Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1634/2022 08.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və tərcüməçinin, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,10 saylı mənzilinə köçürülməklə,həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı,Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,ev 10 ünvanında qeydiyyatdadır.Mənzildə özündən başqa mərhum atası X5 qeydiyyatdadır.Mərhum atası X5 ilə o Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,ev 10 ünvanında qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır.Lakin,analığı atası vəfat etdikdən sonra onu evdən qovdu,qoymadı orada yaşamağa.Onun həmən mənzilə qeydiyyatı olsa da,cavabdeh nə o,mənzildə yaşamış nədəki,o mənzilə qeydiyyatdadır.Cavabdeh Qradağ rayonu,Lökbatan qəsəbəsi,Nizami küç.,ev 25,mənzil 23 ünvanında qeydiyyatdadır və orada yaşayır.Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,ev 10 ünvanına kilid vurub onu qoymur ki,gedib halalca ona məxsus evdə yaşasın.Qalmışdır qohum qardaşının evində.İndi onlarda ondan beziblər.Artıq getməyə yeri yoxdur atasından qalmış evə köçüb yaşamaq istəyir.Atası vəfat etmiş,analığının isə onun üzərində və ya əmlakın üzərində heç bir hüququ yoxdur.Buna baxmayaraq o hal-hazırda öz evində yaşaya bilmir.Cavabdehin şər böhtan atmasından çəkinir.Bu səbəbdən məhkəməyə müraciət edərək,məhkəmə qaydasında onun mənzilə köçürülməsi və onun mənzildən istifadə etməsi qaydasının müəyyən edilməsi barədə qərar verilməsinə dair müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında həmin evin atasına işlədiyi yerdən verildiyini, lakin sənədlərin hamısı cavabdehdə olduğunu, həmin evin atasına 1967-ci ildə verildiyini, həmin ildən 2000-ci ilə kimi atasının vəfat etdiyi ilə kimi o evdə yaşadığını, cavabdehlə atasının 1974-cü ildə evləndiyini, atası vəfat etdikdən sonra isə cavabdehlə o evdə yaşamaq mümkün olmadığından, evdən çıxıb kirayələrdə yaşadığını, dəniz kənarında balıqçılıqla məşğul olaraq həmin yerdə daxma kimi tikilidə yaşadığını, evə ehtiyacı olsa da, cavabdehlə mübhaiəsləri yaranmasın deyə evə gəlib yaşamadığını, lakin sonradan bilmişdir ki, cavabdeh başqa evdə yaşayır, həmin ev boş qalıb, açarları ondan istəmiş ki gedib həmin evdə yaşasın, lakin cavabdeh ona açarları verməmiş, ona həmin evdə yaşamağa imkan verməmişdir, halbuki həmin evə onun ehtiyacı var cavabdehin ehtiyacı yoxdur, hazırda da çöldə qalanın o olduğunu, ona lazımdır ki yaşamağa yeri olsun, cavabdeh razı olsun açarları versin o köçüb yaşasn, başqa nəsə istəmədiyini, indiyə kimi ona o qədər güzəşt edibdir, indi də o ona güzəşt etsin, ondan mal-mülk istəmədiyini, sadəcə yaşamağına icazə verməyini istədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin evin iddiaçının atasına 1967-ci ildə işlədiyi yerə görə verildiyini, atası ilə onun 1974-cü ildə evləndiyini, həmin evə gəlin köçdüyünü, həmin evə gedərkən artıq evin hazır olduğunu,iddiaçı da həmin evdə yaşadığını, sonra yaşamayaıb o evə gələndə iddiaçının orda yaşadığını, lakin sonradan iddiaçının atası öldükdən sonra o və uşaqları o evdə yaşayıb, hazırda da o evdə yaşamadığını, çünki evdə oğurluq hadisəsi olmuş, ev pis bir vəziyyətə düşmüşdür, evdə yaşamaq mümkün olmadığından, başqa evə köçdüyünü, evin açarlarının onda olduğunu, evin kommunal xərclərinin hamısnın özü tərəfindən ödənildiyini, həmin evin Şamilin olduğunu, lakin sənəd düzəldirmədiyini, həmin evin sənədinin hazırda olmadığını, Familin onun oğlu olduğunu, hazırda Rusiyada olduğunu bildirərək, iddiaçının o evdə heç bir haqqı olmadığından onun o evə köçüb yaşamasını istəmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,öz izahatında mübahisəli evin cavabdehin ərinə məxsus olduğunu, ərinin sahibliyində olduğunu, əslində evə dair sənəd mövcud deyildir, əri öldükdən sonra isə cavabdehin sahibliyində olmuş, cavabdeh həmin evdə oğurluq hadisəsi baş verənə kimi yaşamış, daha sonra oğurluq hadisəsi baş verdiyindən, ev çox pis bir vəziyyətə düşmüşdür, ona görə də, başqa evə köçüb yaşamış, ancaq bu evə də gedib-gəlmiş, həmin evdə əşyaları bugündə orda yerləşir, cavabdeh 1993-cü ildən başqa evdə pasport qeydiyyatındadır,lakin bu ev cavabdehin sahibliyindədir,lakin onunla bağlı heç bir sənədi yoxdur, iddiaçının həmin evə köçüb yaşamasını istəmir,həmin əmlak iddiaçıya məxsus əmlak deyildir, onun atasının sahibliyində olub, o evdə yaşamır, iddiaçı həmin evdə yaşamır, ona görə də hesab edir ki, onun həmin evə köçüb yaşaması və istifadə hüququnun tanınması əsassızdır, bu halların alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsixx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi onların balansındadır, lakin həmin evlə bağlı onlarda heç bir sənəd mövcud deyildir, həmin evdə iddiaçı pasport qeydiyyatındadır, ev iddiaçının atasının sahibliyinə verilmiş, ev hansı əsasla necə verilib atasının sahibliyinə ona dair də sənəd hazırda onlarda mövcud deyildir, adətən iş yerindən həmin evlər növbəlilik əsasında məktub əsasnda verilirdi, hazırda isə onlarda həmin sənədlər mövcud deyildir, lakin iddiaçının atasının sahibliyində olması, iddiaçının həmin evdə pasport qeydiyyatında olması halı onlara bəllidir, bununla bağlı onlarda evin kartoçkası və qeydiyyatla bağlı sənəd aşkar edilib, onu da məhkəməyə təqdim etdiklərini, həmin şəxslərin istifadəsində olduğuna görə, icra hakimiyyəti onlarla bağlı heç bir etirazı yoxdur, çünki o ərazidə yüzlərlə belə evlər var ki, sənədləşməsi tam aparılmayıb, həmin şəxslər orada yaşadığından, onların sahibliyinə həmin evlər verildiyindən, sonradan bununla bağlı heç bir etiraz edilməmişdir, həmin evlər barak evlər kimi çıxış edir, həmin evdə qonşular da ev üzrə qeydiyyatda kimi görünə bilir, iddiaçının bu dedikləri ilə bağlı məlumatlar həqiqəti əks etdirir. Maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsinə və X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, X5 xx.xx.2000-ci il tarixdə ölmüşdür, bu barədə xx.xx.2018-ci il tarixdə qeyd aparılmışdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası X2r. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu ev 10 mənzilində pasport qeydiyyatındadır. İş materiallarından görünür ki, X10 1983-1993-cü illərdə Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 №li tam orta məktəbdə təhsil almışdır. İş materiallarında olan Qaradağ Rayonu İcra Hakimiyyətinin Ələt Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 32 №li məktubunda görünür ki,sorğuda göstərilə ünvan Qaradağ Rayon İcra Hakimiyyətinin Balansındadır, əvvəllər həmin evin istifadəçisi X5 olub və vəfat edib.Nümayəndəlikdə olan məlumata əsasən hal-hazırda həmin ünvanda X10 və İddiaçı qeydiyyatdadır.Evin mülkiyyətçisi haqqında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Meşə zavodu küçəsi (indiki Salyan yolu küçəsi) ev 10 20,8 kv.m sahəsi olan ev X3 adınadır,ailə üzvləri X8-həyat yoldaşı xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək, İddiaçı (xx.xx.1983-xx.xx.1985-ci illərdə) xx.xx.1986-cı ildən, X4 xx.xx.1993-cü ildən, X10 pasport qeydiyyatındadır. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi X1 olması, Cavabdeh (1983-1993-cü illərdə), İddiaçı həmin yaşayış sahəsində pasport qeydiyyatında olması (1983- 1985-1986-cü ildən) məhz 2000-ci ilə qədər olan dövrə aid oduğundan, həmin yaşayış sahəsinə dair tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə 1 oktyabtr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsinində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil Qaradağ Rayonu İcra Hakimiyyətinin alansında olmaqla, X3 istifadəsinə verilmiş və onun qanuni sahibliyində olmuş, iddiaçı X3 oğlu olmaqla, həmin evdə 1983-1985, 1986-cı ildən hazırda da daimi pasport qeydiyyatında olmuş, cavabdeh isə həmin evdə 1983-1993-cü illərdə pasport qeydiyyatında olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin yaşayış sahəsinin atasına məxsus olması, özünün başqa yaşayış yerinin olmaması, həmin evdə pasport qeydiyyatında olması halını əsas gətirərək, həmin evə dair istifadə hüququnun tanınmasını, köçüürlməsi tələbini irəli sürmüş, cavabdeh tərəf isə iddiaçının həmin evdə yaşamaması, evi tərk etməsi, evin ona aid olmaması halını əsas gətirərək, onun evə dair istifadə hüuquqnun olmadığından, iddia tələbinin təmin edilməməsini bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin qanuni sahib qismində çıxış X3 oğlu olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən, həmin mənzildə 1983-cü ildən daimi pasport qeydiyyatında olduğundan (hansı ki qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır), həmin evdə yaşadığından iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (MM-nin 53,123-cü maddəsinin dispozitiv şərtləri baxımından). Cavabdeh tərəf iddiaçının həmin mənzildə ümumiyyətlə yaşamadığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən halla bağlı cavabdeh tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir.Həmçinin, məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qedyiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli,hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, iddiaçının həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyytaına alınmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, mənzil qanunvericiliyinin normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi mənzilə köçüürlmə və istifadə hüququnun tanınması hissəsində əsaslı olmaqla, təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində ona məxsus yaşayış sahəsi kimi qeyd etsə də, həmin yaşayış sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilməmişdir. Belə ki, həmin yaşayış sahəsi Qaradağ Rayon İcra Hakimiyyətinin balansında olmaqla, X3 qanuni sahibliyində olmuşdur.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,10 nömrəli mənzilə dair istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməli,iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu küçəsi,10 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1634/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1634/2022
08.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver