Məhkəmə qərarları › İş №2(002)-1467/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1467/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1467/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Alıyeva (İsmayılova) Çinarə Habil qızının iştirakları ilə, İddiaçı cavabdeh Alıyeva (İsmayılova) Çinarə Habil qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Alıyeva (İsmayılova) Çinarə Habil qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanaya köçürülməyi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Ayxan və xx.xx.2018-ci il təvəllüdlü Uğur adlı uşaqları dünyaya gəlmişdir. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, cavabdeh ona yalan danışmağa aldatmağa başlamış, iki dəfə polisə şikayət edərək, ona böhtanlar atmışdır. Onu yaşadığı evə qoymur, onun məcburi köçkün kimi başqa yaşayış yeri yoxdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan yaşayış sahəsinin onlara müvəqqəti məskunlaşmaq üçün verildiyini, daha sonra cavabdehlə aralarında rəsmi nikahın pozulduğunu, ayrılqıdqdan osnra cavabdehin onu həmin yaşayış sahəsində yaşamasına icazə vermədiyini, onun bununla əlaqədar müvafiq dövlət qurumlarına müraciət etdiklərini, həmin yaşayış sahəsinin müvafiq MKTBİ-nin balansında olduğunu bildirdiklərini, həmin yaşayış sahəsinin ona müvəqqəti məskunlaşmaq üçün verildiyini, orada yaşamaq hüququnun olduğunun izah edildiyini, yaranmış manelərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edildiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Alıyeva (İsmayılova) Çinarə Habil qızı iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının müllkiyyətində ev var, onun həmin yaşayış sahəsinə ehtiyacı yoxdur, mübahisə predmeti olan yaşayış sahəsinin onlara müvəqqəti məskunlaşmaq üçün verildiyini, hazırda iddiaçı ilə boşandıqlarını, onunla biryerdə yaşaqmaq istəmədiyini, hal-hazırda sözügedən yataqxanada özü və azyaşlı uşağı ilə birlikdə yaşadığını, iddiaçının ora köçməsini qəbul etmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon MKTB və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclaısnın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ 728315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxx 2016-cı ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İV 106984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2018-ci ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 050660 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 arasında nikah xx xxxxxx 2015-ci il tarixdə 605 nömrəli akt qeydi ilə tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayonu, İcra Hakimiyyəti baçısı aparatının Azərbaycan Respublikası Qaçqınlar və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ Rayon sektoruna göndərdiyi məktubun məzmunundan görünür ki, Laçın rayonu, Mişni kənd sakini, hazırda Bakı şəhəri Qaradağ rayonunda müvəqqəti məskunlaşmış İddiaçı Laçın Rayonu, İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyində ayrı təsərrüfat kimi qeydə alınmış və Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın xx xxxxxx 2016-cı il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayonu, İcra Hakimiyyəti başçısı yanında Şuranın xx xxxxxx 2016-cı il tarixli 04 nömrəli iclas protokolundan çıxarışın mahiyyətindən görünür ki, Laçın rayonu, Mişni kənd sakini İddiaçı ayrı təsərrüfat kimi qeydə alınsın. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikası Qaçqınlar və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanasında müvəqqəti məskunlaşmışdır. Ailə üzvləri Cavabdeh, X4, X3r. Həmçinin, Bakı şəhəri Qaradağ rayon MKTB tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanasında müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında məlumatda abunəçi İddiaçı, ünvan Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov, ev 0012, mənzil 0008 göstərilmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan yataqxanada yerləşən yaşayış sahəsinə köçürülmə ilə bağlı hüquq münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Ayxan və xx.xx.2018-ci il təvəllüdlü Uğur adlı uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında rəsmi nikah pozulmuşdur. İddiaçı Laçın rayonundan məcburi köçkündür və öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanasında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəainə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Qanunvericiliyin təhlilindən aydın olur ki, dövlət mənzil fonduna daxil olan mənzilə dair bağlanılmış sosial kirayə müqaviləsi kirayəçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə etmək hüququnun yaranmasının əsası qismində çıxış edir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasının məzmunundan aydın olur ki, kirayəçinin ailə üzvləri onunla birlikdə həmin mənzildən istifadə etmək hüququna malik olmaqla, onunla bərabər eyni hüquq və vəzifələrə malik olur. Bununla yanaşı, şəxsin kirayəçinin ailə üzvləri tərkibindən çıxması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasına əsasən ailə tərkibindən çıxan şəxs kirayəçi və onun ailə üzvlərinə məxsus olan hüquqlara malik olmaqla, özü həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına görə müstəqil məsuliyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. X7 Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” haqqında xx xxxxxx 2017-ci il tarixli Qaydaların 1.4-cü bəndionə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yataqxanada yaşayış sahəsi Qaradağ Rayonu MKTB-nin balansındadır. İddiaçı və cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində 2017-ci il tarixdən müvəqqəti məskunlaşmışdır. İddiaçı mübahisə predemti olan yaşayış sahəsinin ona ailəsi ilə birlikdə yaşamaq üçün verildiyini, daha sonra cavabdehlə aralarında olan nikah pozulduğundan, hazırda cavabdehin onu həmin yaşayış sahəsindən istifadə etməyə maneçilik törətdiyini,orada yaşamağa imkan vermədiyini əsas gətirərək, belə bir iddia tələbi ilə məhkəməyə mürcaiət etmiş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, işin mübahisəsiz halından görünür ki, məcburi köçkün qismində çıxış edən iddiaçı ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsində müvəqqəti məskunlaşmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon MKTB mübahisə predeti olan yaşayış sahəsinin onun balansında olduğunu, habelə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövklət Komitəsinin veridyi arayışa əsasən iddiaçının ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində 2017-ci il tarixdən indiyədək müvəqqəti məskunlaşdığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında tərəflərin verdiyi izahatından aydın olur ki, tərəflər nikahın pozulmasınadək övladları ilə birlikdə həmin mənzildə biryerdə yaşamışlar, nikah pozulduqdan sonra isə cavabdeh iddiaçının həmin mənzildə yaşamasına maneçilik tördərək, onun köçüb orada yaşamasına icazə verməmişdir. Ona görə də iddiaçı belə bir tələb irəli sürmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı cavabdehin ailə üzvləri tərkibindən çıxsa da, həm iddiaçı, həm də cavabdehin mübahisə predmeti olan yaşayış sahəsində müvəqqəti məskunlaşdığından, o,mübahisə predmeti olan mənzilə dair cavabdehlə eyni hüquqlara malik olmaqla, həmin mənzildə yaşamaq hüququna malik olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmaqla, iddia tələbi təmin edilməli, iddiaçı mübahisə predmeti olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanaya köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçıBakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, keçmiş 12 saylı Yataqxananın (hazırda 12\1 saylı evin) 8 saylı mənzilinə köçürülsün. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar