Məhkəmə qərarları › İş №2(002)-1623/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1623/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Ə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1623/2024 16.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “E.Quliyev adına Sağlamlıq X14 üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) “əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azər baycan Respublikası Təhsil Nazirliyinin K-1718 nömrəli, xx.xx.2019-cu il tarixli Əmrinə əsasən, xx.xx.2019-cu il tarixdən E.quliyev adına Sağlamlıq X14 üşün 9 nömrəli xüsusi internat məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

2. E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəb üzrə xx.xx.2019-ci il tarixli 120№-li əmrdən çıxarışa əsasən, məktəbin 1 şt.v. məktəbin tərbiyəçisi əmək müqaviləsi üzrə öhdəlikləri icra etmədiyinə, müəssisədaxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə xx.xx.2019-cu il tarixdə “Töhmət” verilmişdir.

3. E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəb üzrə xx.xx.2021-ci il tarixli 289№-li əmrdən çıxarışa əsasən, məktəbin 1 şt.v. tərbiyəçisinə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduğuna görə xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 186.2 maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

4. E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2021-ci il tarixli akta əsasən, onların iştirakı ilə internat məktəbinin direktoru Nümayəndə valideyinin yazılı şikayətinə əsasən 7B sinfinin tərbiyəçi müəllimi İddiaçı sinifin şagirdi Cəlalzadə Anarı vurması ilə bağlı məsələni araşdırdıqda M.Ülviyyə antipedoqoji hərəkətlər edərək valideyni və şagirdi təhqir edərək rəhbərliyi və şagirdi hədələyərək özbaşına otağı tərk etmişdir.

5. E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2021-ci il tarixli akta əsasən, məktəbin tərbiyəçi-müəllimi İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icazəsiz və üzrsüz səbəbdən işə 2 saat gec gəlmişdir. Bu hal ilk dəfə baş verməmişdir. M.Ülviyyəyə bu haqda xəbərdarlıq edildikdə isə qışqırbağır salaraq izahat yazmaqdan imtina edir.

6. E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəb üzrə xx.xx.2022-ci il tarixli 369№-li əmrdən çıxarışa əsaəsn, məktəbin tərbiyəçisi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 (altı) iş günü heç bir üzrlü səbəb bildirmədən tam iş günü ərzində iş yerinə gəlmədiyinə görə həmin günlər əmək haqqı ödənilməməsi əmr edilmişdir.

7. E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbin Həmkarlar İttifaqının komitəsinin sədri Sevil Babanlıya həmin məktəbin tərbiyəçimüəlliməsi İddiaçı tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, artıq 30 ildir ki, bu müəssisədə çalışır və bu illər ərzində həmkarlar ittifaqının üzvüdür. Heç bir kömək olmadığı, əhəmiyyətsiz olduğu üçün öz istəyilə həmkarlıqdan xaric edilməsini xahiş etmişdir.

8. E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbiin İLk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclasının 67 nömrəli protokolundan Çıxarışa əsasən, İddiaçı öz ərizəsi ilə Həkarlar İttifaqı Komitəsinin üzvlüyündən xaric edilməsini xahiş etmişdir. Bu əsasla rəyasət Heyəti Ü.X1 Komitəsinin üzvlüyündən xaric edilməsini ATİAHİ Qaradağ rayon komitəsindən xahiş edilməsi qərara alınmışdır.

9. Azərbaycan Təhsil İşçiləri X16 Qaradağ Rayon Komitəsinin xx.xx.2022-ci il tarixli 46№-li məktubuna əsasən, müəssisədə çalışan tərbiyəçi-müəllim İddiaçı öz xahişi ilə ittifaq üzvlüyündən çıxması barədə ərizəsi Rəyasət heyətində baxılmış, müzakirə edilərək onun həmkarlar ittifaqı üzvlüyündən azad olunmasına etiraz edilməmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə kəskin qanqrenoz-perforativ appendissit, yayılmış peritonitlə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Pasiyenitin vəziyyəti “deməsinə görə dörd gün öncə ağrılar başlamış və tədricən artıb. Bu səbəbdən TTY çağırılıb. Aparılmış müalicə: apendektomiya. Qarın boşluğunun sanasiyası və drenə olunması. 11.Bakı şəhəri 103 nömrəli Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli, 234 nömrəli arayışa əsasən, 23 BSX-nın sorğusuna əsasən bildirilmişdir ki, həqiqətən də 27 noyabr 2023-cü il tarixdə saat 10:09-da 21 yaşlı X4 adına çağırış olmuş, çağırışı 20 saylı KYS-nin həkimi Ramin Dadaşov yerinə yetirərək kəskin apendisit peritonitlə diaqnozu qoyulmuşdur. X23 Mərkəzinə hospitalizasiya olunmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Arayışa (Bakı Biznes Kooperasiya Universitetinə təqdim edilmək üçün) əsasən X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər ali məktəbə getməkdən azad edilmişdir.

13. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsi 23№-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0367845№li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı vertebrobazilyar arterial sistem sindromo diaqnozu ilə xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərədək işdən azad edilmişdir.

14. “X22” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0413421№li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xroniki pelionefrit xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərədək işdən azad edilir.

15. E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Aktlara əsasən, tərbiyə işləri üzrə direktor müavini Şahid, UNTR X2, X6, təlim-tərbiyə işləri üzrə direktor müavin əvəzi X5həmin aktları tərtib edərək bildimişlər ki, məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində tam iş günü heç bir üzrlü səbəb olmadan və heç bir məlumat vermədən işə gəlməmişdir.

16. E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbinin tərbiyə işləri üzrə direktor müavini Şahid tərəfindən məktəbin direktoru A.Y.Əsgərivaya ünvanlanmış xx.xx.2023-cü il tarixli Təqdimata əsasən, məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan və heç bir məlumat vermədən işə gəlməmişdir. Bu hal dəfələrlə təkrar olunduğu üçün haqqında ölçü götürməsi xahiş olunur.

17. İddiaçıt Nüsrət qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, səhhəti ilə bağlı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərində üzrsüz səbəbdən işdə olmadığına görə nəzərə alınmasını xahiş etmişdir.

18. Bakı şəhəri 9 nömrəli xüsusi internat məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 112№-li “Əmək müqaviləsinə xitam verilmsi barədə” Əmrə əsasən, İddiaçıt Nüsrət qızı - Məktəbin tərbiyəçisi əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Tərbiyə işləri üzrə d/m Şahid xx.xx.2023-cü il tarixli təqdimatı.

19. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-69/2-M-76-4/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsəsən, E.Quliyev adına Sağlamlıq X14 üçün 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Hüquqlarının pozulduğunu hesab edilirsə, müvafiq qaydada məhkəmə orqanlarına müraciət edə bilər.

20. İddiaçı müraciətinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024-cü il tarixli qərarı ilə «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbin direktoru Nümayəndə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

21. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-884/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Nümayəndə şikayəti təmin edilmiş, X12 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 27 mart 2024-cü il tarixli qərarı ləğv edilərək, Nümayəndə barəsidə İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta hqqında iş üzrə icraata xitam verilmişdir.

22. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı xx.xx.2024cü il tarixli qərardadına əsasən, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş “***-***-**-**” mobil nömrəsinə dair X18 əsasən, həmin nömrə ilə ***-***-**-** nömrəsi arasında 2023-11-28 tarixində telefon danışığı baş tutmuşdur. İddia tələbi

23. İddiaçı cavabdehlər E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının hesablanmaqla ödənilməsi və 3000 manat məbləğində dəymiş mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddia ərizəsi belə əsaslandırılmışdır ki, E.Quliyev adına sağlamlıq X14 üçün 9 saylı Xüsusi İnternat məktəbdə əsasında uzun müddət çalışmışdır. Sonuncu dəfə işlədiyi məktəbə zəng edərək, övladının xəstəxanaya yerləşdirilməsini və bununla bağlı bülleten götürməsini bildirmişdir. Bülletenə çıxdıqdan sonra məktəbə yaxınlaşaraq bülleteni götürməsini bildirmişdir. Bülletenə çıxdıqdan sonra məktəbə yaxınlaşaraq bülleteni təqdim etmək istədikdə məktəbə buraxılmamış və bildirilmişdir ki, onu məktəbdən çıxarılması barədə əmr mövcuddur. İşə buraxılmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinə şikayət etmiş və cavab olaraq bildirilmişdir ki, 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin ç bəndinə əsasən xitam verilməsinə dair cavab məktubu almışdır. Hal-hazırkı müddətə qədər əmək kitabçası və əmr nə rəsmi nə də poçt vasitəsi ilə iddiaçıya təqdim olunmamışdır. İddiaçı Mediasiyaya müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh iştirak etməmiş və hərəkəti ilə bağlı iddiaçı Əmək Müfəttişliyinə müraciət etmiş və əmək müfəttişliyi tərəfi inzibati qaydada cərimə edilməsini bildirmişdir və qərarı məhkəmə prosesinə qədər təqdim edəcəklərini bildirir. İddiaçı uzun müddətdir həmin məktəbdə çalışır və barəsində əmr qəbul edilərkən bülletendə olmuş və bülleten götürmə səbəbi övladının əməliyyat olunması ilə əlaqədar olmuşdur. Bunu təsdiq edən sənədlərin surəti iddia tələbinə əlavə olunur. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçının səhhətində problemlər yaranmış və təhqir olunmasının nəticəsi olaraq mənəvi ziyan dəymişdir. Bu əsaslada cavabdehdən 3000 manat mənəvi ziyan istəyir. İddia müddətinin tətbiqi barədə ərizə:

25. Cavabdeh E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbinin direktoru Nümayəndə məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizəni bununla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi müddətdən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq "emrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə" məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, bu müddət bir ay təşkil edir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Ərizə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi, Mülki Məcəllənin 372.1-ci; 377.1-ci və 375.2-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı ilə əsaslandırılmışdır.

26. Qarşılıqlı iddia ərizəsi və etiraz verilməmişdir.

27. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, E.Quliyev Adına Sağlamlıq X14 Üçün 9 №-li Xüsusi İnternat Məktəbində 30 ildən artıq işləyib. Yeni direktor gələndən sonra münasibətləri pisləşmiş, nəticədə direktor onu işdən çıxarmaq üçün bəhanələr axtarmağa başlamış, ona çoxsaylı intizam tənbehləri vermişdir. Əmrin verilməsinə əsas onun üç iş günü işə getməməsi olmuşdur. İşə getməməsinin səbəbi oğlunun xx.xx.2023-cü il tarixdə qəfil başlayan apendisit partlaması təhlükəsi olmuşdur. Sadəcə bir oğlu var, universitet tələbəsidir. Həmin səhər işə getməyə hazırlaşdığı vaxt oğlu Nurlanın kəskin ağrıları tutmuş, o və yoldaşı təcili yardım çağırmış və dərhal xəstəxanaya aparmış, orada uşaq təcili əmliyyat olunmuşdur. Xəstəxanada apendisit əməliyyatı olan oğlu universitetdən müəyyən tarixlərdə azad edilməsinə dair bülleteni vardır. Bütün tibbi sənədlər onun həmin tarixlərdə xəstəxanada oğlunun yanında olmasını təsdiq edir. Oğlu ilə birlikdə bir həftə xəstəxanada qaldığı üçün onun işə gəlməyə fiziki imkanı olmamışdır. Həmin günün səhəri günü, yəni xx.xx.2023-cü ildə oğlunun əməliyyatı uğurla başa çatıb bir az yaxşılaşandan sonra isə məktəbin direktor müavini, baş tərbiyəçisi Şahid ilə telefon vasitəsilə əlaqə saxlayaraq vəziyyəti bildirmiş, hansı səbəbdən işə gəlməməsini izah etmişdir. Özünün nömrəsi ***-***-**-**-dür. 27 noyabrda üstündə telefon olmadığına və oğlu əməliyyat olunduğuna görə məktəbə məlumat verə bilməmişdir. Amma bir gün sonra məktəbə məlumat vermişdir. 2023-cü ilin noyabr ayının 28-də məktəbin baş tərbiyəçisi Şahid üç gün işə gələ bilməyəcəyini demişdi. Məktəbin direktorunun da oğlunun kor bağırsağından əməliyyat olunmasından məlumatı var idi, buna baxmayaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərək onun bütün əmək fəaliyyətinə zərbə vurmuşdur. 27, 28 və 29 noyabr 2023-cü il tarixlərdə işdə olmamışdır. 04 və 05 dekabr 2023-cü il tarixlərdə isə işdə olmuşdur. İşə çıxanda direktor ona məcburi izahat yazdırmışlar. Həmin izahatı rəhbərliyin təkidi ilə yazmış və orada da səhhəti səbəbindən işə gəlmədiyini qeyd etmiş, nəzərə almalarını xahiş etmişdir. Bütün bunlara dair audio-video yazılar var, məktəbdən sorğu verib almaq olar. Həmin tarixdə də onu zorla, mühafizəçi vaitəsilə “dartıb sürüyərək” məktəbdən uzaqlaşdırdılar. Əmək kitabçasını və əmri hələ də əldə etməmişdir. Direktor işdən çıxarılmağı ilə bağlı ona heç bir bildiriş və ya xəbərdarlıq göndərməmişdir. İşə əlavə edilmiş qəbzi o imzalamayıb, məlumatı yoxdur. Nə də ki, ona əmək müqaviləsinin ləvi barədə əmrin poçt vasitəsilə göndərilməsinə dair razılıq verməmişdir. Odur ki, işdən xəbərdarlıq edilmədən çıxarılmağı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə, eləcə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişdir. X12 Xidməti internat məktəbini son haqq hesab ödənilməməsinə və sənədlər təqdim etməməsinə görə cərimələmişdir. Direktor digər müəllimlərə də eyni münasibəti göstərir. Bütün müəllimlər onun əlindən bezib. O, məktəbdə özbaşınalıq edir. Afaqət xanım bir dəfə iclas keçirirdi. O da şagirdləri yalnız qoya bilmədiyinə görə iclasda iştirak edə bilmədi. Direktor buna görə ona şiddətli töhmət verdi. Həmkərlar İttifaqı işdən çıxarılan zaman onu müdafiə etmədi. Öz ərizəsi ilə həmkarların üzvlüyündən ayrılmasının səbəbi illər ərzində onun müdafiəsində durmamaları olmuşdur. Bütün bunlardan əlavə qeyd edir ki, işə digər işçilərdən qabaq gəlir, bütün işçilərdən sonra gedir. Onun tərəfindən davamiyyətin pozulması halları olmamış, həmçinin 30 il ərzində onun barəsində belə intizam tədbirləri olmamışdır. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Cavabdeh E.Quliyev adına Sağlamlıq X14 üçün 9 №-li Xüsusi İnternat Məktəbinin direktoru Nümayəndə 22 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının məktəbdə həftədə 3 iş günü varbazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri. İddiaçı 27, 28 və 29 noyabr, yəni iş günlərində işdə olmayıb. Bununla bağlı da onlara heç bir məlumat verməyib. İddiaçı xüsusi tərbiyəyə ehtiyacı olan 12 şagirdi heç kimə məlumat vermədən tək qoyub çıxıb gedib. İddiaçıya əvvəllər də töhmət və xəbərdarlıq verilib. Müəllimlərin davamiyyət jurnalı var. Hər müəllim işə gələn zaman onu imzalayır. Həmin günlərdə iddiaçının imzası yoxdur. 4 dekabrda iddiaçı məktəbə gəldi. Onlar bu zaman ondan üzrsüz səbəbdən işdə olmaması ilə bağlı hər hansısa sənədi təqdim edəcəyini gözlədilər. Amma o, heç bir sənəd etmədi. O, isə 4 dekabrda onun əmək müqaviləsinə xitam verdi. 6 dekabrda iddiaçı bülleten götürdü. Onun əmək müqaviləsinə xitam verilməsi barədə sənədi, əmək kitabçasını sürətli poçtla göndərib. Sürətli poçtla göndərişə görə 4 manat ödəniş edib. Hesab edir ki, poçt göndərişinin iddiaçıya çatmaması və ya qəbul edilməməsi halında artıq cavabdehin öhdəlik daşımır. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatı olub və bir aylıq müddəti ötürüb. Məktəb iddiaçıya son haqq-hesab gec verildiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən cərimə edilib. İddiaçıya son haqq-hesabın gec verilməsində məktəbin təqsiri olmayıb. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinə iddiaçıya son haqq-hesabın verilməsi ilə bağlı məlumat vermişdi. Məktəb büdcədən maliyyələşən qurum olduğuna görə iddiaçıya son haqq-hesabı özü verə bilməz. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə sənədi, əmək kitabçasını sürətli poçtla göndərib. İddiaçı məktəbdə cinayət əməlləri törədib. Üç gün işdə olmayıb. Fiqurə xanım sinif rəhbəridir. İddiaçı iddia müddətini ötürüb. Onun iddiaçının oğlunun xəstə olması ilə bağlı məlumatı olmayıb. İddiaçı da bu barədə ona heç nə deməyib. O, onun oğlunun xəstə olmasını sonradan öyrənib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətindən gələn məktubda iddiaçının oğlunun əməliyyat olunduğu qeyd edilib. Son haqq-hesab pulu iddiaçının kartına yüklənib. İddiaçı işə gələ bilməyəcəyi barədə məktəbdə heç kimə məlumat verməyib. Məktəbin bundan xəbəri olmayıb. Keçən ilin dekabr ayının 26-da sənədi imzalayıb, qəbul edib. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

30. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini Bakı şəhəri üzrə Təhsil İdarəsinə aid olan hissədə qəbul etmir, belə ki, işdən çıxarılma və işə bərpa ilə bağlı əməliyyatlar nümayəndəsi olduğu orqan tərəfindən yerinə yetirilməmişdir. Digər cavabdehə aid hissədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. İddiaçı onlara xx.xx.2023-cü il tarixdə müraciət etmişdir, hesab edir ki, ən azı həmin müraciət etdiyi tarixdən iddiaçının hüquqlarının pozulduğundan məlumatı olmuşdur.

31. Cavabdeh E.Quliyev adına Sağlamlıq X14 üçün 9 №-li Xüsusi İnternat Məktəbinə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh E.Quliyev adına Sağlamlıq X14 üçün 9№-li xüsusi İnternat məktəbinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

33. 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

34. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

35. 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

36. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

37. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

38. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

39. 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

40. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

42. 84-сü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

43. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

44. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

45. 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;

46. 292-ci maddəsinə əsasən, işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

47. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

48. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

49. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

50. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

51. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

52. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

53. 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.

54. 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.

55. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

56. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

57. 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

58. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

59. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

60. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

61. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

62. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

63. 54.1-ci maddəsinə gör, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

64. 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

65. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

67. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

68. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

69. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının:

71. 6.1-ci bəndinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir.

72. 6.2-ci bəndinə əsasən, işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

73. 6.3-cü maddəsinə əsasən, işçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı:

74. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı:

75. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar...Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı:

76. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur;

b) Əsaslandırma

77. İddia qismən əsaslıdır.

78. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbində uzun illər tərbiyəçimüəllim işləmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixli 112№-li Əmri ilə onunla olan əmək müqaviləsinə əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış xitam verilmişdir.

79. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verildiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbi İddiaçı 3 iş günü ərzində heç bir məlumat vermədən işə gəlməməsi səbəbindən onunla əmək müqaviləsinə əsaslı olaraq xitam verildiyini bildirilmiş və eyni zamanda, iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddianın rədd edilməsini xahiş etmişdir.

80. Məhkəmə ilk növbədə iddia müddəti ilə bağlı ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, işin mübahisəsiz halına görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə xitam verilmiş, həmin tarix işçinin son iş günü olmuş, həmin tarixdə iddiaçı işdə olmuş və işə gəlməməsinin səbəbləri barədə izahat vermiş, lakin iddiaçıya əmək kitabçası və son-haqq hesab sənədləri, eləcə də, əmək müqaviləsinə xitam verilməsi barədə əmr sonuncu iş günü təqdim edilməmişdir.

81. Bu fakt cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktoru tərəfindən məhkəmə iclasında inkar edilməmiş, əksinə həmin sənədlərin iddiaçıya sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərildiyi bildirilmiş, həmin poçt zərfi iş materiallarına əlavə edilmişdir. Cavabdeh hesab edir ki, sənədləri poçtla göndərərək işəgötürən kimi öz üzərinə düşən öhdəliyi icra etmişdir, fərdi əmək mübahisəsi üçün 1 aylıq iddia müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır, iddiaçı isə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həmin müddəti ötürmüşdür.

82. Cavabdeh göstərilən məktubu heç vaxt almadığını, poçt zərfindəki üstü xətlənmiş yazının onun tərəfindən icra edilmədiyini, onun imzasının və xəttinin başqa cür olduğunu bildirmiş; xx.xx.2023-cü il tarixdə işdə olmasına baxmayaraq ona əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilmədiyini, onun məcburi şəkildə rəhbərliyin tapşırığı əsasənda, mühafizə tərəfindən məktəbin ərazisindən uzaqlaşdırıldığını qeyd etmiş, eyni zamanda poçt vasitəsilə əmək kitabçasının və digər sənədlərin göndərilməsinə dair işəgötürənə razılıq vermədiyini bildirmişdir.

83. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə həm işəgötürən tərəfindən xitam verilməsi qaydası və rəsmiləşdirilməsi, eləcə də, fərdi əmək mübahisəsinə dair iddia ilə məhkəməyə müraciət etmə müddətinin başlanğıcı əmək qanunvericiliyinin müvafiq normaları ilə konkret tənzimlənməklə, həmin normalar (ƏM 296-cı maddə 3-cü hissə; 83cü maddə 1-ci hissə; 83-cü maddə 2-ci hissə; “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 6.1-ci bənd) hüquq subyektləri üçün konkret davranış qaydası müəyyən edən (alternativ davranış qaydasına yol verməyən) imperativ normalardır.

84. Həmin normaların tələbinə görə, əmək müqaviləsinə xitam verilməsi günü işçinin sonuncu iş günü olmalı və həmin gün işçiyə əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) surəti təqdim edilməlidir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

85. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 6-cı maddəsi əmək müqaviləsi xitam edildikdə işçiyə əmək kitabçasının verilməsi məsələsini tənzimləyir. 6.2-ci bəndə əsasən, işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

86. Göstərilən normaları təfsir etsək, ilk olaraq normativ qaydanın birbaşa və əks mənalarının müəyyənləşdirilməsi nəticəsində aydın olur ki, hüququn pozulmasının müəyyən edildiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının verildiyi gündür – həmin sənədlər işçiyə təqdim edilmədikcə hüququn pozulması aşkar edilməmiş sayılır. İşçi son iş günü işdə olmadıqda əmək kitabçası ona poçt vasitəsilə göndərilir - son iş günü işdə olduğu halda göndərilə bilməz. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir – işçinin razılığı olmadıqda əmək kitabçası poçt vasitəsilə göndərilə bilməz.

87. Təfsirin digər mərhələsində təhlil edilən qaydanın daha üstün hüquqi qüvvəyə malik olan hüquq qaydalarına zidd olub-olmamasını müəyyənləşdirdikdə, həmin qaydanı müəyyən edən normaların eynilik təşkil etdiyi aydın olur.

88. Nəhayət növbəti mərhələdə, qaydanın hüquqi funksiyasını, yəni hansı ehtiyacı qarşılamaq üçün nəzərdə tutulduğunu müəyyən etdikdə məhkəmə qeyd edir ki, hüququn pozulmasının işçi tərəfindən aşkar edilməsi gününün əmrin verilməsi ilə şərtləndirilməsi zamanı qanunverici, xüsusilə işə bərpa tələblərində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsasları ilə işçinin tanış olması, daha sonra iddia və müdafiəsini bu əsaslar üzərində qurmasını təmin etmək məqsədilə normanı məhz həmin formada müəyyən etmişdir.

89. Odur ki, məhkəmə əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin işçiyə göndərilməsi barədə işəgötürənin təqdim etdiyi poçt zərfinə münasibət bildirərək qeyd edir ki, həmin əmrin poçtla göndərilməsi barədə tərəflər arasında razılıq olmamış, işçi İddiaçı bununla bağlı razılığını bildirməmiş, işəgötürən tərəfindən qeyd edilən sənədlər sonuncu iş günü işçiyə rəsmi qaydada təqdim edilməsi barədə sübutlar təqdim edilməmiş, işəgötürən əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini işçiyə məhz sonuncu iş günü təqdim etməməsinin ağlabatan səbəblərini bildirməmiş, işçinin son iş günü işdə olmasına baxmayaraq, hansı səbəbdən həmin sənədləri poçt vasitəsilə göndərməsini işəgötürən əsaslandırmamış və ya işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini qəbul etməkdən imtina etməsi ilə bağlı hal müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməmişdir.

90. Əlavə olaraq, işə əlavə edilmiş həmin poçt zərfi vasitəsilə göndərilmiş məktubun surəti təqdim edilməmiş, nəticədə həmin zərf vasitəsilə hansı məlumatın göndərilməsi müəyyən edilməmiş, zərf vasitəsilə göndərilməsi iddia edilən əmr və əmək kitabçasının İddiaçı tərəfindən imzalanmaqla qəbul edilməsi barədə xəbərnamə təqdim edilməmiş, iddiaçı həmin zərfi ümumiyyətlə görmədiyini bildirmiş, eləcə də, zərfdə üzərindən xətlər çəkilmiş “Mahmudova sözü və imza”nın vizual baxışla (iddiaçının işdə olan imzası və yazdığı ərizə ilə müqayisə etdikdə) iddiaçıya aid olmaması aydın olur.

91. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitamla bağlı müvafiq sənədlərin poçt vasitəsilə göndərilməsi əsasları (işçinin son iş günü işdə olmaması və öz razılığı) hazırkı işdə yaranmadığından; cavabdehin təqdim etdiyi poçt zərfi əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilmədiyindən cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbi həmin sənədlərin işçiyə təqdim edilməsi ilə bağlı sübutetmə yükünü yerinə yetirmədiyi üçün müddətin tətbiqi barədə verdiyi ərizə təmin edilə bilməz.

92. Məhkəmə - cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixdə hazırkı məsələ ilə bağlı şikayət etməsi və hüququnun pozulmasını ən azı həmin tarixdə bilməsi dəlilinə - münasibət bildirərək qeyd edir ki, nə qədər ki, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib, nə mediasiya sessiyasının nəticələri barədə müvafiq arayışın (protokolun) verilməsi tarixindən, nə də ki, işçilərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət orqanlarına edilmiş şikayət və ya müraciətlər ilə “işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi barədə” iddia müddətinin axımı başlanmış sayıla bilməz.

93. Məhkəmə iddia tələbin “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən (71-ci maddə), işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

94. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 112№-li Əmr belə əsaslandırılmışdır: İddiaçı ilə əmək müqaviləsinə əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əsas: Tərbiyə işləri üzrə direktor müavini Şahid xx.xx.2023-cü il tarixli təqdimatı. Qeyd edilən təqdimatda göstərilir: Məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan və heç bir məlumat vermədən işə gəlməmişdir.

95. Göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası 70-ci maddənin “ç” bəndi və, onun üç iş günü ərzində işdə olmaması olmuşdur.

96. Əmək Məcəlləsi birbaşa müəyyən edir: bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

97. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aşağıdakı şəkildə formulə edilmişdir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

98. Həmin Məcəllənin 72-ci maddəsində isə göstərilir: aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;...

99. Qeyd edilən normaların təhlilindən aydın olur ki, işgötürən tərəfindən əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya öşəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir.

100. İddiaçının oğlu Nurlan Mahmudovun xx.xx.2023-cü il tarixdə səhər saatlarında təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılaraq kəskin qanqrenoz - perforativ apendisit (yayılmış peritonitlə) diaqnozu ilə əməliyyat edilməsi və xx.xx.2023-cü il tarixədək universitet təhsilindən azad edilməsi barədə iş materiallarına sənədlər təqdim edilmişdir və göstərilənlər işin mübahisəsiz halıdır.

101. Eyni zamanda, iddiaçının vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş İddiaçıya məxsus 050 ***-**-** mobil nömrədən gedən və həmin nömrəyə daxil olan zənglərin X11 aydın olur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəsi arasında əlaqə saxlanılmışdır. ********** mobil nömrəsinin «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktor müavini Şahid aid olması barədə “getcontact” programından əldə edilmiş çıxarışlar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir.

102. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin xitamı barədə sözügedən əmrin verilməsinə əsas olan təqdimatda göstərilən hallar, yəni İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər iş günü olduğu halda tam iş günü işdə olmamasının ağlabatan üzrlü səbəbinin olması aşkardır.

103. Belə ki, oğlunun kifayət qədər ciddi cərrahi əməliyyat keçirməsi səbəbindən iddiaçının bir ana kimi narahatlılıq hisləri keçirməsi, mənəvi bağlılıq nümayiş etdirərək daim övladının yanında qalma arzusu duyması, eləcə də övladının zəruri ehtiyaclarını qarşılamaq üçün onun yanında olması təbii və gözlənilən haldır.

104. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində məhz insan həyatı üçün mənəvi əhəmiyyət kəsb edən bu kimi hallar istisna olaraq müəyyən edilmiş və yaxın qohumunun xəstələnməsi halında bütün iş günü işə gəlməmək işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməmişdir.

105. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112№-li Əmri yaxın qohumunun xəstə olması halında tam iş günü işə gəlməməsinə baxmayaraq, iddiaçının öz əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə, yəni əmək qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş ləğv edilmə əsasları pozularaq qəbul edildiyindən həmin əmr ləğv edilməli, iddiaçı əvəvlki iş yerinə bərpa edilməli və Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla ona ödənilməlidir.

106. İddia tələbinin “3000 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdıraraq müəyyən edir ki, iddiaçı mənəvi zərəri əmək hüquqlarının pozulması ilə əsaslandırmış, bu hüquqların pozulması məhkəmə araşdırması zamanı aşkar edilmişdir. İddiaçı tərəfindən həmin hüquqların bərpa edilməsinə qədər keçən müddətdə onun hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmiş, mənəvi sarsıntı (ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması) halının olmasına isə ehtimal vermək olar.

107. Lakin məhkəmə qeyd edir ki, istənilən hüquq pozuntusunun hüquqi pozulan şəxsin şüurunda mənfi psixi reaksiyaya səbəb olması aşkar haldır və şəxsin mənəvi stres yaşaması (şəxsin yaxınının ölməsi və ya özünün sağlamlığına ziyan dəyməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi istisna olmaqla) bu tələblərin təmin olunması üçün birmənalı əsas ola bilməz.

108. Məhkəmə bununla bağlı qənaətini belə əsaslandırır ki, hüquq pozuntusu nəticəsində mənəvi sarsıntı baş versə belə, bu iddiaların təmin edilməsi üçün həmin pozuntu müəyyən mənəvi dəyərlərə, şəxsin sağlamlıq vəziyyətinə, cəmiyyətdəki statusuna və ya şəxsi həyatına mənfi təsir göstərməli, bu təsirin müəyyən real nəticələri olmalı, həmin nəticələrlə hüquq pozuntusu arasında səbəbli əlaqə olmalıdır. Belə ki, gündəlik həyat fəaliyyətinə insanın reallaşmayan istənilən arzu və planları mənəvi stress və mənfi psixi reaksiyalara səbəb olur.

109. Odur ki, mənəvi sarsıntıya görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün əsas qismində – hüquq pozuntusu aradan qaldırıldıqdan sonra belə bərpası mümkün olmayan mənəvi itkilər, hüquq pozuntusu törədən şəxsin uzun müddət qəsdən və təkidlə davam edən hüquqi zidd hərəkəti çıxış edə bilər.

110. Göstərilən mövqedən çıxış edərək, hüquq pozuntusunun aradan qaldırılmasından sonra iddiaçının bərpası mümkün olmayan mənəvi sarsıntı və məhrumiyyətlər yaşaması halı hazırkı mübahisədə olmadığı üçün məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir.

111. Məhkəmə hesab edir ki, iddiaya cavab verməli olmayan şəxs olduqlarından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə iddia təmin olunmamalıdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi həmin orqanlar tərəfindən həyata keçirilmədiyi, eyni zamanda işə bərpa olunmalı olan orqan qismində çıxış etmədiklərindən, əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə iddiaçının işə bərpa edilməsi həmin cavabdehlər tərəfindən icra edilə bilməz. Nəticə

112. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinə münasibətdə iddia qismən təmin edilməli; cavabdeh E.Quliyev adına sağlamlıq X14ı üçün 9 nömrəli xüsusi internat məktəbinin tərbiyəçi-müəllimi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2023-cü il tarilxi 112 nömrəli əmr ləğv olunmalı; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbində vəzifəsinə bərpa edilməli; iddia qalan hissədə və digər cavabdehə münasibətdə təmin edilməməlidir.

113. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinə münasibətdə qismən təmin edilsin. Cavabdeh «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli, 112№-li “İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə” Əmri ləğv edilsin. İddiaçı «E.Quliyev adına Sağlamlıq X14 üçün» 9 nömrəli xüsusi İnternat məktəbində əvvəlki iş yerinə bərpa edilsin və ona işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar