Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1424/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi, maneənin aradan qaldırılması tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi, maneənin aradan qaldırılması tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X8 və 29 iyun 2012-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-3” məcburi köçkün qəsəbəsi, 5 saylı binanın 44 saylı mənzilinin zal kimi istifadəsi nəzərdə tutulmuş böyük otağına köçürülməsi, istifadə qaydalarının müəyyən edilməsi, mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı cavabdeh ilə 2010-cu ildə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamış, nikahları 21 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X12 adında iki uşaqları doğulmuşdur. İddiaçı və cavabdeh arasındakı nikah məhkəmə qaydasında xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuş, uşaqların iddiaçının yanında qalması qət edilmişdir, hazırda uşaqlar iddiaçının himayəsindədir. İddiaçı və cavabdeh Cəbrayıl rayonundan məcburi köçkündür. Birgə nikah dövründə tərəflərə məcburi köçkün kimi müvəqqəti yaşamaq üçün Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-3” məcburi köçkün qəsəbəsi, 5 saylı binanın 44 saylı mənzili xüsusi təyinatlı yaşayış X11nə əsasən verilmiş, müqavilədə ailə üzvləri kimi iddiaçı və iki azyaşlı uşaqları qeyd olunmuş, tərəflər həmin mənzilə köçərək yaşamış, həmin ünvanda məskunlaşmışlar. Mənzil iki otaqdan ibarətdir. İddiaçı uşaqları ilə birlikdə həmin mənzildə yaşamışdır, iddiaçı və uşaqlara məxsus əmlaklar da hazırda həmin mənzilin zal kimi istifadə olunan otağındadır. Nikah pozulduqdan sonra cavabdeh iddiaçını uşaqlarla birlikdə mənzildən çıxarmışdır. Mübahisəli mənzil iddiaçı və uşaqları nəzərə alınmaqla verilsə də, cavabdeh iddiaçıya və uşaqlarına həmin mənzildən istifadə etməsinə imkan vermir. İddiaçının azyaşlı uşaqları ilə yaşamaq üçün başqa yeri yoxdur. Qeyd olunanlara əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və hazırda iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələblərinə qismən etiraz edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park-3” məcburi köçkün qəsəbəsi, 5 saylı binanın 44 saylı mənzili dövlət tərəfindən xüsusi təyinatlı yaşayış X11nə əsasən xx.xx.2020-ci ildə verilmişdir, həmin mənzil iki otaqdan ibarətdir. İddiaçı və uşaqlarla birgə bir müddət həmin mənzildə yaşasalar da, iddiaçının təqsirindən ailə dağılmış, iddiaçı uşaqları da götürərək mənzildən getmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçının bəzi əşyaları həqiqətən həmin mənzildə qalmışdır, lakin onları götürməyi təklif etsə də, iddiaçı bundan imtina etmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra ikinci dəfə ailə qurmuşdur, ikinci nikahdan bir azyaşlı övladı vardır. Hazırda həmin mənzildə özü, həyat yoldaşı və azyaşlı övladı yaşayır. İddianı qismən qəbul edir, uşaqlarının həmin mənzilə köçməsinə etirazı yoxdur, lakin iddiaçının həmin mənzilə köçməsinə qəti etiraz edir, iddiaçı ilə münasibəti gərgin olduğundan onunla bir mənzildə yaşaması mümkün deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 cavabdehin izahatına uyğun izahat verdi və cavabdehin qeyd etdiyi hallar nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 233 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə “Xüsusi Təyinatlı Yaşayış X11” əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində bina 34-də 44 nömrəli mənzillə təmin edilmişdir. Mənzildə yaşamaq hüququnun təmin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 405 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür və Qobu Park-3 məcburi köçkün qəsəbəsində bina 35, mənzil 44 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-015/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Çəmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş 21 sentyabr 2012-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X7 İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ No 430144 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması 26 avqust 2022-ci il tarixində qeydə alınmışdır, nikah pozulduqdan sonra qadına Feyzullayeva soyadı verilmişdir. İş materiallarında olan Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1092 saylı arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür və Qaradağ rayonu, “Lökbatan-2” yaşayış kompleksində bina 35, mənzil 44-də qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır, ailə üzvləri X12 və X5r. İş materiallarında olan AZ-İİ seriyalı, 988835 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 988927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 498692 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 812816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X2r. İş materiallarında olan 29 iyul 2020-ci il tarixli 35/44 saylı xüsusi təyinatlı yaşayış X11nin surətindən görünür ki, Qaradağ rayonu, Qobu Park 3, bina 35, mənzil 44, 2 otaqlı yaşayış sahəsi kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri kimi həyat yoldaşı İddiaçı, oğlu X12 və qızı X10 qeyd olunmuşdur. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, 29 iyul 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış X11nə əsasən Qaradağ rayonu, Qobu Park 3, bina 35, mənzil 44, 2 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün Cəbrayıl rayonundan məcburi köçkün olan kirayəçi Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş, müqavilədə kirayəçinin ailə üzvlərinin İddiaçı, X12, X8 olduğu, həmçinin müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin həmin müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Hazırda iddiaçı qeyd olunan müqaviləyə əsasən həmin mənzilin bir otağına köçürülməsini, mənzildən istifadə qaydalarının müəyyən edilməsini, cavabdeh tərəfindən yaradılmış maneənin qadağan edilməsini tələb edir, cavabdeh isə iddianı yalnız uşaqlara münasibətdə qismən qəbul edir. Məhkəmə iclasında müəyyən edilən hallara tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış X11nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış X11ndə kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 məcburi köçkün qəsəbəsi, 35 saylı binanın 44 saylı mənzilinin zal kimi istifadəsi nəzərdə tutulmuş böyük otağına köçürülməli, mənzilin dəhlizi, hamamı, sanitar qovşağı, mətbəxi, balkonu ümümi istifadədə saxlanılmalı, iddiaçının mənzildən müəyyən edilmiş qaydada istifadə etməsinə maneənin yaradılması cavabdehə qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 məcburi köçkün qəsəbəsi, 35 saylı binanın 44 saylı mənzilinin zal kimi istifadəsi nəzərdə tutulmuş böyük otağına köçürülsün, mənzilin dəhlizi, hamamı, sanitar qovşağı, mətbəxi, balkonu ümümi istifadədə saxlanılsın, iddiaçının mənzildən müəyyən edilmiş qaydada istifadə etməsinə maneənin yaradılması cavabdehə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1424/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1424/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver