Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1406/2022 14.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atasına məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 31 saylı evin 03 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvanın mülkiyyətçisi X7r. Cavabdeh isə bacısıdır. Atasının 82 yaşı və xəstəliyi olmuşdur. Cavabdeh buna baxmayaraq onunla və özü ilə yola getməmiş, atasının xahişi ilə münaqişələrdən uzaq durmaq məqsədi ilə bir müddət qohumların evində qalmışlar. Atası 29 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bacıları da olan münaqişələrə görə atası hələ sağlığında vəkillə müqavilə bağlayaraq, bacılarının, yəni Cavabdeh və X3 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi qaldırmışdır. Çünki, Cavabdeh Qaradağ rayonu Ümid qəsəbəsində mənzili vardır. Belə ki, onun iddia tələbinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-5517/2016 saylı qətnaməsi ilə o, Qaradağ rayonu Ümid qəsəbəsi ev 1 mənzil 28-ə köçürülmüşdür. X8 isə Rusiya vətəndaşıdır. Ailəsi ilə birlikdə 20 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır. Atası vəfat etdiyindən bu işi başa çatdıra bilməmişdir. Atasının hüzürünü faktiki yaşaıdıqları ünvanda keçirmişdir, cavabdeh heç atasının hüzüründə də iştirak etməmişdir. Atası həmin mənzili ona vəsiyyət etmişdir. Atasının ölümündən sonra mənzilə gedib orda yerləşmək istəsə də, cavabdeh mənzilin açarını dəyişmiş və onu mənzilə buraxmamışdır. Halbu ki, atası həmin mənzili ona vəsiyyət etmiş, mənzil də atasına və ona məxsus əmlaklar vardır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə görə onun mənzildən istifadə hüququ vardır. 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı adına verilmiş vəsiyyətnamə üzrə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. Bu səbəbdən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci tarixli 1446 nömrəli arayışından görünür ki, X9 1992-ci ildən, İddiaçı 1992-ci ildən, Cavabdeh 1994-cü ildən, X8 1998-ci ildən, X12 1999-cu ildən, X14 2014cu ildən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ev 31 mənzil 03 ünvanda qeydiyyatdadırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli qeydiyyat vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ev 31 ünvanda istifadədə olan 68,38 m2 ümumi, 45,73 m2 yaşayış sahəsindən və 22,65 m2 yardmçı sahədən ibarət 3 otaqlı 03 nömrəli mənzil xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli nikah müqaviləsindən görünür ki, X5 ilə İddiaçı arasında nikah müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını - ünvan 2 ünvanda yaşayan İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhər 45 saylı notariat kontorunda 2V-66 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda mübahisə edən tərəflərin mərhum atalarının mülkiyyətindədir. Həmin mənzil ataları tərəfindən İddiaçı vəsiyyət edilmişdir. İddiaçı hazırda həmin evdə qeydiyyatdadır, lakin orada yaşamır. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ev 31 03 saylı mənzilinin sahibi X7r. ünvan 4 ünvanda olan fərdi yaşayış evi X1 adına cavabdeh İddiaçı ilə birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli nikah müqaviləsindən də görünür ki, həmin müqavilədə ünvan 1 ünvanda olan fərdi yaşayış evinin nihaha daxil olanadək X2 mənsub olması və ya nikah dövründə hədiyyə şəklində verilməsi və ya vərəsəlik qaydasında almasına dair qeyd-şərt olunmamışdır. Bu isə cavabdeh İddiaçı etibarlı şəkildə və daimi yaşamaq üçün başqa ünvanda başqa yaşayış yerinin olmasına dair sübutdur. Cavabdeh İddiaçı 1992ci ildən mübahisəli mənzildə qeydiyyatda olsa da, sənədlərdən göründüyü kimi, ərlə-arvadın birgə nikahı dövründə əldə edilmiş mənzil var. Digər tərəfdən mübahisəli mənzil iddiaçının atası tərəfindən iddiaçıya vəsiyyət edilsə də, həmin daşınmaz əmlakla bağlı iddiaçının adına vərəsəlik haqqında şəhadətnamə verilməmiş, habelə onun həmin yaşayış evi ilə bağlı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlak, yaxud əmlakın bir hissəsi üzərində iddiaçının hər hansı hüququ qeydiyyatdan keçməmişdir. Bu səbəbdən, hazırki vəziyyətdə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, adına verilmiş vəsiyyətnamə üzrə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1406/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1406/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver