Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1676/2025 02.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi «mirasın faktiki qəbulunun müəyyən edilməsinin» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin BM seriyalı 001473№-li qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, A-12/296 A-14/297 №-li bağ evi X4 xüsusi mülkiyyətinə keçmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-Q-0078-8/2025 **********82 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əsasən, X4 adına Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən A- 12/296 A-14/297 saylı bağ evi qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinin 624 №-li xx.xx.2025-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243 və 1322-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi mirasın açıldığı gündən altı ay keçdikdən sonar vərəsələrə verilir, o cümlədən vərəsələr mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə ərizə verməli və mirasa sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Həmin məcəllənin miras qoyan vəfat etdiyi zaman qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
4. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin AZ-İ 639049 saylı xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
Əriçənin tələbi:
5. Ərizəçi 4 saylı Maraqlı şəxs Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə vəfat etmiş X3 qalmış mirasın faktiki qəbulu faktının (Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, A-12/296 A-14/297 saylı bağ evinin qəbulu) müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
6. Ərizə belə əsaslandırılmışdır ki, o-Ərizəçi xx.xx.1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.1986-cı ildə Azərbaycan Respublikasının vətəndaşı X7 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövrü zamanı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evini X1nın adına əldə etmişlər. X1 xx.xx.2013-cü ildə Bakı şəhərində “Xroniki virus hepatit B” səbəbi ilə vəfat etmişdir. Mərhumun adına olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evi ilə bağlı mirasin qəbul edilməsi ilə bağlı 4 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş olsa da, xx.xx.2025-ci il tarixli məktubla mirasın qəbul etmiş olsa da, xx.xx.2025-ci il tarixli məktubla mirasın qəbulu müddət ötürüldüyündən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Mərhuma arvadından qalan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evi onunla birgə nikah dövrü zamanı əldə edilmişdir və hal-hazırda da onun istifadəsindədir. Buna görə də hesab edir ki, birgə nikah dövrü zamanı mərhumə arvadından qalan mirası qəbul etməyi tanınmalıdır. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, ərizəni müdafiə edir, notariat ofisinə savadsızlığına görə getməmişdir, hazırda həmin evdə heç kim yaşamır. Ev onun yoldaşının adınadır, o vəfat edəndən sonra ev ondadır. Başqa vərəsə yoxdur.
8. Ərizəçinin nümayəndəsi X5 məhkəmə hazırlıq iclasında ərizəni müdafiə edərək, atası xəstə olduğu üçün məhkəmə iclaslarında o iştirak edir. Mülk anasının olub, ondan atasının mülkiyyətinə keçib. Ev onlara aiddir, valideynləri həmin evdə yaşamayıblar.
9. Maraqlı şəxsə məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
10. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 9.3 qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 1133.1 ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 41. M 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1257.2 Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1261 Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1268.1 Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1272 Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273 Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1159.1.1 Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274 Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1 Vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322 Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir.
12. “Notariat haqqında” Azərbaycan Respublikası Qanun: 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 305.1.1 Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5 Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
b) Əsaslandırma
14. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evi ərizəçinin mərhum həyat yoldaşı X6 məxsusdur. Lətifə Sadıqova xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi mərhumun əri olmaqla onlar arasında nikah 20 noyabr 1986-cı il tarixdə bağlanmışdır.
15. Məhkəmə qeyd edir ki, mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə, ərizəçi mirasın qəbulu müddətini ötürsə də, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evindən ibarət həmin miras əmlakın Lətifə Sadıqovanın vəfatından sonra əri Ərizəçi tərəfindən faktiki qəbul edilməsi məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir.
16. Belə ki, yerli baxış zamanı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evinin açarlarının ərizəçidə olması, ərizəçiyə məxsus əşyaların həmin evdə yerləşdirilməsi, ərizəçinin uzun illər bağ evini istifadə etməsi və qohumunun əvəzsiz istifadəsinə verməsi miras açıldıqdan sonra (2013-cü il) müddət ərzində miras əmlakı faktiki qəbul etməsi ilə bağlı sübutların ərizəçi tərəfindən təqdim olunmasını, onun tərəfindən mirasın faktiki qəbul etməsi ilə bağlı iradə ifadəsinin aşkar nümayiş etdirilməsi və yaxud buna yönəlmiş konkret hərəkətlərin edilməsi halını sübuta yetirir.
17. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü ildə vəfat etmiş X3 qalmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evindən ibarət mirasın Ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
18. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2013-cü ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi A-12/296 A-14/297 saylı bağ evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova