Məhkəmə qərarları › İş №2(002)-1658/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1658/2020

01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1658/2020 01.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏsədov Kamran Bağıroğlununsədrliyi, İmanov Tural Arifoğlununkatibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X9 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X9 ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2014-cü il və xx.xx.2016-cı ildə onun iki qız övladı doğulmuşdur. Övladları imkansızlıqdan hər ikisi ev şəraitində doğulmuşdur. Övladları ev şəraitində doğulduğuna görə onların doğumunu qeydə aldıra bilməmişdir. Hazırda uşaqların qeydiyyatı olmadığı üçün onların şəxsiyyət vəsiqəsini ala bilməyib. Uşaqların heç bir hüququnu həyata keçirə bilmir və onların təhsili və sağlamlığı ilə bağlı problemləri yaranır. Uşaqlara doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşaqların qeyd edilən vaxtlarda doğulmasını təsdiq edəcək sənədi başqa qaydada almaq mümkün olmadığından, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2014-cü ildə doğulmuş qızı Fatimənin və xx.xx.2016-cı ildə doğulmuş qızı Məryəmin doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi X3 rayonundan məcburi köçkündür. Onun xx.xx.2014-cü ildə və xx.xx.2016-cı ildə qızları doğulmuşdur. Uşaqların hər ikisi ev şəraitində doğulmuşdur. Uşaqları ev şəraitində doğulduğuna görə onların doğumunu qeydə aldıra bilməyib. Hazırda uşaqlarla bağlı hüquqlarını həyata keçirə bilmir və onların təhsili və sağlamlığı ilə bağlı problemləri yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Gülbəniz Bəhram qızının ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi X6 izahatını və şahid ifadələrini dinləyib, belə hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs X7 ünvanladığı xx xxxx 2020-ci tarixli, 05/Q- 806/15 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 13 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 220 nömrəli arayışdan görünür ki, Yasamal rayon 2 nömrəli Tibb kollecinin yataqxanasının həyətində vaqonda məskunlaşan Ağdam rayonundan məcburi köçkün olan X9 yataqxananın həyətində evdə qonşularının şahidliyi ilə dünyaya gətirdiyi xx.xx.2016-cı il təvəllüdlü X10 təcili yardım maşını ilə Klinik Tibbi mərkəzə aparılmış və həmin gün ana xəstəxanada yatmamış xəstəxanadan imtina edərək evə qayıtmışdır. xx.xx.2016-cı il tarixdən sahə həkimi tərəfindən 13 nömrəli Uşaq poliklinikasında qeydiyyata alınmışdır və hal hazırda sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 13 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 221 nömrəli arayışdan görünür ki, Yasamal rayon 2 nömrəli Tibb kollecinin yataqxanasının həyətində vaqonda məskunlaşan Ağdam rayonundan məcburi köçkün olan X9 yataqxananın həyətində evdə qonşularının şahidliyi ilə dünyaya gətirdiyi xx.xx.2014-cü il təvəllüdlü X11 təcili yardım maşını ilə Klinik Tibbi mərkəzə aparılmış və həmin gün ana xəstəxanada yatmamış xəstəxanadan imtina edərək evə qayıtmışdır. xx.xx.2014-cü il tarixdən sahə həkimi tərəfindən 13 nömrəli Uşaq poliklinikasında qeydiyyata alınmışdır və hal hazırda sağlamdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxs özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Yenə həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, X3 rayonundan məcburi köçkün olmaqla, onun xx.xx.2014-cü ildə və xx.xx.2016-cı ildə ev şəraitində iki qız övladı doğulmuşdur. Uşaqlarına doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşaqların doğumunu qeydə almaqdan imtina etmişlər. Uşaqların qeyd edilən vaxtda doğulmasını təsdiq edəcək sənədi başqa qaydada almaq mümkün olmadığından, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 xx.xx.2016-cı il tarixdə Məryəm və xx.xx.2014-cü il tarixdə Fatimə adlı qız uşağının doğması iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X6 Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. X6 xx.xx.2016-cı il tarixdə Məryəm və xx.xx.2014-cü il tarixdə Fatimə adlı qız uşağının doğması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Doğum haqqında şadətnamədə uşaqların atası - anasının deməsinə görə, anası - X9, adları - Məryəm, doğum tarixi - xx.xx.2016-cı il, Fatimə, doğum tarixi - xx.xx.2014-cü il, soyadları - anasının deməsinə görə göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar