Məhkəmə qərarları › İş №2(002)-167/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-167/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-167/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdehlər X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, tibb xidməti mayoru, N nömrəli hərbi hissənin Tibb xidməti rəisinin köməkçisiepidemioloq vəzifəsində xidmət etmiş Cavabdeh1 31.08.N-ci il tarixli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək “Puta” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir.Cavabdeh1 N nömrəli hərbi hissənin Tibb xidməti rəisinin köməkçisi- epidemioloqu vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti, 21,09.2006-cı il tarixdən digər cavabdeh X1 ilə nikahda olması, onların birgə nikahlarından 2005-ci və 2008-ci il təvəllüdlü qızlarının olması və digər diqqətəlayiq hallar nəzərə alınmaqla, Cavabdeh1 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 37 saylı mənzil ayrılmışdır. Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 37 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş ye&radən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. AZərbaycan Respublikasının Müdafiə nazirinin “27 fevral ” 2018ci il tarixli, 0113 saylı əmri ilə cavabdeh, Cavabdeh1 “hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156 (B) bəndinə uyğun olaraq yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır.Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə ona müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdırOdur ki, hazırkı iddia ilə Məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi X7 06.12.2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsi ilə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını xahiş etmiş və cavabdehlər isə etiraz etmədiklərini bildirmişdir. 06.12.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə qərara almışdır ki, iddaçı N saylı hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunsun. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdi. Əlavə olaraq, Cavabdeh1 qeyd etdi ki,o, yaşa görə hərbi xidmətdən tərxis olunmuşdur və ununla bağlı etiraz ərizəsində də qeyd etmişdir və qanunvericilik normalarına əsasən sosial təyinatlı yaşayış mənzilləri ilə təmin edilmiş hərbi qulluqçular hərbi xidmətdən yaşa görə buraxıldıqda yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01.11.2021-ci il tarixdə iddia ərizəsinə etiraz ərizəsi unvanlayaraq bildirmişdir ki, o, noyabr 1996-cı il tarixdə Lənkəran rayon Hərbi Komissarlığı tərəfındən hərbi xidmətə çağırılmışdır. O, döyüş bölgəsində xidmət etmişdır və hazırda da müharibə veteranıdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 78 nömrəli 27 mart 2018-ci il tarixli əmri ilə o-Tibb xidməti polkovnikleytenantı Cavabdeh1 N nömrəli hərbi hissənin tibb xidməti rəisinin müavini-epidemioloq Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 fevral 2018-ci il tarixli 0113 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığıma görə vəzifəni və işini təhvil vermiş hesab edilmişdir. 05 iyun 2018-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə göndərilmişdir. Göründüyü kimi o, 21 il 6 ay 5 gün zabit kimi orduda qüsursuz xidmət etmişdır.O, rəsmi nikaha daxil olub ailə qurmuş,iki uşağı vardır.Onlar azyaşlı olmaqla Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən orta məktəbdə oxuyurlar.Xidmət etdiyi dövrdə mənzilə ehtiyacı olduğu üçün N nömrəli hərbi hissə tərəfindən 2016-cı il tarixdə yuxarıda adı çəkilən ünvanda 3(üç) otaqlı mənzillə təmin olundum Qeyd etdiyi kimi O, yaşa görə pensiyaya çıxmışDdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində aşağıdakilar qeyd olunmuşdur. Azərbaycan Respublikasi Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyət orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə boıcluduılar.Qeyd edirə ki, onun başqa yerdə yaşayış sahəsi yoxdur.Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102-ci maddəsində qeyd olunub ki, Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasn Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; Bütün bu qanunlardan xəbəri olan iddiaçı indi guya onun hərbi xidmətdən ehtiyata buraxılmasını istinad edırək onun mənzildən çıxarılmasını xahiş edir, halbuki o yaşa görə pensiyaya çıxdığına görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddələrində nəzərdə tutulan hallar mövcuddur və o,ailəsii ilə birlikdə mənzildən çıxarılmamalıdır Məgər iddiçı bilmir ki, o, yaşa görə pensiyaya çıxmaqla ehtiyata buraxılmışdır.bilməsinə rağmən, amma qanunsuz qətnamə çıxarılmasını təkid edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respulikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanı vardır. Həmin Fərmanın 1-ci bəndində qeyd olunub Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin onlara qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və cavabdehlərin izahat və etirazlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinin 27.03.2018-ci il tarixli, 78 nömrəli əmrindən görünür ki, tibb xidməti polkovnik-leytenantı Cavabdeh1, N nömrəli hərbi hissənin Tibb Xidməti rəisinin müavinin-epidemioloq, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 fevral 2018-ci il tarixli 0113 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə vəzifəsini və işini təhvil vermiş hesab edilsin , 2020-ci il hesabından qalan 77 (yetmiş yeddi) gün müddətinə məzuniyyət verilməklə 05 iyun 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə göndərilməsi və polkovnik-leytenantı Cavabdeh1 2018-ci il üçün maddi yardım və məzuniyyət pulu ödənilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2018-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilməsi, eyni zamanda polkovnik-leytenantı Cavabdeh1 ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında pul müavinəti ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 12.08.2016-ci il tarixli N nömrəli Hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürlməsinə dair siyahıdan və 01.09.20216-ci il tarixli 457 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 37 saylı mənzil polkovnik-leytenant Cavabdeh1 ayrılmış və ailə üzvləri ilə orada yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 06.05.N-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına Bakı şəhər inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzrəində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın keçmiş Tİ və MQH- idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinə ünvanlanmış 31.08.N-ci il tarixli vəsatətin surətindən görünür ki, Cavabdeh1 Puta Hərbi şəhərciyində xidməti mənzillə təmin olunmağı barədə 31.08.N-ci il tarixli raportu əsasında N nömrəli Hərbi hissə komandirinə vəsatət təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 22.09.2021-ci il tarixıli bildirişdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 24 nömrəli mənzilin sakini Cavabdeh1 təxris olunduğunuz üçün yaşadığınız mənzildən 10(on) gün müddətinə Mənzil-istismar xidmətinə təhvil vermələri tələb olunuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 657 nömrəli Hərbi hissənin seriya YS 038313 nömrəli “Yaşayış sahəsi üzrə hərbi qulluqçunun(mülki işçinin) attestatından görünür ki, Cavabdeh1 yaşayış sahəsi almaq üçün N nömrəli Hərbi hissənin komandirinin 19.06.2005-ci il tarixli 0338 nömrəli əmri ilə 19.06.2005-ci il tarixdən təminata qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 267161 nömrəli nikah haqqında şəhadətnamədən görünürki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 21.09.2006-ci il tarixdə nikah bağlanmış və bu barədə Lənkəran rayonun Nərimanabad qəsəbəsinin ərazı nümayəndəliyində 43 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 829259 nömrəli və AZ-İİ seriyalı 226210 nömrəli doğum haqqında şəhadətnamələrdən görünürki Cavabdeh1 və Cavabdeh2 birgə nikahdan 28.12.2005-ci il təvəllüdlü X5 və 08.11.2008-cı il təvəllüdlü X6 adlı övladları var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 37 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-cı maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2-cı maddəsinə əsqasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir Həmin Məcəllənin 92-cı maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 101.1-cı maddəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasn Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1- ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.- ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin Məcəllənin 102.3-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Həmin Məcəllənin 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunan işin mübahisəsiz hallarından görünür ki,, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əmri ilə 2016-cı ildə tərəfindən Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 37 saylı mənzili ilə təmin olunmuşdur. Cavabdeh1 , Azərbaycan Respublikası Müdafiə nazirinin 27 fevral 2018-ci il tarixli 0113 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda cavabdehin yaşa görə hərbi xidmətdən tərxis olunması-qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin (uşaqları ilə birlikdə) mənziildən çıxarılmaısna dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir.Cavabdehlər isə iddia tələbinə etiraz edərək onun yaşa görə pensiyaya çıxması ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis olunduğunu əsas gətirərək, qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında tədqiq edilmiş 657 nömrəli Hərbi hissə komandirinin 27.03.2018-ci il tarixli, 78 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissənin tibb xidməti polkovnik-leytenantı Cavabdeh1 N saylı Hərbi hissənin komandirinin 27.02.2018-ci il tarixli, 0113 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə- yaşa görə-hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.İş materialları və tərəflərin izahatları təsdiq edirki,cavabdeh yaşa görə pensiyaya çıxdığına görə hərbi xidmətdən tərxis olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.Cavabdehlərin Mənzil Məcəlləsinin 102-ci maddəsində qeyd olunmuş hərbi qulluqçular (sosial-təyınatlı yaşayış sahələrindən çıxarıla bilməyənlər) kateqoriyasına aid olmasını, həmçinin iş materialarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları, tərəflərin izahatlarını, cavabdehlərin etirazını və yuxarıda sadalanan qanunvericilk normalarını nəzərə alararaq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılması tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılması tələbi rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar