Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1445/2021 16.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil üzərində İddiaçı1 2/8 hissədə, İddiaçı2 2/8 hissədə; İddiaçı3 1/8 hissədə, Cavabdeh Nikoloyevnanın 1/8 hissədə, Akimov Vladimir iqoryeviç 1/8 hissədə, X1 1/8 hissədə pay hüququ müəyyən edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat haqqında Azərbaycan Respublikası” Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10.2-ci bəndində qeyd eidlmişdir ki, vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Qanunvericiliyin təhlilindən görünür ki, miras haqqında vərəsələrin müəyyən edilməsi və onların çağırılması, habeləvvərəsələrin miras əmlakdakı paylarının müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqan qismində məhz notariat kontoru (notarius) çıxış edir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən vərəsələrin miras əmlakdakı payları məhz notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi ilə müəyyən edilməlidir. Vərəsələrin miras əmlakdakı payları yalnız o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə mövcud olmuş olsun. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi miras əmlak üzrə vərəsələrin pay hüququnun müəyyən edilməsi tələbinə aiddir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq notariusda ölmüş şəxsin adına hər hansı vərəsəlik işi açılmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı vərəsələrin dairəsinin müəyyən edilməsi, habelə vərəsələrin miras əmlakdakı paylarının müəyyən edilməsi üçün ilk növbədə müvafiq notariat orqanına müraciət etməlidir. Bununla bağlı hər hansı mübahisə olduğu halda məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçı qeyd olunan halların müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət etməmişdir. bununla da, mülki prosessual qanunvericiliyin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair tələbinə riayət etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi mübahisənin məhkəməyə qədər pretenziya qaydasına riayət edilmədiyindən, yəni müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddia tələbi üzrə vərəsələrin dairəsinin müəyyən edilməsi, habelə vərəsələrin miras əmlakdakı paylarının müəyyən edilməsi üçün ilk növbədə müvafiq notariat orqanına müraciət etməli, əgər qeyd edilən məsələyə dair mübahisə yaranarsa, yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mübahisənin pretenziya qaydasına nizama salınmasına dair tələblərinə riayət olunmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin, iddiaçıya ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1445/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1445/2021
16.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver