Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1400/2022 10.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və yaşayış üçün maneənin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və yaşayış üçün maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi,ev 10/1,mənzil 2 ünvanında yerləşən mənzilə köçürülməsi,onun mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi,ev 10/1,mənzil 2 ünvanda yerləşən mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi,ev 10/1,mənzil 2 ünvanda yerləşən fərdi yaşayış evi 1/6 hissədə ona,1/2 hissədə Cavabdeh,1/6 hissədə Maraqlı şəxs2,1/6 hissədə X5 məxsusdur.Mübahisəli ev vərəsəlik qaydasında onlara miras qalmışdır.Hal-hazırda onun həmin evdə 1/6 hissədə payı olsada cavabdeh olan dayısı onun həmin evdə yaşamağına imkan vermir.Mübahisəli evdə eyni zamanda cavabdeh özü də yaşamır,mənzili kirayə verərək Rusiya Federasiyasına getmişdir.O həmişə həmin mənzildən istifadə edir və mənzilin bir açarı onda var idi,lakin 01 mart 2022-ci ildə mənzili kirayə verərək mənzilin açarını dəyişmiş,həmin vaxtdan da onu mülkiyyətində olan mənzilə buraxmır.O cavabdehin təqsiri üzündən evindən məhrum edilmiş,hazırda da məcbur olub körpə övladı ilə birlikdə kirayədə yaşayır.Mənzilin bütün kommunal xidmətlərini o özü ödəmişdir.Dəfələrlə mənzilə getmək istəsə də,cavabdeh buna imkan verməmiş və onu mənzildə yaşamağa qoymayacağını bildirmişdir.O hazırda mülkiyyətində olan mənzildə yaşamaqdan məhrumdur.Bundan əlavə həmin mənzilin 1/6 hissəsi bacısı X5 məxsus olsa da Cavabdeh onu da mübahisəli mənzilə buraxmır.Onunla bərabər onunda mülkiyət hüququnu pozur.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbini müdafiə edərək, öz izahatında həmin evə dair payı olsa da, evin qapısının açarlarını cavabdeh ona vermədiyindən köçüb yaşaya bilmədiyini, istədiyinin o evə köçüb yaşamaq olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi,ev 10/1,mənzil 2 mənzil xüsusi mülkiyyət formasında X4 ½ hissədə, 1/6 hissədə İddiaçı və 1/6 hissədə Maraqlı şəxs2 adına xx.xx.2022-ci il tarixdə,1/6 hissədə X6 adina xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 10/3434 nömrəli xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi,ev 10/1 ünvanında yerləşən,ümumi sahəsi 53.9 kv.m olan 2 saylı mənzilin onun texniki pasportunda qeyd edilmiş planına uyğun olaraq 1/6 hissəsinin naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.Həmçinin, həmin rəydə qeyd edilmişdir ki, həmin mənzilin ümumi sahə üzrə 1/6 hissəsi 8,98 kv.m, yaşayış sahəsi üzrə 5,76 kv.m təşkil edir, mənzilin faktiki vəziyyətini nəzərə alaraq, həmin mənzildən ayrıca yaşayış sahəsi kimi istifdaə eidlməsinin İnşaat norma və Qaydaların 2.08.01.89-un 2.4 bəndinin tələblərinə zidd olduğunu, mənzilin ayrıca yaşayış sahəsi kimi istifdaə olunması üçün ayrı-ayrılıqda yaşayış və yardımçı tikililərə giriş-çıxış olmalı olduğunu qeyd eidlmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi İddiaçı 1/6 hissəsə pay hüququ olmaqla, Cavabdeh ½ hissədə pay hüququ olmaqla, X1 1/6 hissədə və Maraqlı şəxs1 İqorevnanın 1/6 hissədə pay hüququ olmaqla, onların paylı mülkiyyətində olmaqla, həmin hüquq müvafiq qaydada dövlət qedyiyyatına alınmışdır. İşin mübahisəli halı isə iddiaçı həmin yaşayış sahəsinin cavabdehin sahibliyində olduğunu, onun həmin mənzilə köçüb yaşamasına mane olduğunu əsas gətirərək, həmin mənzilə köçmək və yaradılmış manenin aradan qaldırılmasından ibarətdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməyərək, iddia tələbinə dair heç bir etiraz daxil olmamışdır. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququ olmaqla, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinin öz payına uyğun 1/6 hissədə olan hissəsinə köçürülməsi üçün həmin hissənin hansı sahəni əhatə etməsi və həmin hissədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir, bu mümkün olduğu halda, həmin hüququn həyata keçirilməsi mümkün hesab edilə bilər. İddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsi məqsədilə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən halın müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunmuş, ekspert rəyi əsasında müəyyən edilmişdir ki,yaşayış sahəsinin iddiaçıya məxsus 1/6 hissədə payı ümumi sahə olaraq8,98 kv.m sahəni, yaşayış sahəsi kimi 5,76 kv.m sahəni əhatə edir, yaşayış sahəsinin ayrıca yaşayış sahəsi kimi istifdaə olunması üçün həmin sahənin İnşaat Norma və Qaydalarının tələblərinə uyğun olmasının zəruri olması, hər birinin yaşayış və yardımçı sahələrə giriş-çıxışının olmasının zərrui olması qeyd edilmiş, həmin sahənin ayrıca yaşayış sahəsi kimi istifadə olunmasının İnşaat Norma və Qaydalarının 2.4-cü bəndinin tələbinə zidd olduğu, həmin hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması qeyd edilmişdir. Göründüyü kimi məhkəmədə tədqiq edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya paylı mülkiyyət hüququ əsasında məxsus olan 1/6 hissədə paydan ayrıca yaşayış sahəsi kimi istifadə edilməsi mümkün deyildir. Bununla da, məhkəmə araşdırması çərçivəsində iddiaçının mübahisə pedmeti olan yaşayış sahəsinin ona aid olan pay hissəsinə köçürülməsi halının mümkün olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi yaşayış shaəsinə köçürülmə hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması hissəsi ilə bağlı hesab edir ki, indiki halda mübahisə predmeti olan yaşayış sahəsi onların paylı mülkiyyətində olduğundan, hər bir tərəf öz payına uyğun hissədə həmin sahədən istifadə etmək və sahiblik etmək hüququna malikdir. Həmçinin, məhkəmə hesab edir ki, bu hüququn həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçilərin öz payına uyğun hissədə istifadə və sahiblik hüququnun həyata keçirilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir. İndiki halda isə qeyd edilən halın mümkün olduğu müəyyən edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə əlavə araşdırma aparılmadan, əsassız hesab edilməklə, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddiaçıya paylı mülkiyyətin mülkiyyətçisi kimi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququnun həyata keçirilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb etmək hüququna malik olduğunu izah edir. Həmçinin, məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin predmetini paylı mülkiyyətdə olan əmlak təşkil etdiyindən, tərəflərə qeyd edilən hüquq normalarının izah edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçı X7 cavabadeh Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış üçün manenin aradan qaldırılması” barədə iddia tələbi rədd edilməli, ödənilmiş 100 manat məbləğin dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabadeh Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış üçün manenin aradan qaldırılması” barədə iddia tələbitəmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu 142595, hesab adı X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1400/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1400/2022
10.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver