Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1612/2024 06.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğluun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin ölmüş elan edilməsi»-nə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 2018-ci ilin iyul ayının 20-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu-X6 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlu 10 ildir ki, Azərbaycanı tərk edərək Suriyaya çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Sonradan eşitdilər ki, o İraqda döyüş vaxtı mühasirəyə düşmüdür. Belə ki, o 2018-ci ilin iyul ayının 20-si olardı ona zəng vurdu ki, o, mühasirədədir, bu onların son danışığıdır. Sonradan o, eşitdi ki, o, vəfat etmişdir. Oğlunun İraqda doğulmuş iki övladı-X13 və X14. Azərbaycan Respublikasının İraq Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən o, oğlunun övladlarının qəyyumu təyin olunmuşdur. Hər bir uşağın doğum haqqında akt qeydində ata qrafasında oğlu X6 qeyd edilmişdir. Belə ki, uşaqların doğum şəhadətnamələrini o, məhkəmədə təsdiq etdirərək almışdır.Bildiririr ki, nəvələri hazırda nənələri kimi onun qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını o, qarşılayır. Lakin imkanı olmadığından uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir.Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvələrinin atası X4 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmir və nəvələrinə ailə başçısın itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, X4 2018-ci ilin iyul ayının 20-si İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Ərizəçi əvvəlki məhkəmə iclasında izahatında qeyd etdi ki, oğlunun 2 uşağı var. Samir gedib orada evlənib. Uşaqların analarını tanımır amma azərbaycanlıdır və Suriyada ömürlük türmədədir, arabir uşaqları ilə danışır. Uşaqları dövlət ordan vətənə gətirdi. Qırmızı Ayparadan zəng gəldi ki, nəvələri gəlib, getdilər icraya qəyyumluq üçün sənədlər yığdılar. Oğlu ona İraqdan zəng elədi ki, son zəngidir, öləcəyi üçün halallaşmaq istəyirdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 13 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi 13 may 2016-cı il təvəllüdlü X13 və 26 mart 2017-ci il təvəllüdlü X14 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 13 nömrəli sərəncamı üzrə qəbul edilmiş qəyyum təyin edilməsi haqqında rəydən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən ‘‘Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” Ərizəçi həyat şəraitinin müəyyən edilməsi ilə əlaqədar yerindəaraşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki,azyaşlıların valideynləri “İŞİD” terror təşkilatına üzv olaraq İraq dövlətinə getmişlər. Azyaşlıların atası X2 dövlətinin “İŞİD” terrorçularına qarşı keçirtdiyi antiterror əməliyyatları zamanı öldürülmüş, anaları Pərvin Cahangirova İraq dövlətinin güc strukturları tərəfindən həbs edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin köməyi ilə azyaşlılar 13 may 2016-cı İl təvəllüdlü X12 və 26 mart 2017-ci il təvəllüdlü Bilal Samir oğlu Qafarov Azərbaycana gətirilmişdir. Azyaşlılar 13 may 2016-cı il təvəllüdlü X12 və 26 mart 2017-ci il təvəllüdlü Bilal Samir oğlu Qafarov Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacağında saxlanılır. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” təqdim olunmuş sənədlərlə və işin real vəziyyəti ilə tanış olaraq, azyaşlıların mənafeyindən çıxış etməklə gələcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114cü(1) maddəsinə əsaslanaraq Ərizəçi nəvələri 13 may 2016-cı il təvəllüdlü X12 və 26 mart 2017-ci il təvəllüdlü Bilal Samir oğlu Qafarov üzərində qəyyum təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1357/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, 13 may 2016-cı il tarixdə anadan olmuş X7 və 26 mart 2017-ci il tarixdə anadan olmuş X8 doğumunun qeyd edilmə faktı müəyyən edilərək, 13 may 2016-cı il tarixdə anadan olmuş X7 adının “Əsma”, soyadının “Qafarova”, ata adının “Samir”, doğum yerinin “İraq”, atasının “X6”, milliyyətinin azərbaycanlı, anasının “X3”, milliyyətinin azərbaycanlı və 26 mart 2017-ci il tarixdə anadan olmuş X8 adının “Bilal”, soyadının “Qafarov”, ata adının “Samir”, doğum yerinin “İraq”, atasının “X6”, milliyyətinin azərbaycanlı, anasının “X3”, milliyyətinin azərbaycanlı olduğu qeyd edilməklə həmin uşaqların adına doğum haqqında şəhadətnamələrin verilməsi Maraqlı şəxsnə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, övladınız X4 10 il əvvəl Suriya Ərəb Respublikasına getmiş, hazıradək xəbər ala bilməmiş, övladınızın tapılmasında köməklik göstərilməsi barədə Daxili işlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətə Bakı Şəhər Baş Polis idarəsinin Cinayət Axtarışı İdarəsində iştirakınızla baxılmışdır. Samir Qafarov xx.xx.2014-cü il tarixdə Heydər Əliyev adına X10 çıxaraq Türkiyə Respublikasına getmişdir. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 484652 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyul 1987-ci il təvəllüdlü X4 anası Ərizəçidır. İş materiallarında olan AZ-İV seriyalı 459986 saylı və AZ-İV seriyalı 459987 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, 13 may 2016-cı il təvəllüdlü X7 və 26 mart 2017-ci il təvəllüdlü X8 anası X6, anası X1r. İş materiallarında olan ərizələrindən görünür ki, Ərizəçi Daxili İşlər Nazirliyinə və Qaradağ rayon Polis İdarəsinə müraciət edərək bildirir ki, xx.xx.1987-ci il təvəllüdlü oğlu X4 10 ildir ki, Azərbaycanı tərk etmiş və Azərbaycana qayıtmamışdır. Belə ki, o Suriyaya çıxıb getmiş və bir daha o vətənə qayıtmamışdır. O, bu vaxta kimi onun sağ olması barədə məlumat ala bilməmişdir.Ona görə də xahiş edir ki, onun axtarılmasında ona köməklik göstərilsin. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-19615/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, 27 iyul 1987-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi - 1PM9YW2, seriya və nömrəsi AZE ********) X4 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-19615/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat sistemindən (İAMAS) alınmış çıxarışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra girişinə dair məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası MTN İstintaq Baş İdarəsində istintaq olunan 1185 nömrəli cinayət işi üzrə - 27 iyul 1987-ci ildə Bakışəhərindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.3, 214-3.1 1.3-cü maddələri ilə təqsirləndirilən X6 barəsində 4 ay həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X6 xx.xx.2013cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə Azərbaycan Respublikasının Qaradağ Rayon Məhkəməsindən 6 sentyabr 2024-cü il tarixdə daxil olmuş sorğunuza cavab olaraq bildirilir ki, X6 1233 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.3, 214-3.1 və 283-1.3- cü maddələri ilə Yuxarıda adları qeyd olunan şəxsin dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında Suriya Ərəb Respublikasında və digər ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı olaraq Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında X6 barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar qətnamə qəbul edilmişdir.X5 Xidmətində həmin şəxslərin Suriya Ərəb Respublikası və digər ölkələrin ərazilərində aparılan silahlı münaqişələrdə həlak olmasını təsdiq edən hər hansı məlumat və sənədlər mövcud deyildir. Hazırki mülki iş üzrə ərizəçi məhkəmədən oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazisini tərk edərək Suriyaya getmiş və bir daha geri qayıtmamışdır. Həmçinin, ərizəçi izahatında qeyd etdi ki, oğlunun onunla sonuncu telefon danışığı 2018-ci ildə olmuşdur. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, Samir Qafarov xx.xx.2014cü il tarixdə Heydər Əliyev adına X10 çıxmış və bir daha ölkəyə geri qayıtması barədə məlumat mövcud deyildir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 19615/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir.Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.3, 214-3.1 1.3-cü maddələri üzrə barəsində cinayət işi mövcuddur. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən hesab edir ki, X6 ölmüş elan edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikasının MPM-nin 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçinin oğlu X4 yaşayış yerində onun harada olması barədə 10 ildən çox müddət ərzində məlumat olmadığını, onun uşaqları barəsində qəyyumluq təyin edilməsini nəzərə alaraq xx.xx.1987ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 ölmüş elan edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin X4 döyüşlər zamanı vəfat etməsi isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ərizə şəxsin 2018-ci ilin iyul ayının 20-də İraq Respublikasında döyüşlər zamanı vəfat etməsi hissəsində təmin edilməmlidir. X4 ölüm günü Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün sayılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 ölmüş elan edilsin. X4 ölüm günü hazıki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1612/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1612/2024
06.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver