003-cü il tarixdə, Bakı şəhərində X14 anadan olmuşdur. Hazırda yetkinlik yaşına çatmışdır. İş materiallarında olan Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli, AZ-İ N° 650146 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə X5 birgə nikahından xx.xx.2005-ci il tarixdə, Bakı şəhərində X13 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 126219 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə X5 birgə nikahından xx.xx.2013-cü il tarixdə, Bakı şəhərində X6 anadan olmuşdur. İş materiallarında olan AZ-İ № 436057 saylı nikahın pozulması haqqında şəhadətanmədən görünür ki, Cavabdeh2 ilə X15 arasındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında aktları hissəsində xx.xx.2022-ci il tarixdə 271 saylı akt ilə qeyd edilmişdir. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-2” məcburi köçkün qəsəbəsi, 14 saylı binanın 92 saylı mənzilin 4 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün Cəlilabad rayonundan məcburi köçkün olan kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmiş, müqavilədə kirayəçinin ailə üzvlərinin gəlini-İddiaçı, oğlu- X11 və nəvələri-xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin həmin müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Hazırda iddiaçı qeyd olunan müqaviləyə əsasən həmin mənzilə köçürülməsini, mənzildən istifadə qaydalarının müəyyən edilməsini tələb edir, cavabdeh isə iddianı qəbul etmiş və iddianın təmin edilməsiniə etiraz etməmişdilər. Məhkəmə iclasında müəyyən edilən hallara tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mənzilə köçürülüməyə dair iddia əsaslı olduğundan təmin edilməlidir. İstifadə qaydalarının müəyyən edilməsinə dair ihissədə iddia rədd edilməlidir, belə ki tərəflər arasında istifadə qaydalarına dair mübahisə olması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-2” məcburi köçkün qəsəbəsi, 14 saylı binanın 92 saylı mənzilinə köçürülməli və iddia qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-2” məcburi köçkün qəsəbəsi, 14 saylı binanın 92 saylı mənzilinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100(yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar