Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1471/2021 20.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Maraqlı şəxs2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “hüquqi faktın müəyyən edilməsi, itmiş sənədin bərpa edilməsi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Maraqlı şəxs2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “hüquqi faktın müəyyən edilməsi, itmiş sənədin bərpa edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyatzadə döngəsi, 9 saylı evin 24 saylı mənzilinin X2 adından X1 adına şəxsin maliyyə vərəqəsinin dəyişdirilməsi barədə xx.xx.1991-ci il tarixli 831 saylı Sərəncamının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəçi ərizəsində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyatzadə döngəsi, 9 saylı evin 24 saylı mənzilinin X2 adından X1 adına şəxsin maliyyə vərəqəsinin dəyişdirilməsi barədə xx.xx.1991-ci il tarixli 831 saylı Sərəncamının bərpa olunması xahiş edildiyindən, həmin məsələyə məhkəmədə baxılmalı olmadığını nəzərə alaraq,iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.1.Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırki ərizədə ərizəçi Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2ci Bünyatzadə döngəsi, 9 saylı evin 24 saylı mənzilinin X2 adından X1 adına şəxsin maliyyə vərəqəsinin dəyişdirilməsi barədə xx.xx.1991-ci il tarixli 831 saylı Sərəncamının bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş səbədlərdən görünür i, hazırda ərizəçi tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş orqanlar tərəfindən ərizəçiyə həmin sərəncamın ümumiyyətlə mövcud olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, “Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyatzadə döngəsi, 9 saylı evin 24 saylı mənzilinin X2 adından X1 adına şəxsin maliyyə vərəqəsinin dəyişdirilməsi barədə xx.xx.1991-ci il tarixli 831 saylı Sərəncamın bərpa olunması” barədə ərizə məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olan işlər kateqoriyasına aid deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçiyə həmin sənədi verən müvafiq təşkilatlara müraciət etmək hüququnun olması, habelə həmin təşkilatlar tərəfindən bununla əlaqədar imtina olduğu halda, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Maraqlı şəxs2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “hüquqi faktın müəyyən edilməsi,itmiş sənədin bərpa edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1471/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1471/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver