Məhkəmə qərarları › İş №2(002)-1558/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1558/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1558/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 qızının qızının iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87470,56 manat əsas borc, 8111,01 manat faiz borcu olmaqla, cəmi 95581,57 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və xidmət haqqının tutulması, 18.04.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən ümumi sahəsi 69,1 kv.m olan mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK-nın və Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən ümumi sahəsi 69,1 kv.m olan mənzildən Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 qızı izahat verərək bildirdi ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faizlə 221 ay müddətinə 92470 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 MTK arasında 06.10.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən mənzil ipoteka qoyulmuş və bununla bağlı tərəflər arasında 18.04.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Sözügedən 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı kredit müqaviləsinə əsasən 03 noyabr 2021-ci il tarixinə banka əsas borc üzrə 87470,56 manat, faiz borcu üzrə 8111,01 manat olmaqla, cəmi 95581,57 manat borc vardır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdehlər, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı təminatlı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 221 ay müddətinə illik 8 faizlə 92470 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 oktyabr 2017-ci il tarixli 60-06-10-2017-ME-FE saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında 06 oktyabr 2017-ci il tarixli 60-06-10-2017-ME-FE saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 06 oktyabr 2017-ci il tarixli 60-06-10-2017-ME-FE saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh3 MTK arasında 06 oktyabr 2017-ci il tarixli 60-06-10-2017-ME-FE saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 18.04.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 18475 saylı, 03 noyabr 2021-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 06 oktyabr 2017-ci il tarixli, 60-06-10-2017-ME-FE saylı kredit müqaviləsi üzrə 03 noyabr 2021-ci il tarixinə 87470,56 manat əsas borc, 8111,01 manat faiz borcu olmaqla, cəmi 95581,57 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASCnə ünvanladığı 15.03.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4-ə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 2840 nömrəli reyestr kitabının 264858 nömrəli vərəqində 09.04.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 Cavabdeh1 xüsusi mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə 2840 nömrəli reyestr kitabının 264858 nömrəli vərəqində ********** nömrəsi ilə 30.05.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDN 079 nömrəli, 08.10.2021ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən ümumi sahəsi 69,1 kv.m olan mənzilin qiymətləndirmə tarixinə likvid dəyəri 115000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya vaxtında ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, mənzil satıldıqdan bir ay sonra ipotekaqoyan Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək təmin edilməlidir. Buna baxmayaraq, məhkəmə müəyyən edir ki, cavabdehin mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sürmək hüququ gələcəkdə açıq hərrac nəticəsində mənzili əldə edəcək alıcıya məxsus olduğundan, Cavabdeh1 mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia tələbi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddianın dövlət rüsumlarının və bank xidməti haqqının cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada əsas borc üzrə 87470,56 manat əsas borc, 8111,01 manat faiz borcu olmaqla, cəmi 95581,57 manat (doxsan beş min beş yüz səksən bir manat əlli yeddi qəpik) məbləğində borc pul vəsaiti, habelə 30 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən, ümumi sahəsi 69,1 kv.m olan mənzilə yönəldilsin, həmin mənzil ilkin satış (likvid) qiyməti 115000 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan ümumi qaydada tutulsun. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M10, m.4 ünvanında yerləşən, ümumi sahəsi 69,1 kv.m olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılaraq mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar