Məhkəmə qərarları › İş №2(004)-2663/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2663/2024

25.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Ə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2663/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı ilə məhkəməyə müraciət edərək əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində tələbinin nə olduğunu aydın bildirməmiş, iddia ərizəsinin forma və məzmununa riayət etməyərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində tələbinin nədən ibarət olduğunu dəqiq göstərməmişdir. Belə ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “ Mən İddiaçı ilə Cavabdeh rəhbərliyi arasında olan əmək mübahisəsinin araşdırılması, kollec rəhbərliyi tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd mənə təqdim olunmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirəm ki, Cavabdeh direktoru İsrayıl İsgəndərov tərəfindən 2023/2024-cü tədris ili üçün 2023-cü tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, tədris ilinin sonuna qədər olan ödənilməmiş aylıq əmək haqqımı, müavinətlərimi və son haqq hesabımı ödəməlidir. Həmçinin hesab edirəm ki, cavabdeh Kollecin direktoru İsrayıl İsgəndərov tərəfindən qanunsuz işdən çıxarıldığıma görə cavabdeh mənə işdən çıxarıldığım günün sonrakı günündən yəni 15 sentyabr 2023- cü il tarixdən başlayaraq işə bərpa olunduğum günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə 1% ödəncin ödənilməsi, elmi-pedaqoji şurada direktorun şəxsən üzr istəməsi, şöbə müdiri vəzifəsinə bərpa olunmağım, mediasiya xərcləri və dövlət rüsumları, həmçinin mənə vurduğu maddi və mənəvi zərərin 5000 (beş min) Azn məbləğində cavabdeh tərəfindən mənə ödənilməsi, İstehsalat təliminin təşkili və medodikası fənni üzrə dərs yükünün özümə qaytarılması, barədə qətnamə qəbul edəsiniz.” qeyd olunmuşdur. Bundaən əlavə, iddiaçının tələbi əmək münasibətlərindən yaranan tələb ilə bağlıdır. Tələbin “elmi-pedaqoji şurada direktorun şəxsən üzr istəməsi” isə hazırki əmək münasibətləri ilə birlikdə baxıla bilən tələb deyildir. Eyni zamanda iddiaçı cavabdehdən maddi və mənəvi zərərə görə 5000 manat pul tələb etsə də, həmin məbləğin hansı hissəsinin maddi və hansı hissəsinin mənəvi zərər üzrə pul tələbi olduğunu qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən-ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Prossesual normanın tələblərindən müəyyən olunur ki, qanunverici iddia ərizəsini adi ərizələrdən fərqləndirmiş, bu ərizə növünün mümkünlüyünü onun qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməsi ilə də, bağlı etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuşdur və ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 71,60 (yetmiş bir manat altmış qəpik) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar