Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1508/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçıin Cavabdeh MMC-nin nümayəndəsi X5, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçıin Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cii il tarixli əmrin ləğv olunması İddiaçı Qabileviçin Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə iddiaçı X3 arasında əmək müqaviləsi bağlanmış və əmək təhlükəsizliyi üzrə kiçik inispektor vəzifəsinə işə qəbul edilmiş və 08,12.2017-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2 a bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. xx.xx.2017-ci il tarixdə Bağlanmış əmək müqaviləsi üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 12.12,2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifəsindən azad edilmişdir.Belə ki, əmrin surətini xx.xx.2023-cü il tarixdə müəssisəyə müraciət etdikdən sonra əmrin surətini və əmək kitabçası iddiaçıya rəsmi təqdim olunmuş və əmrin surətini aldıqdan sonra mediyasiyaya müraciət etmşdir. Mediyasiyaya müraciət məktubunu işə əlavə edirəm, iddiaçını vəzifəsindən kənarlaşdırılarkən aşağıda qeyd olunan hüquq normasının pozuntusuna yol verilmişdir.Belə ki, cavabdeh əmək müqaviləsinin ləğv olunması barədə əmri qəbul edəndə.iddiaçının müəssisədə işlədiyi müqavilənin müddəti, yəni beş ili tamam olduğu üçün, müddətli əmək müqaviləsi ,müddətsiz əmək müqaviləsinə keçmiş və belə olan halda cavabdeh tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin maddədə qeyd olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Beləliklə qeyd olunanları nəzərə alınaraq, AR Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxış və izahları: İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izah verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Layihə bitib deyə müqavilənin vaxtı bitdiyi deyə iddiaçının işinə xitam verildi, işinə xitam verilərkən iddiaçıya əlavə olaraq əmək haqqının 1 misli də verilmişdir. Dost Agentliyinin iddiaçının qanunsuz işdən çıxarılması ilə bağlı məktubu ilə tanış olmuş, o məktubla bağlı şəxsən Dost Agentliyinə də gedib məsul əməkdaşlar ilə görüşmüş, cavabında isə ona bildirilmişdir ki, həmin məktub texniki səhv nəticəsində hazırlanaraq, iddiaçı və digər şəxslərə də verilmişdir. Şirkət tərəfindən şəxsin əmək müqaviləsinə xitam verilərkən əmıək qanunveriliyinin normalarının pozulmasına yol verilmədiyi X4 məktubundan da görünür. Şəxslə müddətli əmək müqaviləsi bağlanmış, həm əmək müqaviləsinin müddəti bitdiyindən, həm də şəxsin çalışdığı layihə tamamlandığından onunla olan əmək müqaviləsinin müddəti qurtarandan sonra işəgötürən tərəfindən xitam verilmişdir ki, hansı ki, əmək qanunvericilikdə də qeyd olunub ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda, əmək münasibətlərinə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırki iş üzrə iddiaçı işdən çıxarılan zaman cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilməsi müəyyən olunmamışdır. Bu məsələ ilə bağlı münasibətlərini məhkəməyə göndərilmiş məktublarında daha ətraflı qeyd olunmuşdur, hazırki işlə bağlı mübahisə predmetinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin halları: İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-də əmək təhlükəsizliyi üzrə kiçik mütəxəsis vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 1479 nömrəli əmrdən görünür ki, Əmək Təhlükəsizliyi üzrə kiçik inspektor- İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli 2463 saylı əmək müqaviləsi- müddətinin qurtarması ilə bağlı olaraq Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin b)-bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İşçi ilə son haqq-hesab qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılaraq, işçiyə bütün müvafiq sənədlər təqdim edilmişdir.Həmin əmri İddiaçı imzalayaraq qəbul etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Filialının vətəndaş İddiaçı ünvanlandığı 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı 1 saylı Bakı “DOST" Mərkəzinə daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) tabeliyində X1 Bakı Regional Məşğulluq filialında baxılmışdır. Məlumat üçün bildirir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən,, dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) əmək müqaviləsinə xitam verilmiş, və ya əmək müqaviləsinin müddəti qurtardıqda ( Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1 -ci və ya 2-ci hissəsinə əsasən) eyni zamanda ‘Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər sığorta ödənişi almaq hüququna malikdirlər.Belə ki, Sizin işsizlikdən sığorta ödənişi almaq hüququnuz araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan fərdi qeydiyyat vərəqənizə əsasən müddətli əmək müqaviləsi üzrə 5 ildən artıq fasiləsiz çalışdığınız üçün işsizlikdən sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidməti Bakı şəhər idarəsinin vətəndaş İddiaçı ünvanlandığı 12 may 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Qaradağ Rayon Prokurorluğuna ünvanladığınız müraciətinizə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır.Müraciətinizlə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən Sizinlə müəssisə rəhbərliyi arasında xx.xx.2017-ci il tarixdən 1 (bir) ay müddətinə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndi (əmək müqaviləsinin müddətinin qurtarması;tərəflərdən) ilə xitam verildiyi, son haqq-hesab olaraq 1816 manat 29 qəpik hesablanaraq sonuncu iş günü ödənildiyi məlum olmuşdur.Məlumat üçün bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024ci il tarixədək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır.Müraciətinizlə bağlı 1 saylı Bakı Dost Mərkəzinə təqdim etdiyiniz izahatınızda qeyd edilən məsələlər ilə əlaqədar xx.xx.2023-cü il tarixində Qaradağ Rayon Məhkəməsinə müraciət etdiyinizi bildirmisiniz.Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidməti Bakı şəhər idarəsinin 03 may 2023-cü il tarixli məktubundan görünür ki, idarə tərəfindən vətəndaş İddiaçı biildirilmişdir ki, “Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Qaradağ Rayon Prokurorluğuna ünvanladığınız müraciətinizə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin araşdırılması məqsədilə tərəfimizdən Cavabdeh MMC-nin (Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi) ünvanına 3-17-5/2- 11655/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lakin tələb olunan müvafiq sənədlər təqdim edilməmişdir.Nəzərinizə çatdırırıq ki, Sizə aid tələb olunan müvafiq sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Məlumat üçün bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-ci il tarixədək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır. Müraciətinizlə əlaqədar izahatınız 1 saylı Bakı Dost Mərkəzinə təqdim edilmişdir. Həmin izahatda müraciətinizlə əlaqədar xx.xx.2023-cü il tarxində Qaradağ Rayon Məhkəməsinə müraciət etdiyinizi və X7 Xidməti tərəfindən hər hansı araşdırma aparılmasına ehtiyac olmadığını bildirmişiniz.” Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razıllığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə isə, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC -də əmək təhlükəsizliyi üzrə kiçik mütəxəsis vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixli, 1479 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarmasına) əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında mübahisəli hal: iddiaçı iddia edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələbləri pozulmuşdur: onun müqaviləsinin müddəti 5 ildən artıq müddətə davam etməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən “müqavilə müddətinin qurtarması” əsası ilə əmək münasibətlərinə xitam verilmişdir. Halbuki, o, hesab edir ki, qanunvericiliyə əsasən onlar arasında müqavilə müddəti 5 ili keçdiyindən artıq müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Lakin cavabdeh isə əmək qanunvericiliyin tələbini pozaraq, onun artıq müddətsiz olan müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi-müqavilə müddətinin qurtarması- əsası ilə xitam vermişdir. Hal-hazırda həmin əmrin ləğv edilərək, onun işəbərpa olunmasını və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, şirkət tərəfindən şəxslə bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığından, həmçinin də şəxsin çalışdığı layihə tamamlandığından onunla olan əmək müqaviləsinə xitam verilmişdir.Əmək qanunvericiliyinə əsasən ona əlavə əmək haqqının 1 misli də məbləğində müavinət də verilmişdir. Cavabdeh Əmək Məcəlləsinin 73.1-ci maddəsini əsas götürərək, məhkəmədən xahiş etdi ki, şirkət tərəfindən əmr verilərkən heç bir qanunvericiliyin tələbləri pozulmadığından iddia tələbi təmin edilməsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə işəgötürən arasında xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi-müqavilə müddətinin qurtarması- əsası ilə xitam verilmişdir. Hazırki iş üzrə məhkəmə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b)-bəndini, 45.5-ci və 73.1-ci maddələrini əsas götürərək, X4 cavabdeh-işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığına dair mülahizəsini nəzərə alaraq hesab edir ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən, əmək qanunvericiliyinin tələblərini pozmamış, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsinə dair tərəflər üçün qanunla müəyyən edilmiş bir həftəlik müddətini ötürməmişdir.Bu səbəbdən cavabdeh iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilməsində haqlı olduğundan, iddia tələbinin “işdən çıxarılma əmrinin ləğvi” hissəsində rədd edilməlidir. İddia tələbinin buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, əsas iddia tələbi təmin edilmədiyindən, həmin iddiadan törəmə olan iddia tələbləri də əsaslı olaraq rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1508/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1508/2023
21.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver