Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5408/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh (üçüncü şəxs N nömrəli hərbi hissə) işə bərpa, məcburi işburaxma, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh (üçüncü şəxs N nömrəli hərbi hissə) işə bərpa, məcburi işburaxma, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işə (MAHXE qismində xidmətə) bərpa olunmağı; işdən (MAHXE qismində xidmətdən) qanunsuz və əsassız xaric edilməyi (məcburi isburaxma) səbəbindən ilkin olaraq həbsə alındığı 23.05 2020-ci il tarixdən bu günədək orta aylıq əmək haqqı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun, onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməyi ilə bağlı məhrumiyyətlər, müavinə və müalicələr səbəbilə, məruz qaldığı maddi və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat həcmində kompensasiyanın, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ona hüquqi vardım göstərilməsi üçün xərclədiyi 550 (beş yüz əlli) manat, mediasiva xərci olara ödədiyim 50 manat, cəmi 72875 (yetmiş iki min səkkiz yüz yetmiş beş) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi, Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin, Sumqayıt Hərbi Prokurorluğunun, Bakı Hərbi Məhkəməsinin səhvi və ya sui- istifadəsi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi, yaxud həbsdə saxlanıldığı üçün həmin qurumların ondan yazılı surətdə üzr istəmələri, məcburi işburaxma (xidmət) müddətinin əmək stajına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPMnin 153-cü maddəsinə əsasən, iddianı qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 769 saylı Hərbi hissənin komandirinin 24 may 2020-ci il tarixli 138 saylı əmri ilə müddətdən artıq həqiqi hərbi qulluqçu çavuş olaraq xidmətə uygunsuszluğa görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə görə bu məcəllə hərbi qulluqçulara şamil olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq 769 saylı Hərbi hissənin komandirinin 24 may 2020-ci il tarixli 138 saylı əmrinin ləğvi üçün həmin hərbi hissəyə müraciət etməli, imtina aldığı, qərar və hərəkətlərini mübahisələndirməli olduğu halda isə, iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi iddiaçı düzgün olmayaraq ümumi məhkəməyə müraciət etmişdir. Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddialardan biri də, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialardır. (məcburetmə haqqında iddia); Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyətı inzibati orqanın qərar və hərəkətindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh (üçüncü şəxs N nömrəli hərbi hissə) işə bərpa, məcburi işburaxma, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyətı üzrə müvafiq inzibati orqanın qərar və hərəkətindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5408/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5408/2022
29.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Ə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver