Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1618/2020 12.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dörd azyaşlı uşağı ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 1 saylı yataqxana 139 saylı otağa köçürülmələri barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2006-cı il tarixdə faktiki nikaha daxil olmaqla, nikahlarını xx xxx 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü İsmayılov Allahverdi Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü İsmayılov Toğrul Rövşən oğlu, xx xxxxxxxx 2012-ci il təvəllüdlü ekiz İsmayılov Əli Rövşən oğlu və İsmayılov Ömrə Rövşən oğlu adlı dörd uşaqları var. Onlar Ağdam rayonundan məcburi köçkün olmaqla, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 1 saylı yataqxanada məskunlaşmışlar. Hal-hazırda nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. İşləri baxılmaq ərəfəsindədir. Cavabdeh xx xxxx 2020-ci il tarixdən onları evdən çıxartmışdır. Hal-hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq kirayədə yaşayır. Cavabdeh isə qaçqın kimi məskunlaşdıqları yataqxanada tək qalır. Onun və uşaqlarının yataqxananın otağında yaşamasına imkan vermir. Halhazırda özünə və övladlarına məxsus əşyalar həmin ünvandadır. Onun və uşaqlarının yaşamağa başqa yaşayış yeri yoxdur. Məcburi köçkün kimi məskunlaşdığı evdə yaşamaqdan məhrumdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, X1 əslən Ağdam rayonundan olsa da, məcburi köçkün deyildir. İddiaçı Ağdam rayonunun Çəmənli kəndindəndir və həmin kənd işğal altında deyil. Ağdam rayonundan məcburi köçkün olan özü və əlil olan qardaşıdır. İddia olunan yataqxanada olan iki otağın ayrı-ayrı giriş qapıları olmuşdur. Otağın birində mərhum anası, digərində isə qardaşı ailəsi ilə birlikdə yaşayırdı. Qardaşı Qarabağ müharibəsi veteranıdır. Həmçinin ürəyinə yaxın nahiyədə qəlpə vardır. Vaxtilə yaralanandan sonra hərbi hospitalda müalicəsini sona qədər davam etdirməmiş, yenidən döyüş bölgəsinə qayıtdığı üçün əlillik dərəcəsi almamışdır. O isə ailə qurduqdan sonra, ailəsi və uşaqları ilə birlikdə həmişə kirayə evlərdə yaşamışdır. Çünki, ailəsinin yataqxana şəraitində yaşamalarını istəməmişdir. Anası yaşlı və xəstə olduğu üçün, ona qulluq edib, vaxtaşırı nəzarətdə saxlamaq üçün qardaşıgilin otağı ilə anasının otağının arakəsməsini də götürmüşlər. Daha sonra qardaşı boşanmış və o, anası və səhhəti qaydasında olmayan qardaşının tək qalmaması üçün ailəsi ilə birlikdə sözügedən yataqxanaya köçmüşlər. Anası 2019-cu ildə vəfat etmişdir. Mübahisə edilən otaqlardan biri mərhum anasının, digəri isə qardaşınındır. O, vaxtilə kirayə evdən çıxıb, müvəqqəti olaraq yataqxanaya yerləşmişdir ki, xəstə anası və qardaşına baxıb qulluq etsin. İddiaçı məcburi köçkün olmaya-olmaya, yataqxanada məskunlaşmaq üçün ona verilmədiyi təqdirdə, hansı əsasla 138 nömrəli otağa köçməyi tələb edir? İddiaçının həmin otağa heç bir hüququ yoxdur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər 2016-cı ildə faktiki, 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından yetkinlik yaşına çatmamış dörd övladları var. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyinin arayışına əsasən iddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yataqxanada məskunlaşmışdır. İddiaçı cavabdehin həyat yoldaşı kimi mübahisəli yataqxana otağına köçmüşdür və otaqda yaşamışdır. Lakin hazırda tərəflər arasında münasibətlər pozulduğundan, cavabdeh iddiaçını və övladlarını yaşadıqları yataqxana otağından çıxarmışdır. İddiaçı övladları ilə kirayədə qalmağa məcbur olmuşdur. İddiaçı hesab edir ki, onun və övladlarının qeyd olunan yataqxana otağında yaşamaq hüquqları cavabdeh tərəfindən pozulur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının və övladlarının qeyd olunan yataqxana otağından həmin otaqda yaşayan digər şəxslər kimi yaşamaq hüquqları var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 4 azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 1 saylı yataqxananın 138 saylı otağna köçürülməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilsin. İddiaçı onun dörd azyaşlı uşağı ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 1 saylı yataqxananın 139 saylı otağına köçürülsünlər. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1618/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1618/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver