Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1550/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-535/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və X3 müştərək qaydada 76.942 ABŞ dolları 25 sent məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-6703/2017 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış alınmışdır. Cavabdehlər hazırkı vaxtadək Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzilində qeydiyyatadırlar. Bununla da, cavabdehlər bankın əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olurlar. Cavabdehlərlə yanaşı həmin mənzildə sonuncuların yetkinlik yaşına çatmamış ailə üzvləri – xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 Rəşad oğlu qeydiyyatdadırlar. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işi materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-6703/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və «Elektron notariat» X1 xx.xx.2020-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-535/2017 saylı qətnaməsinə əsasən İddiaçı QSC-nin Cavabdeh2 və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və X3 müştərək qaydada 76.942 ABŞ dolları 25 sent məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-6703/2017 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Qətnamə icra edilmiş və ipoteka predmeti olan mənzil Mülki qanunvericiliyə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa və digər aidiyyəti qanun normalarına riayət edilməklə iddiaçının mülkiyyətinə keçmişdir. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir, mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Mənzilin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər azyaşlı ailə üzvləri ilə həmin mənzildə qeydiyyatda qalmaqda davam edirlər və bu iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə X13 Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə müəyyən edildi ki, cavabdehlər azyaşlı ailə üzvləri ilə mübahisəli mənzildə formal olaraq qeydiyyatda olsalar da, onlar, həmin mənzildə yaşamırlar. Belə olan halda onların həmin mənzilə istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onların yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı ailə üzvləri olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 Rəşad oğlu ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 43 saylı evin 27 saylı mənzilindən istifadə hüquqları itirilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehlərin azyaşlı ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1550/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1550/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver