Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1528/2024 29.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı övladlığa götürmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə övladlığa götürmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum X1 övladlığa götürməsi barədə faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 305.1.9-cu maddəsinə əsasən övladlığa götürmə haqqında ərizələrə xüsusi icraat qaydasında baxılır. MPM-in 307-ci maddəsindən isə görünür ki, övladlığa götürmə ilə bağlı işlərə hüquqi əhəmiyyətli fakt olaraq baxılması yolverilməzdir. Ərizəçi ərizəsindən isə görünür ki, o həmin ərizəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə, yəni övladlığa götürmə faktı ilə bağlı vermişdir. Övladlığa götürmə ilə bağlı faktın isə mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə ümumiyyətlə müəyyən edilməmişdir. MPM-in XXXİ fəsli hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi ilə bağlı işlərə aid edilməklə, həmin Məcəllənin 307.2.3-cü maddəsi isə övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlıdır. Ərizəçi ərizəsi isə övladlığa götürmənin qeyd edilmə faktı ilə bağlı deyil, ölmüş şəxsə münasibətdə övladlığa götürülmə ilə bağlı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı olmuşdur. Övladlığa götürmə faktının bərpa edilməsi mümkün olmadığı hallarda isə (məsələn yanğın, bədbəxt hadisə, təbii fəlakətlər zamanı arxivlərin məhv olması nəticəsində) həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzürlü səbəblərə (məsələn arxivin məhv olunması üzündən) görə verə bilmir. MPM-in 307.2.2-ci maddəsinə əsasən isə öhdədə olma faktının müəyyən edilməsi mirasın açılması, pensiyanın təyin edilməsi və s. hallarda əhəmiyyət kəsb edə bilər. Qanunvericilikdə öhdədə olma faktının qeydə alınması tələb olunmur, ona görə də müəyyən hallarda bu faktın xüsusi olaraq müəyyən edilməsinə zərurət yarana bilər. Əgər bu barədə müvafiq sənədlər yoxdursa və ya müvafiq orqanlar öhdədə olma haqqında lazımi sənədlər verməkdən imtina edirsə, bu fakt məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə məcburi köckünlər və şəhid ailələri dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı övladlığa götürmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1528/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1528/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver