Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1622/2020 11.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « mənzildən istifadə hüququnun olmaması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddia ərizəsinin xahiş edirəm hissəsindəki “mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi” hissəsinin “mənzildən istifadə hüququnun olmaması” kimi müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzili qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. Mənzildə onun ailə üzvlərindən başqa bir uzaq qohumu da qeydiyyatda vardır. Cavabdeh o zamanlar Bakıda polisə işə girmək istədiyinə görə ondan mənzilə qeydiyyata düşməyini xahiş etmişdir. O da cavabdehi mənzildə qeydiyyata saldırmışdır. Hazırda cavabdeh ona məxsus evdə qeydiyyatda qalmışdır. Cavabdehin ona məxsus olan mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Həmçinin, bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, cavabdehin həmin mənzildə heç vaxt yaşamadığını, sadəcə qeydiyyat məqsədilə həmin məzilə onu qeydiyyata düşdüyünü, hazırda cavabdehin özünün qeydiyyatdan çıxmağa razı olduğunu, bu halların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclaısnda izahat verərək, iddia tələbini qəbul etdiyini, cavabdehin onun oğlu olduğunu, qeydiyyata düşmək lazım olduğu üçün iddiaçının evinə qeydiyyata düşdüyünü, həmin evdə heç vaxt yaşamadığını, hazırda qeydiyyatdan çmıxmağa razı olduğunu, bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 066092 nömrəli Qeydiyyat Vəsiqəsinin surətinindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və İddiaçı verilmiş, xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 295 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzildə yaşayır və mənzilin mülkiyyətçisidir. Həmin mənzildə qeydiyyatda olan şəxslər içində Cavabdeh da olmaqla, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.1997-ci il tarixdən iddiaçıya məxsus olmaqla, cavabdeh həmin məznildə xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçının ailə üzvi olmamaqla, həmin mənzildə heç vaxt yaşamamış, sadəcə formal olaraq həmin mənzildə qeydiyyata alınmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ailə üzvi olmadığından, habelə cavabdehin mübahisə predmeti olan mənzildə xx.xx.2018-ci il tarixdən qeydiyyatda olduğundan, bununla da tərəflər arasında hüquq münasibətləri məhz 2000-ci il tarixdən sonrakı dövrdə yarandığından hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228.1-228.2-ci maddəsinin tələbləri əsasında həll edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. X4 Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericiliyin təhlilindən aydın olur ki, yaşayış sahəsinə istifadə hüququ buna dair mülkiyyətçi ilə digər şəxslər arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olduqda və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda keçdikdən sonra yaranır. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh həmin mənzildə xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. Həmçinin məhkəmə araşdırması cavabdehin nümayəndəsinin verdiyi izahatı və yazılı ərizəsi əsasında müəyyən olunmuşdur ki, cavabdeh həmin mənzildə ümumiyyətlə yaşamamış, sadəcə formal olaraq qeydiyyata düşmüşdür, hazırda da həmin mənzildən qeydiyyatdan çıxmağa razıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmamış, habelə yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mübahisə predmeti olan yaşayış sahəsinə dair hər hansı istifadə hüquqları yaranmamış, onların həmin yaşayış sahəsində qeydiyyatda olmaları formal xarakter daşımışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla, onun mübahisə predmeti olan mənzilə dair hər hansı istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməli, ödənilmiş10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qətnamə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, A.Qurbanov küçəsi, 15 saylı evin 55 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1622/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1622/2020
11.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver