Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1639/2023 05.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına mütənasib olaraq naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəs ilə satılaraq mülkiyyətçilərin paylarına uyğun surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına mütənasib olaraq naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq mülkiyyətçilərin paylarına uyğun surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçılar İddiaçı1, X2 və İddiaçı3 məhkəmənin dəftərxanasına ərizə verərək, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən, mövcud iddia ərizəsi ödəmilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170.1, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin mülkiyyətçilərin paylarına mütənasib olaraq naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara uyğun surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1639/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1639/2023
05.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver