Məhkəmə qərarları › İş №2(002)-1668/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1668/2020

09.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1668/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı oğlunun və onun vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı oğlunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmək müqaviləsində əmək müqaviləsinə xitamın əsası barədə qeydin dəyişdirilməsi və vurulmuş ziyanın, məcburi boşdayanma müddətində əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı oğlu cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmək müqaviləsində əmək müqaviləsinə xitamın əsası barədə qeydin dəyişdirilməsi və vurulmuş ziyanın, məcburi boşdayanma müddətində əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən əmək müqaviləsinə onun tərəfindən cinayət tərkibli əməl törədilməsi əsası ilə xitam verilməsinin qeyri-qanuni hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə öhdəlik olaraq onun əmək kitabçasında onunla əmək müqaviləsinin xitamının əsası barədə hazırki qeydin ləğv olunmasnın müəyyən edilməsinin qoyulmasını, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə öhdəlik olaraq, onunla əmək müqaviləsinin xitamının əsası olaraq onun öz xahişi ilə işdən azad edildiyinin göstərilməsinin qoyulmasını, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə öhdəlik olaraq, onun işdən azad edilmə tarixinin xx xxxx 2020 tarixi olaraq göstərilməsinin müəyyən edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə öhdəlik olaraq xx.xx.2020 tarixdən xx.xx.2020 tarixədək məcburi boşdayanma vaxtına görə onun əmək haqqını, cəmi azn ona ödənilməsinin müəyyən edilməsini, onunla vəkil arasında olan müqavilə əsasında onun tərəfindən vəkilə ödənilmiş 1000 azn məbləğində zərərin əvəzi “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ona ödənilməsini, onun ruhi həyəcan və mənəvi iztirablarının əvəzi olaraq 5000 azn məbləğində mənəvi ziyan üçün təzminat ödənilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə öhdəlik olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişi təqdim edərək, aralarında barışıq əldə etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Həmin barşıq sazişində tərəflər iddiaçı onunla cavabdeh arasında əmək müqaviləsinin xitamı ilə əlaqədar olaraq ona dəymiş ziyanın ödənilməsi, Əmək Kitabçasında onunla əmək müqaviləsinin xitamı və işə bərpa haqqında cavabdehə qarşı iddiasından və şikayətindən aşağıdakılar qarşılığında tam imtina edir. Bu barışıq razılaşmasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 10 iş günü ərzində «İddiaçının» əmək kitabçasında onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə (həmin Məcəllənin 72-ci maddəsinin “f’ bəndinə istinad olaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xitam verilməsi barədə 20/089/k saylı xx.xx.2020 tarixli əmri əsasında xx.xx.2020 tarixdə 3 nömrəsi altında yazılmış qeydi ləğv edərək, qeydin ləğv edilməsini müvafiq səlahiyyətli şəxsin imzası və müəssisənin müvafiq möhürü ilə təsdiq edir. İddiaçının Əmək kitabçasına iddiaçı ilə əmək müqaviləsinə xx xxxx 2020 tarixdə onun öz xahişi ilə xitam verilməsi barədə yeni 3 saylı qeyd daxil edir. İddiaçının xx.xx.2020 tarixdən xx xxxx 2020 tarixədək boşdayanma vaxtı (63 iş günü) ərzində ona orta əmək haqqı miqdarında 2101,57 (iki min yüz bir manat əlli yeddi qəpik) AZN məbləğində vəsaiti bu Barışıq razılaşmasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 10 iş günü ərzində ödəyir. Bu Sazişin 3-cü maddəsində yer alan hər hansı bir öhdəliyin cavabdeh tərəfindən lazımınca və ya vaxtında tam həcmdə icra edilməməsi bu Sazişin kobud və qərəzli pozuntusu hesab edilir və iddiaçı bu halda bu sazişin əmr icraatı qaydasında məcburi icraya yönəldilməsi və bununla əlaqədar çəkdiyi xərclərin ödənilməsi və İddia ərizəsində irəli sürdüyü və bu sazişlə imtina etdiyi 5000 azn məbləğində mənəvi ziyanın mübahisəsiz qaydada ödənilməsini tələb etmək hüququ əldə edir. Tərəflər bildirirlər ki, onlar bu Sazişi imzalamaq və burada nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi (hər bir Tərəfə xüsusi olaraq tətbiq oluna bilən) razılıqlara və səlahiyyətlərə malikdirlər. Tərəflər xahiş edirlər ki, bu Barışıq Sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq olunmalı və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi təsdiq edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı oğlu ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Həmin barışıq sazişində tərəflər iddiaçı onunla cavabdeh arasında əmək müqaviləsinin xitamı ilə əlaqədar olaraq ona dəymiş ziyanın ödənilməsi, Əmək Kitabçasında onunla əmək müqaviləsinin xitamı və işə bərpa haqqında cavabdehə qarşı iddiasından və şikayətindən aşağıdakılar qarşılığında tam imtina edir.

2. Bu barışıq razılaşmasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 10 iş günü ərzində «iddiaçının» əmək kitabçasında onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə (həmin Məcəllənin 72-ci maddəsinin “f’ bəndinə istinad olaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xitam verilməsi barədə 20/089/k saylı xx.xx.2020 tarixli əmri əsasında xx.xx.2020 tarixdə 3 nömrəsi altında yazılmış qeydi ləğv edərək, qeydin ləğv edilməsini müvafiq səlahiyyətli şəxsin imzası və müəssisənin müvafiq möhürü ilə təsdiq edir.

3. İddiaçının Əmək kitabçasına iddiaçı ilə əmək müqaviləsinə xx xxxx 2020 tarixdə onun öz xahişi ilə xitam verilməsi barədə yeni 3 saylı qeyd daxil edir.

4. İddiaçının xx.xx.2020 tarixdən xx xxxx 2020 tarixədək boşdayanma vaxtı (63 iş günü) ərzində ona orta əmək haqqı miqdarında 2101,57 (iki min yüz bir manat əlli yeddi qəpik) AZN məbləğində vəsaiti bu barışıq razılaşmasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 10 iş günü ərzində ödəyir.

5. Bu Sazişin 3-cü maddəsində yer alan hər hansı bir öhdəliyin cavabdeh tərəfindən lazımınca və ya vaxtında tam həcmdə icra edilməməsi bu Sazişin kobud və qərəzli pozuntusu hesab edilir və iddiaçı bu halda bu sazişin əmr icraatı qaydasında məcburi icraya yönəldilməsi və bununla əlaqədar çəkdiyi xərclərin ödənilməsi və İddia ərizəsində irəli sürdüyü və bu sazişlə imtina etdiyi 5000 azn məbləğində mənəvi ziyanın mübahisəsiz qaydada ödənilməsini tələb etmək hüququ əldə edir.

6. Tərəflər bildirirlər ki, onlar bu Sazişi imzalamaq və burada nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi (hər bir Tərəfə xüsusi olaraq tətbiq oluna bilən) razılıqlara və səlahiyyətlərə malikdirlər. Tərəflər xahiş edirlər ki, bu Barışıq Sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilsin. İddiaçı oğlunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmək müqaviləsində əmək müqaviəsinə xitamın əsası barədə qeydin dəyişdirilməsi və vurulmuş ziyanın, məcburi boşdayanma müddətində əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar