Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1948/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, əlavə iş saatlarına görə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdehndə Sətəm üzrə menecer vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə və İddiaçı Cavabdehndə Əlavə işlədiyi saatlara görə 3242 (üç min iki yüz qırx iki) manat, yanvar ayının maaşından qalan 884 (səkkiz yüz səksən dörd) manat, fevral ayındakı səkkiz gün üçün 480 (dörd yüz səksən) manat, məzuniyyət pulu üçün 650 (altı yüz əlli) manat, ümumilikdə 5256 (beş min iki yüz əlli altı) manat maddi, 3000 (üç min) manat mənəvi zərər və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 8286 (səkkiz min ii yüz səksən altı) manat Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 07 avqust 2020-ci il tarixdə 137 nömrəli Əmək Müqaviləsi bağlamışdır. Bu tarixdən 07 fevral 2021-ci il tarixə qədər həmin cəmiyyətdə SƏTƏM üzrə menecer vəzifəsini icra etmişdir. 08 fevral 2021-ci il tarixdə iddiaçı heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinin müddətinin bitdiyinə görə xitam edildiyi məlum oldu. Halbuki aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli 137 nömrəli Əmək Müqaviləsinin 2.5-ci maddəsində qeyd edilir ki, Bu əmək müqaviləsində nəzərdə tutulmuş müddətin bitməsinə 2 (iki) təqvim həftəsi qalmış tərəflərdən hər hansı biri müqavilə üzrə əmək münasibətlərinə, müqavilədə nəzərdə tutulmuş müddətdə xitam verilməsi barədə qarşı tərəfə yazılı və ya şifahi formada xəbərdarlıq vermədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Bu barədə iddiaçıya məlum olduqdan sonra qarşı tərəflə aralarında razılaşmağa çalışsada da heç bir nəticə verməmişdir. X8 belə hələ də iddiaçıya təqdim edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aralarında bağlanan əmək müqaviləsində əmək haqqı 450 (dörd yüz əlli) manat göstərilsə də iddiaçı əmək haqqını 1300 (bir min üç yüz) manat təşkil etmişdir. Aradakı fərq iddiaçı nağd formada ödənilmişdir. İddiaçıya yanvar ayı üçün cəmi 416 (dörd yüz on altı) manat əmək haqqı ödənilmişdir. Fevral ayının səkkiz günü isə ödənilməmişdir. Son hesablaşma üçün isə cəmi 300 (üç yüz) manat ödənilmişdir. İddiaçı ilə aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli 137 nömrəli Əmək Müqaviləsinin 4.17-ci maddəsinə əsasən həftənin İ-V günləri, saat l0:00-dan saat 18:00-a qədər, həftənin Vİ günü isə saat 10:00-dan saat 16:00-a qədər iş vaxtı müəyyən olunmuşdur. Amma iddiaçı həftənin 6 günü də, saat 8:00dan saat 18:00-a qədər işləmişdir, yəni faktiki həftədə 14 saat əlavə işləmişdir. Bundan əlavə iş gecə saat 12-ə qədər davam etdiyi hallarda da işdə saxlanılmışdır. İşlədiyi müddətdə bu hal 10 dəfə olmuşdur, yəni 60 saat əlavə işləmişdir (bu barədə sübutlar iddia ərizəsinə əlavə olunur). İşlədiyi müddət nəzərə alınarsa ümumilikdə 424 saat əmək müqaviləsindən əlavə işləmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (direktoru) X5 təqdim etdiyi idda ərizəsinə etiraz məktubuna uyğun izahat verərək bildirdi ki, İddiaçı 2020-ci ilin iyul ayında ofisiə gələrək iş axtardığını, işə qəbul olunması ilə bağlı onu qəbul etməyi xahiş etmişdir. "Cavabdeh" MMC-nin rəhbərliyi mütəxəssizləri ilə birlikə qəbul edərək dinlənilmişdir. Yaxın vaxtlarda qısa müddətli layihə olarsa SƏTƏM mütəxəssisi ki müraciət ediləcəyi bildirilmişdir. Daha sonra 04.08.2020-ci il tarixində vətəndaş İddiaçı ofisə dəvət edərək bir neçə aylıq iş üçün SƏTƏM üzrə mütəxəssisə ehtiyac olduğu, Cəmiyyətin Ştat cədvəli üzrə SƏTƏM üzrə menecerin aylıq vəzifə maşının 450.0 (dörd yüz əlli) manat olduğu bildirilmişdir. İddiaçı bununla razılaşaraq işə qəbul olunması haqqında rəsmi müraciət etdikdən sonra onunla Cəmiyyət arasında 07.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin "c” bəndinə (işin həcmi) davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda) əsasən 137 saylı müddətli əmək müqaviləsi bağlayaraq onu 07.08.2020-ci il tarixdə Cəmiyyətə SƏTƏM üzrə menecer vəzifəsinə işə qəbul etmişlər. İşçi 08 avqust 2020-ci il tarixdə işə başlamışdır. İddiaçı iddia ərizəsində qeyd edilmiş aylıq 1300 manat əmək haqqı alması həqiqəti əks etdirmir, bu cür hallar haqqında məlumat yoxdur. Cəmiyyət tərəfindən İddiaçı belə vəd və ya təklif olmamışdır. Cəmiyyətin mövcud maliyyə vəziyyəti, yerinə yetirdiyi layihələr baxımından real görünmür və praktik olaraq mümkün deyildir. Eyni zamanda Cəmiyyət tərəfindən muzdlu işə cəlb olunan hər biri ilə əmək müqaviləsi bağlanır və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi elektron informasiya sisteminə qeydiyyata alınmasından və bu işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra muzdlu işçilər işə başlayırlar. Cəmiyyət tərəfindən əmək münasibətlərində tam şəffaflığa əməl olunur, muzdlu ödənilən aylıq əmək haqqı tam həcmdə əmək müqaviləsində və "Əmək Müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi"ndə tam əks olunur, muzdlu işçilərə əmək yalnız nağdsız yolla işçinin kart hesabına köçürmə yolu ilə ödənilir. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə əmək müqaviləsinə xitam verilır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçiyə heç bir xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. Lakin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin tərtibatı zamanı mexaniki səhv olaraq 2.5-ci maddədə əmək müqaviləsinin bitməsinə 2 həftə qalmış tərəfə yazılı və ya şifahi formada xəbərdarlıq edilməsi göstərilmişdir. Müqavilə şərtinə uyğun olaraq İddiaçı 2020-ci ilin dakabr ayının ortalarında və 21 yanvar 2021-ci il tarixdı işlədiyi mühəndis və memar heyəti qarşısında şifahi olraq onunla bağlanmış müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda İddiaçı ilə bağlanmış 137 saylı əmək müqaviləsinin maddəsində göstərilmişdir ki, “İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq edilir". İddiaçı Cəmiyyətdə işlədiyi dövrdə əmək müqaviləsində göstərilmiş əmək şəraitində işləmiş, iş saatlarından artıq vaxtda heç bir işə cəlb edilməyərək hər ay üçün əmək müqaviləsində göstərilən əmək haqqı hesablanmış və işçiyə ödənilən məbləğ hər ayın sonunda nağdsiz şəkildə işçinin kart hesabına köçürülmüşdür. Dəmirov bir neçə ay işlədikdən sonra 2020-ci ilin dekabr ayının ortalarında himayəsində olan üzvlərinin çox olmasını bəhanə gətirərək Cəmiyyət rəhbərliyindən qununsuz olaraq əlavə ödəniş tələb etmiş və onunla bağlanmış əmək müqaviləsinin yeni şərtlərlə yenidən bağlanmasın etmişdir. Lakin Cəmiyyət rəhbərliyi tərəfindən Cəmiyyətin maliyyə vəziyyəti nəzərə alınaraq bunun imkan daxilində olmadığı ona bildirilmişdir. Cəmiyyət rəhbərliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq istədyi zaman öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən xitam verilərək işdən azad olmaq üçün müraciət edərək işdən ayrılmaq hüququnun olduğu bildirilmiş, bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqda Cəmiyyət rəhbərliyinin əmək müqaviləsinə xitam verəcəyi barədə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitənədək yeni layihələr üzrə Cəmiyyətin qalib tenderlərdən hər hansı birində onunla bağlanmış əmək müqaviləsi şərtlərinə uyğun iş onunla bağlanmış əmək müqaviləsinin vaxtının uzadılması məsələsinə baxıla biləcəyi haqqında şifahi olaraq məlumat verilmişdir. İddiaçı əmək müqaviləsinin müddətinin uzanması barədə xahişini nəzərə alınaraq, 21.01.2021-ci il tarixində rəhbərlik tərəfindən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra müqaviləsinin müddətinin eyni şərtlərlə uzadılması niyyətində olduğu bildirilmiş, lakin İddiaçı yüksək əmək haqqı və digər ödənişlər tələb edərək razı olmamışdır. Cəmiyyət rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam veriləcəyi barədə 21.01.2021-ci il tarixində İddiaçı ikinci dəfə şifahi xəbərdarlıq edilmişdir. Əmək müqaviləsinin müddəti 07.02.2021-ci il tarixində başa çatmış Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 08.02.2021-ci il tarixindən xitam verilmişdir. İddiaçı fevral ayında işlədiyi 6 iş günü üçün əmək haqqı və istifadə edilməmiş 15 məzuniyyət gününə görə kompensasiya hesablanmış və işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün nağdsız şəkildə işçinin kart hesabına köçürülməklə ödənilmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh hüquqi ünvanın ünvan 1niş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə idda qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 137 № nömrəli əmək müqaviləsinin (kontraktı) 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə, onların qarşılıqlı razılığı ilə 07 avqust 2020-ci il tarixindən 07 fevral 2021-ci il tarixindək müddətli bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 450.00 manat məbləğində əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 17.03.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərlə baxış zamanı bağlanmış müddəti əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 08.02.2021-ci il tarixindən xitam verildiyi, son haqq-hesabın hesablanaraq əmək müqaviləsinə xitam verildiyi gün əmək haqqı bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Həmçinin, təqdim olunmuş iş vaxtının uçotu tabellərindən artıq iş saatlarında işə cəlb edilmədiyi müəyyən edilmişdir. Cavabdeh direktoruna İddiaçı tərəfindən 04.08.2020-ci il tarixdə yazılmış ərizənin surətindən görünür ki, 04.08.2020-ci il tarixindən etibarən cəmiyyətə sətəm üzrə menecer vəzifəsinə (peşəsinə) işə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən İddiaçı 07.08.2020-ci il tarixdə işə qəbul edilmə haqqında 283 nömrəli əmrin surətindən görünür ki, 07 avqust 2020-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsniə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “c” bəndinə əsasən (işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma işlərinin aparılması) 07 fevral 2021-ci il tarixədək cəmiyyətə müddətli SƏTM üzrə menecer vəzifəsinə işə qəbul edilməsi və işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 450 (dörd yüz əlli) manat məbləğində əmək haqqı verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Cavabdeh tərəfindən işə götürən X5 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi 24.07.2020-ci il tarixli xxxxxxx000500 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cavabdeh 08 fevral 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə K- 389/X nömtəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Sətəm üzrə meneceri İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 08 fevral 2021-ci il tarixindən tutuduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 137 saylı 07 avqust 2020-ci il tarixli əmək müqaviləsinə 08 fevral 2021-ci il tarixdən xitam verilməsi, işçinin 08 avqust 2020-ci il tarixindən 08 fevral 2021-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş 15 (on beş) məzuniyyət günü üçün pul əvəzi qanunverciliyə uyğun şəkildə hesablanaraq ödənilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə 08.02.2021-ci il tarixdə xitam verilmişdir. Cavabdeh MMC-nin əmək haqqı cədvəllərindən çıxarışa əsasən işçi İddiaçı Cavabdeh MMC-də işlədiyi dövürdə hesablanmış əmək haqqı haqqında arayışdan görünür ki, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2020-ci il, yanvar, fevral 2021-ci il tarixinə qədər aylıq 450 (dörd yüz əlli) manat məbləğində aylıq əmək haqqı ödənilməklə ümumilikdə 3.150,00 (üç min yüz əlli) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı hesablanmış son haqq-hesab barədə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanının hesablanması ilə bağlı işçinin 30 gün əsas və 2 gün əmək stajına görə əlavə məzuniyyət götürmək hüququ olmuşdur. İşçi iş ili ərzində 5 ay (sentyabr 2020-yanvar 2021) və 2020-ci ilin avqust ayının yarısından çox hissəsini işləmişdir. Məzuniyyət günlərinin sayı olacaqdır. 30 gün/12 ay x 6 ay=15 gün, işçi 12 aydan az işlədiyi üçün işçinin faktiki işlədiyi tam 5 ayın əmək haqqı 2.250.000 manat, orta aylıq əmək haqqı=2250.00 manat/5=450.00 manat, bir günlük əmək haqqı=450.00/30.4=14.803 manat, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya =15 gün x 14.803 manat=222.04 manat fevral ayı üçün hesablanmış əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın cəmi 343.40 manat (121.36 manat + 222.04 manat) olmuşdur. Tutulmalardan sonra işçiyə ödənilməli olan 313.41 manat məbləğ əmək müqaviləsinə xitam verildiyi gün nağdsız şəkildə kart hesabına köçürülməklə ödənilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə 07.08.2020-ci il tarixdə 283-K nömrəli əmrə əsasən Cavabdehnə SƏTƏM üzrə menecer vəzifəsinə işə qəbul edilmiş və 08.02.2021-ci il tarixdə k-382 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “Anka”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 avqust 2020-ci il tarixdə 137 nömrəli müddətli əmək müqaviləsi əsasında Sətəm üzrə menecer təyin edilmişdir. 08.02.2021-ci il tarixdə K-389/X nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilə müddəti bitdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müəyyən edilmiş qaydada 08 fevral 2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğu üçün 08 fevral 2021ci il tarixli əmrin ləğv edilməsini və müddətsiz əmək müqaviləsi bağlanmasını, ötürülmüş aylar üçün əmək haqqının ödənilməsini tələb etməkdədir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “B” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması müqaviləsinə xitam verilməsinin əsasları sırasında qeyd edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Sadalanan əsaslardan göründüyü kimi müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. İşin hallarından göründüyü kimi müqavilə müddəti bitdikdən sonra “Anka”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 fevral 2021-ci il tarixli K-389 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müəyyən edilmiş qaydada 08 fevral 2021-ci il tarixdən xitam verilmişdir. Eyni zamanda iddiaçının iş saatlarından artıq işə cəlb edilməsilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş vaxtından artıq iş saatlarında əlavə işə cəlb edilməməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.03.2021-ci il tarixli **********1 nömrəli məktubunda da təsdiqini tapır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, əlavə iş saatlarına görə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1948/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1948/2021
07.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Ə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver