Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1638/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X12 Müdafiə Nazirliyinin 161 nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdən qoşunların təmas xəttində postda keşik çəkərkən saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bildirir ki, xx.xx.1984-cü il təvəllüdlü X28 onun X23 ilə birgə nikahdan doğulmuş oğludur. X28 01 aprelci il tarixdə Bakı şəhər Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbixidmət keçmək üçün hərbi hissəyə göndərilmiş, Hərbi Hissə komandirinin N aprel N02-ci il tarixli, 94 nömrəli əmri ilə şəxsi heyyətin siyahısına daxil edilmişdir.X2 Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə Ağdam rayonunun Mərzilli kəndi ərazisində,qoşunların təmas xəttində postda keşik çəkərkən saat N radələrində hərbi hissənin3cümotoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən 6-7 metr səngərdəki dotun içərisində müəmmalı şəraitdə yoxa çıxmış, itkin düşmüşdür. Oğlu X12 hərbi xidmət zamanı qoşunların təmas xəttində postda keşik çəkərkən itkin düşməsi ilə əlaqdar Hərbi Prokurorluqda araşdırmalara başlanılmış eyni zamanda onun itkin düşməsində təqsirli olan şəxslərin ifaşa edilərək məsuliyyətə alınmaları üçün iş üzrə mümkün olan bütün istintaq hərəkətləri aparılmışdır.X4 axtarışları ilə bağlı aidiyyəti qurumlar tərəfindən,Qaradağ rayon Polis İdarəsi, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən 01 fevral N22-cü il tarixdə axtarış işi açılmışdır. X4 itkin düşdüyü N(iyirmi) il müddətində bütün aidiyyəti qurumlarla əlaqə saxlamlsada, müraciətlər olunsada çox təəsüf ki, bütün qurumların əldə edə biləcəyi, oğlumun harda olması barədə hər hansı bir məlumat əldə edilə bilməmişdir.Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti idarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli məktubda X12 dövlət sərhəddinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmaması göstərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda, həyata keçirilmiş əməliyyatistintaq hərəkətləri ilə E.A.Nəcəflinin döyüş postunu hansı şəraitdə tərk etməsi, hansı istiqamətdə getməsi və hazırki vaxtadək olduğu yeri müəyyən etmək mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış Ermənistan Azərbaycan, Dağlığ Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısı-nda 27 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Nəcəfli Elmir' Adil oğlunun N noyabr N02-ci il tarixdə itkin düşməsi barədə məlumatın olması göstərilmişdir.Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda göstərilmişdir ki, Elmir Nəcəflinin itkindüşmə şəraitinə aydınlıq gətirilməsi, eləcə də respublika ərazisində axtarışının həyata keçirilməsi istiqamətində Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə müvafiq zəruri tədbirlərinin görüldüyü, həmçinin oğlumun təmas xəttində itkin düşməsi faktı nəzərə alınaraq, onun qarşı tərəfə keçməsi və ya düşmənin kəşfiyyat qurupu tərəfindən əsir götürülmə ehtimalının araşdırılması məqsədi ilə Dövlət Komissiyası tərəfindən həmin dövrdə X39 Komitəsinin Azərbaycandakı Nümayəndəliyinə və itkinlərin axtarışı ilə məşğul olan müstəqil Beynəlxalq İşçi qrupuna rəsmi müraciətlər olunmuş, onlarla keçirilmiş görüşlərdə bu məsələ dəfələrlə qaldırılmışdır. Lakin E.Nəcəflinin sonrakı taleyi barədə məlumat əldə olunmamışdır. Araşdırma prossesində bəzi Qeyri-Hökumət Təşkilatı nümayəndələrinin E.Nəcəflinin guya Ermənistan tərəfindən 3cü ölkəyə göndərilməsi ilə bağlı səsləndirdiyləri fikirlər yoxlama zamanı öz təsdiqini tapmamışdır. Elmir Nəcəfli itkin düşmüş şəxs kimi X39 Komitəsində də qeydiyyata alınmış, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş digər vətəndaşların axtarışı istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin davam etdirilməsi qeyd edilmişdir. Göründüyü kimi oğlum Elmir Nəcəfli barəsində bütün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülsədə onun axtarışı, onun harda olması barədə çox təəsüf ki, heç bir müsbət nəticə əldə edilməmişdir. Həyat yoldaşı X23 uzun illərdir ki, oğlumuzun tapılması üçün bütün aidiyyəti qurumlarla daim əlaqə saxlasada, həmin qurumlardan onlara heç bir sevindirici xəbər verilməmişdir. X33 N il müddətində həsrətlə yolunu .gözləsə də artıq bütün ümüdləri tükənmişdir. Onlara gələn qeyri rəsmi şifahi məlumatlarda X33 Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan rayonları da olan həbsxanalarda əsir saxlanılması, ehtimalı bizə oğlunun itkin düşməsi və ya ölmüş bilinməsi üçün məhkəməyə müraciət etməyə imkan vermirdi.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın üzərində hərbi sahədə qazandığı qələbə, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NN-ci il 3 dekabr tarixli Sərəncamı ilə qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi, işğal altında olan torpaqların düşmən işğalından azad edilməsi, bütün hərbi əsirlərin dəyişdirilməsi, təhvil verilməsi, həbslərdən azad edilməsi artıq bizə oğlumuzla bağlı səslənən və qeyd edilən ehtimalların əsassız olmasına dəlalət etmişdir.Tərəfimizdən xx.xx.1984-cü il təvəllüdlü X12 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdən qoşunların təmas xəttində postda keşik çəkərkən saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşməsi barədə Qaradağ Rayon Məhkəməsinə xx.xx.N22-ci il tarixdə müraciət olunmuş və Qaradağ Rayon Məhkəməsinin 2(002)-316/N23 saylı, xx.xx.N23-cü il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, xx.xx.1984-cü il təvəllüdlü X28 N noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-cü maddəsinə əsasən X12 itkin düşmüş hesab edilməsi günü N noyabr N02-ci il hesab edilməsi, xx.xx.1984-cü il təvəllüdlü X12 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. Hazırda onlar X33 vərəsələrinin müəyyən edilməsi üçün notariat xidmətinə müraciət etsə də onlara hazırda qanuni qüvvəsini almış qətnamə ilə mümkün olmamasını, yalnız ölmüş elan edilməsi barədə qətnamə qəbul edildikdən sonra mümkün olacağı bildirilmişdir.Həmin Məcəllənin 313-cü maddəsinə əsasən Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.Qanunvericiliyin tələblərini nəzərə almaqla, yuxarıda göstərilənləri əsas götürməklə qeyd edirəm ki, oğlunun hərbi xidmət zamanı qoşunların təmas xəttində postda keşik çəkərkən itkin düşüməsi onun aiddiyyət qurumlar tərəfindən daimi nəzarətdə saxlanılması, artıq həyat yoldaşının oğlu itkin düşdüydən sonra ağır xəstəliklərə tutulması və hazırda yataq xəstəsi olması, bütün aidiyyəti qurumların axtarışlarının heç bir fayda verməməsi, hərbi əməliyyatların artıq 8 noyabr NN-ci ildə Zəfər günü tarixində qurtarması artıq X4 N02-ci il N noyabr tarixindən hərbi əməliyyatlar zamanı döyüş tapşırığı yerinə yetirərkən ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməyə əsas olmuşdur. Bundan başqa hazırda onun mənzil üzrə qeydiyyatda olması, bununla bağlı müvafiq sənədləşmələr aparılması, onun vərəsəliyinin müəyyən edilməsi zərurətləri yaranmışdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərini nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti idarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli məktubda X12 dövlət sərhədinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmaması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx.xx.N22- ci il tarixli məktubdan görünür ki, Elmir Nəcəflinin N noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olarkən itkin düşməsi və aparılmış axtarış tədbirlərinin nəticəsi barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 08 sentyabr N22-ci il tarixli ərizəsi 29 sentyabr N22-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə daxil olmuş və icraatı dayandırılmış 32218 nömrəli cinayət işinə əlavə edilərək baxılmışdır. 01 fevral N03-cü il tarixdə oğlu E.A.Nəcəflinin barəsində Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində axtarış işi açılmışdır. Həyata keçirilmiş əməliyyat-istintaq hərəkətləri ilə E.A.Nəcəflinin döyüş postunu hansı şəraitdə tərk etməsi, hansı istiqamətdə getməsi və hazırkı vaxtadək olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısında 27 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X12 N noyabr N02-ci il tarixdə itkin düşməsi barədə məlumat vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyasının xx.xx.N22-ci il tarixli məktubdan görünür ki Sizin Əsir və itkin düşmüş, X5 əlaqədar Dövlət Komissiyasına ünvanlanmış ərizəyə baxılmışdır.Bildirir ki, oğlu xx.xx.1984-cü il təvəllüdlü X28 MN-inN nömrəli hərbi hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndi ərazisində, qoşunların təmas xəttində postda keşik çəkərkən itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, X5 əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmışdır Elmir Nəcəflinin itkin düşmə şəraitinə aydınlıq gətirilməsi, eləcədə respublika ərazisində axtarışının həyata keçirilməsi istiqamətində Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə müvafiq zəruri tədbirlər görülmüşdür. Həmçinin, oğlunuzun qoşunların təmas xəttində itkin düşməsi faktı nəzərə alınaraq, onun qarşı tərəfə keçməsi və ya düşmənin kəşfiyyat qrupu tərəfindən əsir götürülmə ehtimalının araşdırılması məqsədilə Dövlət Komissiyası tərəfindən həmin dövrdə X39 Komitəsinin Azərbaycandakı Nümayəndəliyinə və itkinlərin axtarışı ilə məşğul olan müstəqil Beynəlxalq İşçi qrupuna rəsmi müraciətlər olunmuş, onlarla keçirilmiş görüşlərdə bu məsələ dəfələrlə qaldırılmışdır. Lakin, oğlunuzun sonrakı taleyi barədə məlumat əldə olunmamışdır. Araşdırma prosesində bəzi Qeyri-Hökumət Təşkilatı nümayəndələrinin oğlunuzun guya Ermənistan tərəfindən 3-cü ölkəyə göndərilməsi ilə bağlı səsləndirdikləri fikirlər yoxlama zamanı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.N06-cı il tarixli məktubundan görünür ki , xx.xx.N06-cı İ tarixdə Baş Prokurorluqda şəxsi qəbulumda olarkən oğlunuz Nəcəfli Elmim xidmət etdiyi N nömrəli hərbi hissədə N noyabr N02-ci ildə döyüş növbəsi çəkərkən naməlum şəraitdə itkin düşməsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işinin qeyriobyektiv, birtərəfli istintaq edilməsi, E.Nəcəflinin tigm düşməsində təqsiri olan zabitlərin məsuliyyətdən kənarda qalması, bu günədək oğlunun yerinin müəyyən edilməməsi ilə bağlı təqdim etdiyiniz şikayət ərizəsinə baxılmışdır. Şikayətlə bağlı cinayət işi Respublika Hərbi Prokurorluğundan- tələb edilərək öyrənilərkən müəyyən edilmişdir M, həmin cinayət işi 27 noyabr N02-d i tarixdə B.A.Nəcəflinin hərbi hissəni özbaşına tərk etməsi faktına görə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə başlanmış və istintaq aparılmışdır ilkin istintaqla müəyyən edilmişdir ki, X28 01 aprel N02-ti i tarixdə Bakı şəhəri, Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək için N nömrəli hərbi hissəyə göndərilmiş, hərbi hissə komandirinin N aprel N02-ci il tarixi, 94 nömrəli əmri ilə şəxsi heyətinin siyahısına daxil ediməklə bitin növ təminatlara qoyulmuş, N noyabr N02-d il tarixdə, saat N radələrində xidməti istifadəsində olan AK-74 markalı, 895N №-li avtomat silahla hərbi hissədən özbaşına getmiş, bir daha xidmət yerinə qayıtmamışdır.İstintaqın gedişində müəyyən edilmişdir ki, E.A.Nəcəfli N noyabr N02-ei il tarixdə, saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımımn nəzarət etdiyi ərazidə 44-cü postda əsgər yoldaşı X18 birikdə döyüş xidməti apararkən 6-7 metr səngərdəki dotun içərisində olan ayaqyoluna getmiş, oradan isə müəmmalı şəraitdə yoxa çıxmışdır. Həmçinin, istintaqla müəyyən edilmişdir M, 161№-hərbi hissənin 3-cü motoatıcı taborunun, 9-cu bölüyünün, 3-ci motoatıcı tağmmın komandiri, leytenant X29 və tağım komandirinin müavini vəzifəsini icra edən əsgər X13 hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ramanı N02-ci ilin oktyabr ayinim axırlarından noyabr ayıma axıriannadək olan müddət ərzində müxtəlif bəhanələrlə tabeliklərində olan əsgərlər X3, X7, Hfdilov ilqar Bilal oğlu, X24, X1 mütamadi olaraq döymüş, təhqir etmiş, eləcə də tabeliyində olan əsgər E.A.Nəcəfli 03 noyabr N02-c il tarixdə xidməti silahın diqqətsiz saxlamış, N noyabr N02-ci 11 tarixdə E.Nəcəflinin saatdar olduğu postda yatmasını bəhanə gətirərək tağımın şəxsi heyətinin qarşısında sonuncunun bədəninin müxtəlif nahiyyələrinə sillə, təpik və ağacla çoxsaylı zərbələr vurmaqla döymüş, yerdə süründürməklə boğazına itin bağlanılması üçün nəzərdə tutulmuş ipi bağlayıb işgəncələr vermmiş, təhqir etmiş, habelə N N-li hərbi hissə komandiri, mayor Maşayev Eldar Vəkil oğlu tağım komandiri Z.S.Əhmədova qarşı nizamnaməyə zidd hərəkətlər etmiş, 3-cü tabor komandiri, kapitan X9 və həmin taborun 9-cu bölüyünün komandiri, kapitan XN əsgərlərdən pul yığmış, əsgər X14 xidmət yerini özbaşına tərk etmişdir. Göstərilən xüsusatlar araşdırılaraq Z.S.Əhmədov və X.B.Rzayevə Azərbaycan Respubdikası CM-nin 331.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməyə görə ittiham elan olunmasına əsas verən kifayət qədər sübutlar toplanmış və N dekabr N02-ci il tarixdə onlara həmin Məcəllənin 331.3-cü maddəsi ilə ittiham elan edilib təqsirləndirilən şəxs qismində dindirilərək barələrində Ağdam Hərbi məhkəməsi tərəfindlən həbs qətimkan tədbiri seçilmiş, E.Nəcəflinin isə bir aydan artıq müddətə qulluq yerini tərk etməsi nəzərə alınaraq 24 dekabr N02-ci i tarixdə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılmış, lakin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından elə həmin gün də haqqında axtarış elan edilərək, qərarların surəti icra olunması üçün Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin materialları Azərbaycan Respublikası Hərbi Prokurorluğunda öyrənilərkən işin mürəkkəb və çoxepizodlu olması, habelə təqsirləndirilən şəxslər: Z.S.Əhmədov və X.B.Rzayevin döyüş şəraitində yerləşən tağımda qulluq mövqelərindən sui-istifadə etməklə cinayət törətmələri nəzərə alınaraq 17 yanvar N03-cü il tarixdə cinayət işinin istintaqının davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə tapşırılmışdır. 21 yanvar N03-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə sabiq müstəntiqi, E.H.Allahverdiyev tərəfindən icraata qəbul edilərək iş üzrə bir sıra istintaq hərəkətləri yerinə yetirilmiş, E.A.Nəcəflinin olduğu yerin müəyyənləşdirilməsi məqsədilə sorğular və əməliyyat tapşırığı verilmişdir. E.A.Nəcəflinin 3 aydan artıq müddətə qulluq yerini özbaşına tərk etməsi və aparılan əməliyyat-axtarış tədbirləri' nəticəsində' olduğu yeri rmüəyyən- etmək mümkün -- olmaması, həmçinin işin mürəkkəb və çoxepizodlu olması nəzərə alınaraq 14 aprel N03-cü il tarixdə 16/15676 nömrəli cinayət işindən E.A.Nəcəfli barəsində Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə 0364 JNs-li cinayət işi ayrıca icraata ayrılmışdır.24 aprel N03-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 18 avqust N04-cü il tarixdə iş üzrə icraat təzələnərək E.A.Nəcəflinin axtarışının daha da gücləndirilməsi məqsədilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimatla müraciət edilmiş və N avqust N04-cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərək qərarm surəti icra edilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nə göndərilmiş və elə həmin gün iş üzrə icraat dayandırılmışdır.Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığınız 05 iyun N06-cı il tarixli ərizə və Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsindən N iyun N06-cı il tarixli, 496 nömrəli məktubla daxil olmuş materiala əsasən iş üzrə bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar 24 iyim N06-cı il tarixdə cinayət işinin icraatı təzələnmiş və istintaqın davam etdirilməsi mühüm işlər üzrə müstəntiq Vaqif İsmayılova həvalə edilmişdir.Cinayət isi V.lsmavılov tərəfindən icraata götürüldükdən sonra bir sıra istintaq hərəkətləri verinə yetirilmiş, prosessual qərarlar qəbul olunmuş, N02-ci ilin dekabr aymda Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülərək N03-cü ilin mart ayınadək Xankəndi şəhərində saxlanılmış X10, E.A.Nəoəffinm xidmət etdiyi 9-cu bölüyün komandiri X15, tabor komandiri X9, tağım komandiri X29, X8, X6, X25, X16, X21 şahid qismində dindirilmiş, B.T.Tahirovun M.H.Nəcəfli ilə üzləşdirilməsi keçirilmiş, Əsir və itkitn düşmüş, X5 əlaqədar Dövlət Komissiyasına sorğu verilmiş, Z.S.Əhmədov və X.B.Rzayev barəsində məhkəmə iclas protokolu alınaraq işə əlavə edilmiş,, N №-li hərbi hissədən verilmiş məktublarda itmiş silahlar kimi qeyd olunan AK-74 markalı, ******* və 895794 nömrəli silahlar silahların oğurlammş və ya itmiş silah kimi qeydiyyatdan keçməməsi barədə ƏSİİ-dən cavab alınmış, X.B.Rzayevin cəza çəkdiyi müəssisələr və cəzadan vaxtından əvvəl azad edilməsi barədə cavablar alınmış, E.A.Nəcəflinin hərbi bileti, çağırış vərəqəsinin, 1 nömrəli formanın kserosurəti alınmış, N №-li hərbi hissədən döyüş növbətçiliyinin aparılmasının və şəxsi heyətə silahların təhkim olunması haqqında sənədlərin məhv edilməsi barədə sorğuya cavab alınmış, döyüş növbətçiliyinin təşkili və aparılma qaydaları barədə korpus və N Ne-li hərbi hissə komandirlərinin əmrlərindən çıxarışlar, eləcə də qəza hadisələrinin qarşımımn alınması üzrə təlimatın kserosurəti, 3-cü tağımın şəxsi heyətinin siyahısı alınmış, R.Y.Rüstəmov, X.M.Zöhrabov, Ə.Q.Əzizovun, X.B.Rzayevin məhkumluğu barədə arayışlar alınmış, R.Y.Rüstəmovun Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəazasına məhkum edilməsi barədə Bakı Hərbi Məhkəməsinin 30 mart N05-ci il tarixli hökmünün surəti alınmışdır. Hazırda hər üç istintaq fərziyyəsi üzrə- E.Nəcəflinin hərbi xidmətdən boyun qaçırması, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu tərəfindən E.Nəcəflinin əsir götürülməsi və E.Nəcəflinin qətlə yetirilməsi- istintaq hərəkətləri aparılır, ifadəsi istintaq üçün zəruri olan Elmir Nəcəflinin yerinin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş X-ЖГ seriyalı 471542 saylı doğum bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X12 atası X23, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ seriyalı 279781 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X17 arasında xx.xx.1981-ci il tarixdə 169 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-316/N23 saylı 31 yanvar N23-cü il tarixli qətnaəməsi ilə xx.xx.1984-cü il təvəllüdlü X28 N noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-cü maddəsinə əsasən X12 itkin düşmüş hesab edilməsi günü N noyabr N02-ci il hesab edilməsi və xx.xx.1984-cü il təvəllüdlü X12 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə qeyd edir ki, hazırki iş üzrə ərizəçi məhkəmədən oğlunun ölmüş elan edilməsininə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-316/N23 saylı 31 yanvar N23-cü il tarixli qətnaəməsi ilə xx.xx.1984-cü il təvəllüdlü X28 N noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi qət edilmişdir. Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, X12 xəbərsiz itkin düşməsinə dair artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan və ondan təxminən 21 ildir ki, xəbər çıxmadığından həmin şəxs məhkəmə qaydasında ölmüş elan edilə bilər. Beləliklə Mülki Məcəllənin yuxarıda göstərilmiş müddəalarına uyğun olaraq ərizə qismən əsaslı olduğundan qismə-təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X12 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdən qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə ölmüş elan edilməli, lakin iddia ərizəsi xx.xx.1984-cü il təvəllüdlü X12 N noyabr N02-ci il tarixdə saat 23:00-da, həmçinin döyüş xidməti apararkən ölməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə rədd edilməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X12 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə ölmüş elan edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.4-cü maddəsinə əsasən X12 ölüm günü N noyabr N02-ci il hesab edilsin. X12 ölüm yeri Azərbaycan Respublikası, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1638/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1638/2023
12.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver