Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1699/2024 24.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası xx.xx.1939-cu il təvəllüdlü X4 gəmi kapitanı olmuş, 1997-ci ildən Türkiyədə özəl gəmilərdə işləmiş, sonuncu dəfə onlarla 2016-cı ilin fevral ayında Türkiyə Respublikasından telefonla əlaqə saxlamışdır. Ondan sonra atasından heç bir məlumatları olmadığından 2017-ci ilin dekabr ayında bacısı X6 Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmiş, alınmış cavabda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixdə X1 adına verilmiş P1010346 nömrəli ümumvətəndaş pasportu vaxtı keçdiyinə görə xx.xx.2008-ci il tarixdə P3393685 nömrəli ümumvətəndaş pasportu ilə sənədləşdirilmiş və həmin pasport xx.xx.2018-ci il tarixədək etibarlıdır. Bundan sonra bacısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin onlara ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda ərizənin araşdırılması üçün Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğuna göndərildiyi qeyd edilmişdir, lakin atası barədə hər hansı məlumat əldə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müracət etmiş, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən onlara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X1 axtarışda olması barədə məlumat aşkar edilməmişdir. Artıq 8 ildən çoxdur ki, atası barədə heç bir məlumat yoxdur. O, ailəsinə bağlı adam olmuş, hər zaman onunla əlaqə saxlamışdır. Atasının yaşı, peşəsi onlarda əminlik yaradır ki, atası vəfat etmişdir. Ona görə də onun ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmişdir. Hazırda atasının ölmüş elan edilməsi vərəsəliklə bağlı məsələləri həll etmək üçün zəruridir. Hazırda o, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçinin atası ilə həm dost, həm də həmyerli olmuşlar. O, ərizəçinin atasını çoxdan tanımışdır. X4 gəmi kapitanı olmuş, hər dəfə gələndə yük gəmisi ilə okeanlarda üzərkən böyük təhlükələr ilə üz-üzə qaldığını danışmışdır. 2016-cı ildən bu günə kimi onunla əlaqə kəsilmişdir. Belə ki, tanışlardan sorğu-sual edəndə ona məlum olmuşdur ki, Əmrullah sonuncu dəfə 2016-cı ildə Türkiyədə olmuş, ondan sonra əlaqə tamamilə kəsilmişdir. Əmrullah peşəkar gəmi kapitanı olsa da, onun iş şəraiti olduqca ağır və təhlükəli olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan İX-JQ seriyalı, 394965 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanladığı ərizəsinə baxılmış və araşdırılması məqsədilə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən, X1 axtarışda olması barədə məlumat aşkar edilməmişdir. Müraciət baxılması üçün aiddiyatı üzrə Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan, habelə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1939-cü il təvəllüdlü X4 barəsində Qaradağ rayon Polis İdarəsində axtarış işi açılmamışdır və barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1939-cü il təvəllüdlü X1 xx.xx.2003-cü il tarixdə almış olduğu P1010346 nömrəli ümumvətəndaş pasportu vaxtı keçdiyinə görə xx.xx.2008-ci il tarixdə P3393685 nömrəli ümumvətəndaş pasportu ilə sənədləşdirilmişdir və həmin pasport xx.xx.2018-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 9, mənzil 49 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil Kommunal İstismar Sahəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 9, mənzil 49-da pasport qeydiyyatında olan xx.xx.1939-cu il təvəllüdlü X4 uzun müddətdir ki, bu ünvanda yaşamır. Oğlu Ərizəçi Əmrullah oğlunun dediyinə görə onun atası X4 müqavilə əsasında Türkiyədə gəmidə işləyirmiş. Atası onunla 2016-cı ilin fevral ayında sonuncu dəfə telefonla danışmışdır. Danışdıqdan sonra atasından heç bir məlumatları olmamışdır. Halhazırda onun harada olması barədə heç bir məlumat yoxdur. İş materiallarına həmçinin fotoşəkil əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidin ifadəsi, iş materiallarında olan yazılı sübutlar ilə Ərizəçi atası xx.xx.1939-cu il təvəllüdlü X1 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmadığı öz təsdiqini tapdığından, ərizə əsaslı hesab olunmalı və təmin edilməlidir. Qeyd olunmalıdır ki, X1 təvəllüdü, peşəsi, əmək fəaliyyətinin xarakteri, ona verilmiş pasportun müddətinin altı il əvvəl başa çatması kimi hallar məhkəmənin gəldiyini nəticənin doğruluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə gün onun ölüm günü sayılır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X1 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1699/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1699/2024
24.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver