Məhkəmə qərarları › İş №2(002)-1677/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1677/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1677/2021 16.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Quliyev Rauf Ərşad oğlunun Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak üzrə Cavabdeh mənzildən istifadə hüququ ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quliyev Rauf Ərşad oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməsinin səbəbi 2016-ci ilin iyun ayından bu günə qədər davam edən mübahisələrin dözülməz həddə çatmasıdır. Belə ki, oğlu Cavabdeh 2016-ci ilin mart ayından ailə qurmuşdur. Ailə qurduqdan sonra qardaşı X3 məxsus həyət evində birgə yaşamağa başlamışlar. (Həyət evinə ünvan verilməyib ).Birgə yaşadıqları ikinci aydan ona yumşaq formada bildirməyə başladılar ki, onlar ayrıca evlə təmin olunmaq istəyirlər. Bunlarla paralel olaraq Sahil qəsəbəsi, Z.Qasimov küçəsi, ev 58 mənzil ünvanında yerləşən mənzilin onlara verilməsini tələb etməyə başladılar.2017- ci ildə Firdovsi və həyat yoldaşı Zümrüd Qaradağ rayon məhkəməsinə müraciət edərək mənzil tələb etdilər. Apelyasiya məhkəməsinin iş 2(103 )-2285/2018 saylı 07 Mart 2018-ci il tarixli qətnaməsinə və Ali məhkəmənin iş 2(102)-5656/18 saylı 04 Sentyabr 2018-ci il qərarına əsasən X1 mənzildən istifadə hüququ ləğv edildi.Cavabdeh isə istifadə hüququ saxlanıldı. Bundan sonra onun məhkəmə qərarının icra edilməsi tələbinə baxmayaraq qərarın icrası 2018-ci ilin dekabr qədər uzadıldı. 2018-ci ilin dekabr ayının 12-də məhkəmə qərarlarının icrası şöbəsindən iki nəfərlə birlikdə o və Firdovsi Sahil qəsəbəsi Z.Xəlilov küçəsi ev 58 nənzil 8 də yerləşən mübahisəli evə gəldilər. Uzun mübahisələrdən sonra yerləşmə aktını imzaladılar.Lakin Firdovsi 2014 cü ilin iyul ayından bu günə qədər də mübahisəli evdə bir gün də olsa yaşamamışdır. Onlar gərgin münasibətləri var və birlikdə yaşamaqları mümkün deyil. İddiaçı Quliyev Rauf Ərşad oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, onun cavabdehlə birgə evdə yaşaması mümkün deyil, bu səbəbdən onun istifadə hüququna xitam verilməlidir. Heç bir kompensasiya ödəmək fikrində deyil. Məhkəmə iclasına gəlmiş Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi i, qanuni qüvvəyə minş məhkəmə qətnamələri ilə onun mübahisəli mənzildən istifadə hüququ var və iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 000448 saylı 21.10.2003-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 58 saylı evin üç otaqlı 8 saylı mənzili İddiaçı və ailə üzvlərinə Qaradağ rayon İcra Hakimiyyətinin 15.08.2000-ci il tarixli 777 saylı Sərəncamına əsasən verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyatında olan iddiaçının qızı X10 və həyat yoldaşı X4 ərizələri ilə bildirmişlər ki, Cavabdeh 7 ildir ki, həmin ünvanda yaşamır, pay hüququna malik deyil və onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdırlar. Azərbaycan Respublikasının Daxılı işlər Nazirliyinin Yaşayış yeri və qeydiyyat haqqında ******* nömrəli 16.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Coşqun oğlu, X4, Cavabdeh, X7, X8, İddiaçı, X5, X2, X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Apelyasiya məhkəməsinin 2(103 )-2285/2018 saylı 07 Mart 2018-ci il tarixli qətnaməsinə və Ali məhkəmənin 2(102)-5656/18 saylı 04 Sentyabr 2018-ci il qərarına Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi qərara alınmışdır. Həmin qərarlarla həmçinin Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun olması təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun olması Bakı şəhəri Apelyasiya məhkəməsinin 2(103 )-2285/2018 saylı 07 Mart 2018-ci il tarixli qətnaməsinə və Ali məhkəmənin 2(102)-5656/18 saylı 04 Sentyabr 2018ci il qərarları ilə müəyyən edildiyindən bu hal işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisələndirilən hal: iddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüququna xitam verilməsini tələb edir,cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, hazırki iş üzrə cavabdeh iddiaçının maneələri səbəbindən müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən mənzildə yaşamır. Hazırki iş üzrə mübahisə mülkiyyətçi tərəfindən ailə üzvü olan(oğlu)-cavabdehə kompensasiya vermədən mənzildən istifadə hüququna xitam verilməsi barədə mübahisədir və cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, qeyd olunan normaların nəzərə alaraq, Cavabdeh, mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçının cavabdehin həmin mənzildən kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, sonra sübutlara qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Quliyev Rauf Ərşad oğlunun Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Quliyev Rauf Ərşad oğlunun Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar