Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-168/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, baş miçman, N nömrəli hərbi hissədə Birləşmiş anbarların Dəniz Mühəndis Əmlakı anbarının rəisi vəzifəsində xidmət etmiş Cavabdeh2 26.08.N-ci il tarixli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək “Puta” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir.Cavabdeh2 N nömrəli hərbi hissənin Birləşmiş anbarların Dəniz Mühəndis Əmlakı anbarının rəisi vəzifəsində işləməsi, eləcə də onun ailə vəziyyəti, 26.01,2000-ci il tarixdən digər cavabdeh Hüseynova (Salmanova) Lalə Eldar qızı ilə nikahda olması, onların birgə nikahlarından 09.11,2002-ci il təvəllüdlü oğlan və 04.07.2006-cı il təvəllüdlü qızının olması və digər diqqətəlayiq hallar nəzərə alınmaqla, Cavabdeh2 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 24 saylı mənzil ayrılmışdır.Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvvələrinin N nömrəli hərbi hissəsi komdandirinin 24.07.N0-ci il tarixli, 026gm saylı əmri ilə cavabdeh, Cavabdeh2 hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən tərxis olunmuşdur.Cavabdeh2 hərbi xidmətdən tərxis olunduqdan sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə ona müvafiq bildiriş göndərilsə də, O, həmin mənzili boşaltmamışdır.Odur ki, hazırkı iddia ilə Məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi X4 06.12.N1-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsi ilə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını xahiş etmiş və cavabdehlər isə etiraz etmədiklərini bildirmişdir. 06.12.N1-ci il tarixli məhkəmə iclasında məhkəmə qərara almışdır ki, iddaçı N saylı hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunsun. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.Əlavə etmişdirki, cavabdeh hərbi xidmətdən xəstəliyinə görə tərxis olunmuş və hansı ki,bu xəstəlik onda xidməti vəzifəsi ilə əlaqədar olaraq və yaxud xidməti vəzifəsini yerinə yetirərkən yaranmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdi. Əlavə olaraq, Cavabdeh2 qeyd etdi ki,o, xəstəliyə görə hərbi xidmətdən tərxis olunmuşdur və onun yüksək təzyiqı var və bu xəstəlik onda xidməti vəzifəsi ilə əlaqədar olaraq yaranmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.01.N2-ci il tarixli məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsi təqdim edərərək,bildirmişdir ki,o, 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsindən hərbi xidmətə getmiş, N0-ci il tarixdək hərbi xidmətimi davam etdirmək N nömrəli hərbi hissədə anbarların Dəniz Mühəndis əmlakı anbarının rəisi vəzifəsində çalışmışdır. Hərbi hissənin qəbul etdiyi qərara əsasən 2004-cü ilin tarixdən 2011-ci il tarixədək Bayılda yerləşən hərbi şəhərçikdə yaşamış, 2011-ci il tarixdə bayraq meydanının tikintisi ilə əlaqədar hərbi şəhərcik söküntüyə getdiyindən komandanlıq tərəfindən müvəqqəti olaraq həmin şəhərcikdə yaşayan ona və digər hərbiçilərə Kompensasiya ayrılmışdı. Komandanlıq tərəfindən Nci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta hərbi şəhərciyində 3 otaqdan ibarət mənzillə təmin edilmişdir. 23 il qüsursuz hərbi xidmətini yerinə yetirdikdən sonra N0-ci ilin oktyabr ayında xəstəliyə görə təxris olunub ehtiyata buraxılmışdır.O, hərbi qulluqçudur. O, yeddi ildir ki, həmin mənzildə yaşayır və orada yaşamağı qanuna uyğundur. Bunu həmin şəhərcikdə yaşayan qonşular da təsdiq edə bilər. N-ci ildən hal-hazıradək bütün kommunal xərclərini ödəmişdir,işıq, qaz, su təsərrüfatları ilə müvafiq kommunal xidmətlərə görə müqavilələr bağlamış və vaxtında ödəmələr etmişdir. Həmçinin vaxtaşırı təmir etdirmişdir. Belə olan halda iddiaçıya sual oluna bilər. Nəyə görə onu ailə üzvləri ilə birlikdə xidməti yaşayış sahəsindən ona iddiaçının balansında olan digər xidməti yaşayış sahəsi vermədən qış ayında çıxarılmağına dair iddia irəli sürmüşdür. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-c maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqan: tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Halbu ki, yuxarıda qeyd etdiyi kimi komandanlığın sərəncamına əsasən 2004-cü ilin tarixdən 2011-ci il tarixədək Bayılda yerləşən hərbi şəhərçikdə yaşamış, 2011ci il tarixdə bayraq meydanının tikintisi ilə əlaqədar hərbi şəhərcik söküntüyə getdiyindən komandanlıq tərəfindən müvəqqəti olaraq həmin şəhərcikdə yaşayan ona və digər hərbiçilərə Kompensasiya ayrıldı. Komandanlıq tərəfindən N-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta hərbi şəhərciyində 3 otaqdan ibarət mənzillə təmin edilmişdir.İddiaçı isə iddia edir ki, o və onun ailə üzvləri ilə birlikdə xidməti mənzildən heç bir hüquqmüəyyənedici sənədləri olmadan istifadə edirik və mənzilin bizim istifadəsinə verilməsi haqqında İddiaçı tərəfindən hər hansı qərar qəbul edilməyib. Yuxarıda qeyd olunan halları nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin ona və Cavabdeh1 qarşı xidməti yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinin 05.08.N0-ci il tarixli, 208 nömrəli əmrindən görünür ki, baş miçman Cavabdeh2, Texniki vəsaitlərə nəzərət laboratoriyasının texniki, Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 326gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N0-ci il hesabından qalan 77 (yetmiş yeddi) gün müddətinə məzuniyyət verilməklə 22 oktyabr N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilməsi və baş miçman Cavabdeh2 N0-ci il üçün yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilməsi, eyni zamanda baş miçman Cavabdeh2 ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında pul müavinəti ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinə ünvanlanmış 26.08.N-ci il tarixli vəsatətin surətindən görünür ki, Cavabdeh2 Puta Hərbi şəhərciyində xidməti mənzillə təmin olunmağı barədə 26.08.N-ci il tarixli raportu əsasında N nömrəli Hərbi hissə komandirinə vəsatət təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissənin seriya YS 037528 nömrəli “Yaşayış sahəsi üzrə hərbi qulluqçunun(mülki işçinin) attestatından görünür ki, Cavabdeh2 yaşayış sahəsi almaq üçün 07.08.1999-cu il tarixdən təminata qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 779905 nömrəli nikah haqqında şəhadətnamədən görünürki, Cavabdeh2 ilə X5 arasında 26.01.2000-ci il tarixdə nikah bağlanmış və bu barədə Göyçay rayon İHB-nin Şəhadət kənd icra nümayəndəliyində 07 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 283780 nömrəli və AZ-İ seriyalı 819005 nömrəli doğum haqqında şəhadətnamələrdən görünürki Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahdan 09.11.2002-ci il təvəllüdlü X1 və 04.07.2006-cı il təvəllüdlü X3 adlı övladları var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 13.01.N1-ci il və 22.09.N1ci il tarixıli bildirişlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Cavabdeh2 Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 24 nömrəli mənzilin sakini baş miçman Cavabdeh2 təxris olunduğunuz üçün yaşadığınız mənzildən 10(on) gün müddətinə Mənzilistismar xidmətinə təhvil vermələri tələb olunuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-cı maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2-cı maddəsinə əsqasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir Həmin Məcəllənin 92-cı maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasn Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1- ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.- ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Həmin Məcəllənin 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 101.1-cı maddəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 24 saylı mənzili ilə təmin olunmuşdur. İddiaçı cavabdehin xəstəliyə görə hərbi xidmətdən tərxis olunması-qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin (uşaqları ilə birlikdə) mənziildən çıxarılmaısna dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamından və tərəflərin məhkəmə iclasında verdiyi ifadələrdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xüsusi təyinatlı yaşayış sahəsinin verilməsinə dair müqavilə olmuşdur və iltizama əsasən cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 24 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinin 05.08.N0-ci il tarixli, 208 nömrəli əmrindən görünür ki, baş miçman Cavabdeh2 N saylı Hərbi hissənin komandirinin 24.07.N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinəxəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.Cavabdehin xəstəliyinin xidməti vəzifəsi ilə əlaqədar olaraq yaranmadığını ( Cavabdeh2 Mənzil Məcəlləsinin 102.2.4-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara sırasına daxil deyil) və buna müvafiq olaraq yuxarıda qeyd olunmuş Mənzil Məcəlləsinin 102-ci maddəsində sadalanan halların (xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyənlər siyahısına) cavabdehlərə aid olmamasını, həmçinin iş materialarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları, tərəflərin izahatlarını, yuxarıda sadalanan qanunvericilk normalarını nəzərə alararaq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 1 ünvanından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 1 ünvanından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Hüseynova (Salmanova) Lalə Eldar qızının ünvan 1 ünvanından çıxarılsın . Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-168/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-168/2022
23.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver