Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1651/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 bütün əmlakları (əşyaları) ilə birlikdə X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı, ümumi sahəsi 47,4 kv.m olan mənzil xx.xx.2015-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* N°İi ÇİXARİŞ”a əsasən onun xüsusi mülkiyyətindədir. Bildirir ki, haqqında danışılan mənzil babası X13 Bakı şəhər Əzizbəyov rayon İcraiyyə Komitəsinin 29 N°li, xx.xx.1966-cı il tarixli qərarı ilə verilmişdir və babası Həmid həmin mənzildə arvadı (nənəsi) X9, qızı (anası) X10, oğlu (dayısı) X14 ilə birgə yaşamış və qeydiyyatda olmuşlar. xx.xx.1968-ci ildə babası Həmid rəhmətə getdikdən sonra, mənzil nənəsi X5 adına, daha sonra 1996-cı ildə isə bütün ailə üzvlərinin razılığı və müraciətinə əsasən onun adına o vaxtki soyadı ilə, yəni X4 adına rəsmiləşdirilmiş, xx.xx.2001-ci ildə isə bu mənzil xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və ona o vaxtki Nağıyeva soyadı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 067705 N-li Qeydiyyat Vəsiqəsi verilmişdir. Nağıyeva soyadının Haqverdiyevə soyadına dəyişilməsi ilə əlaqədar müraciətinə əsasən haqqında danışılan mənzilin onun mülkiyyətində olması ilə bağlı qeydiyyat vəsiqəsinin əvəzinə yeni soyadı ilə yuxarıda 1-ci abzasda göstərdiyi “ÇİXARİŞ” verilmişdir. Qeyd etmək istəyir ki, o, 1997-ci ildə ərə gedəndən sonra ərinə məxsus, yuxarıda göstərdiyi ünvandakı evdə yaşayır və yalnız 2011-ci ildə xüsusi mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxaraq ərinin evinə qeydiyyata salınmışdır.O, ərə gedəndən sonra həmin mənzildə nənəsi X9 yaşamışdır. Həmin mənzildə qeydiyyatda olan nənəsi X9 xx.xx.2013-cü ildə, dayım X14 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Onu da qeyd etdi ki, dayısı Rinat həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamamış və yalnız 2014cü ildən etibarən o vaxt mülki, 2019-cu ildən isə rəsmi nikahda olduğu arvadı Xankişiyevə Gültəkinlə birlikdə yaşamağa başlamışdır. Hal-hazırda həmin mənzildə yalnız anası X11 qeydiyyatdadır və o da faktiki olaraq mülki nikahda olduğu əri ilə birgə Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 29 Nsli evin, 52 Nali mənzilində yaşayır. Onun xüsusi mülkiyyətində olan haqqında danışılan mənzilində isə halhazırda qeydiyyatsız olaraq rəhmətlik dayısının arvadı cavabdeh X3 tək yaşayır. X2 xüsusi mülkiyyətində olan mənzilini boşaltması barədə dəfələrlə etdiyi xahişə və tələbə baxmayaraq mənzilini boşaltmır. Bununla da xüsusi mülkiyyətində olan mənzilində onun üçün müxtəlif problemlər yaradır və onun bir mülkiyyətçi kimi öz evi barəsində mülkiyyət hüquqlarını, yəni sahiblik, istifadə etmək və sərəncam vermək hüquqlarımı öz mülahizəmə görə tam, real və sərbəst həyata keçirməyinə mane olur.Ona görə də, hesab edir ki, göstərdiyi səbəblərə görə X3 onun ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzilindən çıxarılmalıdırlar. Hazırki vəziyyətdə isə, davranışlarından göründüyü kimi X3 onun xüsusi mülkiyyətimdə olan mənzilini könüllü surətdə boşaltmaq fikrində deyildir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, mübahisə predmeti iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh və onun rəhmət’ getmiş ərinə həmin evdə müvəqqəti yaşamağa icazə vermişdir, lakin indi həmin iddiaçı üçün lazım olduğundan cavabdeh evdən çıxmaq təklif olunsa da cavabdeh evdən çıxmamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin cavabdeh tərəfinin kompensasiya verilməsinə dair təklifinə cavab olaraq qeyd edir ki cavabdeh həmin evdə qeydiyyatda olmadığından onun heç istifadə hüququ olmadığından ona kompensasiya verilməsinə razı deyildir. Cavabdeh nümayəndəsi və vəkili X12 məhkəmə iclasında izahatında cavabdehin uzun müddət həmin evdə yaşadığını ,onun başqa yaşayış yerinin olmadığını, rəhmətə getmiş ərinin vəfat edənədək həmin evdə qeydiyyatda olduğunu, cavabdehin ora gəlin köçdüyünü, hal-hazırda da cehiz əşyalarının həmin evdə olmasını və maddi vəziyyətinin qənaətbəxş olmadığını nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirir ki, həmin 2009-cu ildən mübahisəli evə gəlin köçərək yaşamış, sonralar vaxtları tam dəqiq yadında olmasa da müəyyən müddət kirayədə yaşamış, lakin daha sonra yoldaşı ilə yenə həmin evə köçüb orada yaşamağa başlamış, hətta qaynanasına onlar baxmış və yas mərasimlərini onlar keçirmişdirlər. Cavabdeh məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək iddia tələbini qəbul etmədiyini, uzun müddət həyat yoldaşı ilə orada yaşadığını, hətta bunun qonşuları tərəfində təsdiq edə biləcəyini, evin qaynanası tərəfindən nəvəsinə-iddiaçıya bağışlandığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 3ov küçəsi, ev 37 a, 56 nömrəli mənzil İddiaçı adına xx.xx.2001-ci ildə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, ünvan 3ov küçəsi, ev 37 a, 56 nömrəli mənzil ünvanında X16 qeydiyyatdadır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 327032 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X14 xx.xx.2023-cü il tarixdə ölmüş və bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 367-saylı akt ilə qeyd aparılmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 455528 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X14 ilə Cavabdeh arasında nikah xx.xx.2009-cu il tarixdə Qaradağ qeydiyyat şöbəsində 06 saylı akt ilə bağlanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının 2001-ci ildən mülkiyyətindədir. Cavabdeh iddiaçının dayısının həyat yoldaşı olmuş, özünün də məhkəmə iclasında verdiyi izahatdan görndüyü kimi 2009-cu ildən iddiaçıya məxsus evdə yaşamışdır. Tərəflər arasında mübahisəli hal: iddiaçı mülkiyyətindən istifadə edə bilməməsini əsas gətirərək cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir, cavabdeh iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının 2001-ci ildən xüsusi mülkiyyətində olan mənzildə 2009-cu ildən yaşaması işin mübahisəsiz hallarıdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibəti 2009-cu ildən yarandığından mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməli və cavabdehin mübahisəi mənzilə istifadə hüququ olmadığından iddiaçıya məxsus evdən çıxarılmalı, iddia təmin edilməlidir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin ümumiyyətlə iddiaçının ailə üzvü olmaığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalıdır. Məhkəmə cavabdeh tərəfin etirazın dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarının məzmunundan göründüyü kimi, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən (iddiaçıdan) özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “digər qohum” anlayışına ümumiyyətlə aid edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları olmadığından, iddia təmin edilməli, iddiaçıya məxsus ünvan 1 ünvanında olan mənzilindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh bütün əmlakı(əşyaları) ilə birlikdə ünvan 1 ünvanında olan mənzildən çıxarılsın. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1651/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1651/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver